«Böyük səhnəyə ilk addım» adlı konsert keçirildi
Dünən R.Behbudov
adına Azərbaycan Dövlət Mahnı Teatrında
«Böyük səhnəyə ilk addım» adlı
ümumşəhər konserti keçirildi.
Konsert 3 saylı İncəsənət
Məktəbinin “Şənlik” rəqs kollektivinin ifası ilə
başladı. Sonra paytaxtdakı musiqi və incəsənət
məktəblərində 14 ixtisas üzrə təhsil alan
birinci sinif şagirdləri bu konsertdə ilk dəfə öz
bacarıqlarını böyük səhnədə
nümayiş etdirdilər.
Məlumat
üçün bildirək ki, “Böyük səhnəyə
ilk addım” konserti Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu
ildə ölkəmizdə elan edilmiş Uşaq ilinə həsr
olunan tədbirlər silsiləsindən ilk böyük tədbiridir.
Hər bir ölkənin
gələcək inkişafı baxımından uşaqlara
göstərilən qayğının mühüm əhəmiyyət
kəsb etməsi təcrübədə özünü
göstərən reallıqdır. Uşaqların təhsili,
sosial problemlərinin aradan qaldırılması,
sağlamlıqları və mənəvi inkişafı,
hüquqlarının müdafiəsi, şəxsiyyət kimi
formalaşmaları, layiqli vətəndaş kimi gələcəkdə
cəmiyyət həyatında yaxından iştirak etmələri
üçün zəruri addımların atılması kimi
məsələlər hazırda uğurla həyata
keçirilən bu siyasətin aparıcı xəttini təşkil
edir.
Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsi də bu siyasətin
həyata keçirilməsində mühüm işlər
görür. “Böyük səhnəyə ilk addım”
adlı konsert də bu dediklərimizi bir daha sübut edir.
Bakı şəhərindəki
uşaq musiqi və incəsənət məktəblərinin
Direktorlar Şurası və Müəllimlər
Şurasının birgə təşkilatçılığı
ilə baş tutan konsertdə 36 musiqi nömrəsi ifa edildi.
Konsertin sonunda səhnəyə
ilk addımlarını atan balacalara təşkilatçılar
tərəfindən hədiyyələr təqdim olundu.
Mədəniyyət.- 2009.- 6 mart.- S. 2.