Azərbaycanda qadınların rolu getdikcə artır

 

Müəllimlərin 73, həkimlərin 62, deputatların 11,2 faizi qadınlardır

 

2009-cu il martın əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,6 faizini ya 4 milyon 424 min nəfərini qadınlar təşkil edir. Azərbaycan qadınlarının yarıdan çoxu şəhər yerlərində yaşayır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qadınların 50,6 faizi nəsilvermə qabiliyyətinə malikdir onların hər biri orta hesabla 2 övlad dünyaya gətirib. Ötən il doğulmuş 152 min körpənin 46 faizini qızlar təşkil edib.  

Qız uşaqlarına verilmiş adlar içərisində ən çoxFatiməadına təsadüf olunur. Şəhər yerlərindəFatiməadından başqa daha çox verilən adFidan”, kənd yerlərində isəNərminüstünlük təşkil edir. Bu adlarla yanaşı, Aysu, Zəhra, Nuray, Nəzrin, Leyla Zeynəb geniş yayılmış adlardandır.

Hazırda qadınların orta ömür uzunluğu 75,1 yaş təşkil edərək kişilərdən 5,4 yaş yüksəkdir. Azərbaycan qadını ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır onların cəmiyyətdəki rolu daim artır. Qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışır onların məşğul əhalinin ümumi sayında payı 49,5 faizdir.

Ümumtəhsil məktəblərində müəllimlərin 73, orta ixtisas məktəblərində 74, ali məktəblərdə 46, həkimlərin isə 62 faizi qadınlardır.

Qadınların təhsil səviyyəsi ildən-ilə artır, 15 yaşından yuxarı olan hər 1000 qadından 745-i ali tam orta təhsilə malikdir. Ümumtəhsil məktəbləri şagirdlərinin 47 faizi, orta ixtisas məktəblərinin 69 faizi, ali məktəblərin isə təxminən yarısı qızlardan ibarətdir. Hazırda aspirantların doktorantların 33 faizini, bütün elmi işçilərin isə 50 faizini qadınlar təşkil edir. Son 5 ildə elmlər doktoru dərəcəsi alan qadınların sayı 44 faiz, elmlər namizədi dərəcəsi olan qadınların sayı isə 18 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si akademiklərdən 3-ü qadındır.

Qadınların ictimai-siyasi fəallığı da sürətlə artır. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, 1990- ildə Azərbaycanda bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, indi bu göstərici 11,2 faizdir. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 29 faiz, sahibkarlar arasında isə 15 faiz təşkil edir. İdman sektorunda çalışanların 21 faizi qadındır.

 

 

FƏXRİYYƏ

 

Mədəniyyət.- 2009.- 6 mart.- S. 9.