Nargin turizm məkanına çevriləcək
Adada nəhəng
istirahət kompleksinin
tikilməsi planlaşdırılır
Bugünlərdə Azərbaycanın informasiya
məkanında nəhəng
bir turizm layihəsinin həyata keçiriləcəyi ilə
bağlı məlumatlar
yayıldı. Həmin məlumatlara görə, keçmiş Nargin adası ərazisində 6
milyard dollarlıq layihə gerçəkləşdiriləcək.
Layihənin həyata keçirilməsi nəticəsində
ada böyük turizm məkanına çevriləcək. Dənizin
ortasında qurulacaq «bionik ada» layihəsini
Danimarkanın «Biaypi-Artek»
şirkəti həyata
keçirəcək. Ada
elə qurulacaq ki, burada enerji
mənbəyi kimi təbii resurslardan istifadə olunacaq. Burada günəş, su, torpaq və
külək enerjisindən
istifadə olunması
planlaşdırılır ki, nəticədə ərazidə atmosfer təmiz qalacaq.
Qeyd edək ki,
adada tikilməsi nəzərdə tutulan turizm mərkəzinin
bənzəri yalnız Danimarkada,
Birləşmiş
Ərəb Əmirliklərində və
Çindədir.
Bu barədə
məlumatı jurnalistlərə
açıqlamasında təsdiqləyən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bildirib ki, Nargin adasının turizm mərkəzinə çevrilməsi ilə
əlaqədar Türkiyə, İtaliya,
Avstriya və ABŞ
mütəxəssisləri tərəfindən müxtəlif layihələr irəli sürülüb.
Nargin adası bir çox sirlərin şahididir
Bu yerdə onu da qeyd edək
ki, hazırda Nargin adasının turizm obyektinə çevrilməsi ətrafında
müxtəlif fikirlər
yaranmaqdadır. Bəzi mütəxəssislər düşünür ki, adanı turizm məkanına çevirməkdənsə,
onu tarixin yadigarı kimi qoruyub saxlamaq daha yaxşı olardı. Tarixi keçmişə səyahət
etsək, görərik
ki, təbiətin təcrid etdiyi bu kiçik torpaq həmişə avtoritar hakimlərin diqqətini cəlb edib, gözdən uzaq, könüldən
Layihənin reallaşması
Azərbaycana külli
miqdarda vəsait gətirəcək
Fərqli fikirlər səslənsə
də etiraf etmək lazımdır ki, hər kəsin
vaxtilə cəhənnəm
adlandırdığı Nargin
adası yeni layihələr əsasında
cənnətə çevriləcək. Bunu turizm
sahəsi üzrə mütəxəssislər də
təsdiq edir. Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri,
tarix elmləri doktoru, professor Bahadur Bilalovun dediyinə görə, indi belə bir nəhəng
turizm layihəsinin həyata keçirilməsi
Azərbaycan turizmi üçün əhəmiyyətli
rol oynayacaq. Həm xaricdən turistlərin gəlməsi nöqteyi-nəzərindən,
həm də daxili turizmin inkişafı baxımından
bu layihə gerçəkləşsə, ölkəyə
böyük dividentlər
gətirəcək. Təsəvvür edin ki, qonşu
ölkələrdən dincəlmək
üçün Kanar
adalarına və digər yerlərə gedirlər. Ümumiyyətlə, qonşu Rusiyada,
Gürcüstanda adalarda
istirahət etmək həvəskarları həddindən
artıq çoxdur.
Biz öz potensialımızdan
istifadə edərək
Nargində sözügedən
layihəni reallaşdıra,
orada müasir standartlara uyğun turizm-istirahət mərkəzi
yarada bilsək, sadaladığım ölkələrdən
də orada gəlib dincələn insanlar saysız-hesabsız
olacaq. Bu baxımdan həmin layihəni yüksək qiymətləndirirəm və
düşünürəm ki, bu, ölkəmizə
ancaq külli miqdarda vəsait axınına səbəb
olacaq».
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2009.- 11 mart.- S. 8.