94 il sonra səhnədə!
“Dələduz”
Fevral ayında
Gənc Tamaşaçılar
Teatrı Rəşid
Behbudov adına
Mahnı Teatrında (öz binaları təmirdə olduğuna görə) Nəcəf bəy Vəzirovun “Dələduz” pyesinin tamaşasını tamaşaçılara
təqdim etdi.
1915-ci ildə N.Vəzirovun fransız əsərindən
təbdil etdiyi bu əsər 4-5 vərəqdən ibarət
olsa da, rejissor pyes üzərində
dəyişikliklər və
əlavələr edərək
25 səhifəlik əsər
meydana gətirmişdi. Tamaşanın
quruluşçu rejissoru
Azərbaycan Respublikasının
əməkdar artisti Loğman Kərimovun tamaşada irəli sürdüyü əsas məsələ hiyləgərliyin,
yalanın, fırıldağın
və ikiüzlülüyün
hakim kəsildiyi dövrdə
məsum insanların onların əlində necə bir alətə
çevrildiyini göstərməkdir.
Bu dünyada təmiz və halal ruzu qazanan
insanlar azdır. Onları da ki, dövrün dələduzları göz
görə-görə
soyub talayır, hətta divanbəyi belə pulla həmin fəqir insanların haqqını
tapdayır. Loğman Kərimov tamaşanın ritmini daha güclü
etməkdən ötrü
M.Ə.Sabirin və S.
Mənsurun güclü
şeirlərindən tamaşada
bəhrələnmişdi. Bundan başqa, tamaşada “Azərbaycan folkloru antologiyası”ndan da istifadə
edilmişdir. Bu tamaşada kukla teatrı, açıq teatr və meydan
teatrı prinsiplərindən
istifadə edilmişdir.
Teatr ilk dəfə olaraq bu tamaşada kuklalara xüsusi yer ayırmışdı.
Tamaşada öz parlaq ifaları ilə
yaddaqalan obrazlar silsiləsinə
Azərbaycan Respublikasının xalq artisti Ağaxan Salmanlı
(Məcid), Elnur
Kərimov
(Mirzədadaş),
Günel Məmmədova ( Gülcahan), Eyvaz
İbrahimov
( Qurbanəli), Cavid
İbrahimov
(Divanbəyi, Pəricahan), Ceyhun Məmmədov
(Fərraş Əhmədəli, Nurcahan)
daxildirlər.
Tamaşanın rəssamı
Orxan Kərimov,
musiqi tərtibçisi Elnur Kərimov,
tamaşanın plastik həllinin müəllifi Rasim Cəfərovdur.
Qocaman artist Ağaxan
Salmanlının obrazı
daxilən saf, hər kəsə inanan, yaşına-başına
baxmayaraq, anasından çəkinib, ona hörmət edən sadə insandır. Onun bu saflığıdır
ki, Məcid adi bir çoban
tərəfindən belə
asanca aldadılıb,
qarət olunur. Bu bəs deyilmiş
kimi ardıyca Mirzədadaş kimi fırıldaqçı vəkilin,
pula satılan divanbəyinin əlində
oyuncağa çevrilərək
aldadılır. Aktyor öz
obrazının daxili saflığını, məsumluğunu
və paklığını
baxışlarıyla elə
oynayırdı ki, tamaşaçı onun sanki doğrudan aldadıldığına inanırdı.
Ağaxan müəllimin
oyunu gənclərin oyunundan bir də
onunla daha çox nəzəri cəlb edir ki, o, rolu
özününküləşdirərək real boyalardan daha çox istifadə edir. Aktyor mizanlarla
rətfarda, tərəf-müqabili ilə münasibətdə daha ədalətli və təmkinli idi. Bu da onun
obrazına məhəbbəti
artırır.
Gənc aktyor Elnur Məmmədov
həm zahirən, həm də daxilən sənətkarlıq
tələblərinə cavab
verir. Bir məsələ var ki, aktyor komik
ampulada daha uğurludur. O da özünəməxsus istedadı
ilə Mirzədadaşın
kələkbazlığını, onun hiyləgərliyini, ikiüzlülüyünü mahircəsinə
nümayiş etdirir. Elnur-Mirzə Dadaş yalançıdır,
gücsüzün, kimsəsizin
malını mənimsəməkdən
çəkinmir. Əsas
odur ki, pul gəlsin. Hardan və necə təfavütü
yoxdur. Aktyor öz üzərində əgər daha səylə çalışsa,
gələcəkdə dramatik
rollarda da uğur qazana bilər.
