Fransada Azərbaycan dili tədris olunur

 

İlk dəfə 1999-cu il martın 5-də Parisin Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda - İNALCO Azərbaycan dilinin tədrisinə başlanıb. İNALCO-nun türk fars dilləri fakültəsinin 20 fransız tələbəsinin qatıldığı ilk dərsləri Aygün Eyyubova keçib. Sonrakı illərdə daha iki müəllimə- Elnurə Zeynalova Jil Otye Azərbaycan dilinin tədrisinə qoşulub. 2008-ci ilin noyabrından isə bu təhsil üçün rəsmi dilpom təsis edilib. Belə ki, 9 il ərzində İNALCO-nun bir neçə fakültəsində Azərbaycan dili tədrisin tərkib hissəsinə çevrilib. Rəsmi dilpom təsis olunandan sonra isə tələbələr Azərbaycan dilini ayrıca kurslarda öyrənmək bu sahə üzrə diplom almaq imkanı əldə ediblər.  

 Bu isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xöşməramlı səfiri Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mümkün olub. Institutdakı Azərbaycan bölməsinin açılışında Azərbaycanın birinci xanımı iştirak edib. Mehriban Əliyeva İNALCO kitabxanasında Azərbaycan bölməsinin açılmasına da öz böyük töhfəsini verib. Heydər Əliyev Fondunun prezidenti YUNESCO xətti ilə kitabxananın həmin bölməsinə Azərbaycan dilində 100 kitab bağışlayıb. Hal-hazırda institutun Azərbaycan bölməsində 20 tələbə təhsil alır. Onlar xalqımızın mədəniyyəti, musiqisi, kino tarixi, folkloru, kulinariyası ilə dərindən maraqlanırlar.

Qeyd edək ki, INALCO Fransanın XVIII əsrdə yaradılmış ən qədim ali məktəblərindən, eyni zamanda dünyanın Şərq dilləri və mədəniyyətlərini tədris və tədqiq edən ən səviyyəli elmi ocaqlarından biridir. Burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir.

İNALCO-da Azərbaycan dilini ilk dəfə tədris etməyə başlayan Aygün Eyyubova Azərbaycanı digər sahələrdə fəaliyyəti ilə Fransada təmsil edir. O, İNALCO-da dərs deməklə yanaşı Avropa Komissiyasının gerçəkləşdirdiyi «Dünya ölkələri, xalqları mədəniyyətləri » layihəsi üzərində işləyir, SOSİETE ASİATİQUE cəmyyətinin üzvü, Dünya Sülh Federasiyasının sülh səfiridir. Aygün Eyyubovanın doktorluq işi «Azərbaycan dilinin fransızlara öyrədilməsi metodologiyası» mövzusundadır.   

 

 

 MEHPARƏ

 

Mədəniyyət.- 2009.- 11mart.- S. 8.