Dadlı, ləzzətli

 

Əziz oxucular, qəzetimizin bu sayından etibarən Azərbaycanın bölgə mətbəxindən zəngin nüsxələrlə görüşünüzə gələcək, milli mətbəx nümunələrimizin ləziz nemətlərinin hazırlanma qaydası, xörəklərin, içkilərin faydası barədə açıqlamalar nüsxələr verməklə xanımlarımızın mətbəxini zənginləşdirmək, süfrələrinin dadlı çeşidini artırmaq üçün ağbirçək nənələrimizdən, məşhur aşçılarımızdan öyrəndiklərimizi diqqətinizə çatdıracaq, hər evin, ailənin mətbəxindən yeni dad, ləziz xörək ətirlərinin duyulması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Unudulmaqda olan mətbəx incilərimizin, dadlı qənnadı məmulatlarımızın, cana faydalı, şəfaverici içkilərimizin hazırlanma qaydası ilə tanış edəcək, bayram süfrələrini zənginləşdirəcək nüsxələrlə sizlərinqonağıolacağıq. Rubrikamız ilk müsahibiAltunrestoranının baş aşpazı Ceyhun Əliyev Naxçıvan bölgəsinin sevilən təamlarını diqqətinizə çatdırır.

 

 

Naxçıvanın çəkmə aşı.

 

Lazım olan ərzaqlar:

1 kq düyü, 300 qr qovurma, 200 qr noxud, ələyəz, duz.

Mal ya qoyun əti qovurmasına soğan qatılıb qovrulur. Noxud bişirilib ləpələnir. Qara mərci yuyulur, ələyəz otu (əvəliyin başqa növü) doğranıb isladılır hamısı ətə qatılaraq su əlavə olunur. 5-10 dəqiqə qaynadıqdan sonra təmizlənib yuyulmuş yumru düyü əlavə olunub qarışdırılaraq vam odda bişirilir. Su ərzaqların üzərini 2 sm hündürlükdə örtməlidir.

 

 

Çölməkdə çay balığı (çölmək-saxsı küpə)

 

 Lazım olan ərzaqlar:

5-6 ədəd balıq, 3 ədəd pomidor, 2 ədəd baş soğan, 1ədəd heyva, 100 qr noxud, duz.

Təmizlənmiş kiçik çay balıqları, heyva çubuqları ya doğranmış heyva düzülmüş küpə yığılır. Üzərinə halqa doğranmış soğan pomidorlar lay-lay yığılır. Bişmiş noxud, duz əlavə olunur. Küpənin ağzı kip qapansın deyə xəmirlə bağlanıb vam odda ya fırında bişirilir.

 

 

Dovğa

 

Lazım olan ərzaqlar:

Dağ pencərləri, qatıq, az miqdar düyü, ləpələnmiş noxud.

Şomu, qazayağı, dağ keşnişi, yarpız, nanə, şüyüd xırda doğranıb yuyulur. Dayanmadan qarışdırılaraq qaynamaq həddində olan qatığa asta-asta göyərti, bişmiş düyü noxud əlavə olunur.

 

 

Umac aşı

 

Kiçik soğanlar doğranmadan qovurmaya qatılıb qızardılaraq tomat, qaynar su əlavə olunur. Maş lobya quru əvəlik doğranıb ayrıca isladılır, suyu süzülərək qazana tökülür, lobya bişənəcən qaynadılaraq quru alça əlavə olunur. Yumurtalı xəmirdən ayrıca əriştə kəsilərək qatılır. Soyuqdəymədə tərləmə üçün çox faydalı olur. Acılı olsun deyə bibər istiot vurulur. İstilikgətirici sulu xörəkdir, sarımsaq qatıqla yeyilir.

 

 

 Arzuman küftəsi

 

Lazım olan ərzaqlar:

3 kq ət, 1 toyuq, 3 baş soğan, 3 yumurta, 300 qr noxud, 200 qr düyü, küftə göyərtisi, duz, istiot, ədviyə.

Əslində ət hamar daşın üzərində ağac toxmaq-çəkiclə farş halına düşənədək döyülməlidir. Soğan , isladılıb yumşalmış düyü noxud da əzilib ətə qarışdırılır. Gündəlik məişətimizdə bu proses çətin yorucu hesab edildiyi üçün bunları adi qaydada maşında çəkirik. 2 ədəd çiy yumurta, məxsusi küftə göyərtisi olan quru göy, duz ədviyyə qarışdırıb möhkəm yoğrulur. Toyuğu bütöv halda suda azacıq bişirib içərisinə soyulmuş yumurta qoyulur. Tənzifi sərib hazırlanmış əti hamar yayıb toyuğu araya qoyub ətlə bükülür. Top şəklində olan kütləni tənziflə möhkəm büküb qaynayan ət suyunda vam odda 2-3 saata bişirirlər

 

 

Quzu plov

 

Lazım olan ərzaqlar:

3 kq ət, 1 kq düyü, 0,5 kq şabalıd, 300 qr alça, yağ, duz, ədviyyə.

 Quzunun qol hissəsi (4/1hissəsi) götürülür. Ətlə sümüyün arasınıcibkimi ayırıb duzlayır, isladılmış düyü, yarıbişmiş şabalıd, quru alça doldurub əti birləşdirib tikilir. Falqaya bükülüb 180 dərəcə istilikdə fırında 2 saat bişir.

 

 

Salatlar

 

Altun salat

 

Lazım olan ərzaqlar:

 300 qr kartof, 200 qr göbələk, 50 qr toyuq filesi, 1 ədəd yumurta, smetan, mayonez, şüyüd, duz.

Marinad göbələk kub şəklində doğranır. Bişmiş kartof rəndələnir, üzərinə didilmiş file, doğranmış göy soğan, yumurta göbələk yığılır. Hər qatda smetan ilə mayonez (50/50 qarışdırdıqda daha ləziz olur) çəkilir, üzəri şüyüdlə bəzədilir.

 

 

 İngilis salatı

 

Nazik çubuq doğranmış şampinyon göbələk qızardılır. Duzlu xiyar, file, qoz ləpəsi nazik-nazik doğranır. Mayonezlə qarışdırılıb üzərinə qoz ləpəsi əlavə olunur.

 

 

Sezar salatı

 

 

Salat-Aysberq kələmi enli doğranır. Hisə verilmiş toyuq filesi, pomidor, suxari nazik çubuqlar şəklində doğranıb qarışdırılır. Sonra Sezar sosu (marketlərdə satılır) əlavə olunaraq üzərinə ovulmuş parmezan səpilib pomidor, Çin cəfərisi s. ilə bəzədilir.

 

 

Aynur ARİFQIZI

 

Mədəniyyət.- 2009.- 11 mart.- S. 14.