Ceyhun Məmmədov! Bu aktyoru mən
Nurcahan obrazından sonra heç cür faciə və ya dramatik
rolda təsəvvür
edə bilmirəm. Çünki daxilən çox komik olan aktyor özünün
bu daxili imkanlarını tamaşada
o dəqiqə büruzə verir. Ceyhun-Nurcahan çox maraqlı, gülməli və ya kobud
da olsa “uğunub gediləsi” qadındır. Kobud, sarımsaq yeməkdən,
qarğışdan əl
çəkməyən Nurcahan
daxilən çox mənəviyyatsızdır. Pula
görə hiyləgərlə
əlbir olur, bu bəs deyilmiş
kimi az qala
Məcidi basıb döyəcək dərəcəyə
gəlir.
Bu rolda nə qədər
uğurlu olsada, aktyor Fərraş Əhmədəlinin dramatizmini
o cür güclü nümayiş etdirə bilmir. Düzdür, bacardıqca
uğurlu və real olmağa çalışsa da, daxili yumoru onun
bu istiqamətdəki istedadının üzərinə
pərdə çəkir.
Bu rolu aktyorun
dublyoru Niyaz Qasımov daha inandırıcı oynayır.
Gülcahan obrazında çıxış
edən gənc aktrisa Günel Məmmədova da yaddaqalandır. Aktrisa gənc olmasına baxmayaraq tamaşa zamanı maraqlı qadın surəti yaradır. Gülcahan ərinin hiylələrinə
göz yumub, ona kömək edən bir kələkbazdır.
Qapısına gələn
Məcidin qarşısında
elə bir həngamə qopardır ki, atalar sözü
- “Oğru elə qışqırdı ki, doğrunun bağrı çartladı” - yada düşməyə bilmir.
Aktrisa gələcəkdə
dramatik cərəyanın
maraqlı nümayəndələri
sırasına daxil ola bilər.
Tamaşada iştirak edən Niyaz Qasımov Nurcahan rolunda öz məzəli komizmi ilə yadda qalır. Eynən
Ceyhun Məmmədov kimi Niyaz Qasımov
da qadın rolunun daxilinin ifşaedici komizmini güclü boyalarla boyayır. Kəndçi qadını hissi aşılayan aktyorun Divanbəyi surəti o qədər də koloritli deyildi. Dramatik rol olan divanbəyini
aktyor bir balaca cılızlaşdıraraq
zəif oynayır. Divanbəyi öz
aliliyini, hökmranlığını
nümayiş etməkdə
çətinlik çəkir.
Çoban Qurbanəli rolunu oynayan Eyvaz İbrahimov
roluna zahirən yapışırdı. Onun çobanı
fırıldaqçı, əmanətə
xəyanət edən
nankor, bu bəs deyilmiş kimi öz əməllərinin
eybini pulla örtən dələduzdur.
Qurbanəli də Mirzədadaşın
bir tayı, bəlkə ondan daha bic bir
insadır. Aktyor rolunu
səmimi oynamağa çalışır, ancaq
digər obrazlara nəzər yetirsək Eyvaz İbrahimovun, rolunu zəif oynadığına şahid
oluruq.
Rejissorun tamaşadakı növbəti
müvəffəqiyyəti onun rol seçimidir.
O, obrazların daxili gücünə nəzər
yetirərək aktyorların
da istedadını ona uyğun istiqamətləndirir.
Tamaşada istifadə edilən Səməd Mənsurun “Rəngidir” şeiri həzin musiqi sədaları altında təsiredici və ibrətamizdir. Bu da
tamaşanın mahiyyətini
daha qüvvətli və ecazkar edirdi.
Tamaşada müasir dövrdə hər addımda rast gəldiyimiz sifətlərin real təsviri
ona koloritlik verir. Uşaqlar üçün nəzərdə tutulan tamaşa onların gələcək addımları
üçün böyük
ibrətdir.
Biz tamaşanın bütün
iştirakçılarına yeni-yeni sənət nailiyyətləri arzu edirik.
Tamilla Yağmur
Mədəniyyət.- 2009.- 6 mart.- S. 6.