Müqəddəslərin model gerçəkliyi

 

Dədə NəzərlininYusifin qəmipyesinə konseptual baxış

 

İstedadlı publisist, yazıçı dramaturq Dədə (Şirməmməd) NəzərlininYusifin qəmipyesi (Moskvada ayrıca kitab şəklində rus Azərbaycan dillərində çap edilmişdir) ölkəmizdə dini mövzuda yazılmış dramaturji materiallar arasında fəlsəfi baxımdan seçilən fərqli bir əsərdir. Çox maraqla oxunan əsərin əsas mənbəyi tarix müqəddəs kitabımız Qurani-Kərim olsa da, müəllif tarixi faktların dəqiqliyinə nail olmaq üçün bir sıra məxəzlərdən istifadə etmişdir.

Dədə Nəzərli din tarixində maraqlı şəxsiyyət kimi tanınan Yusif peyğəmbər əhvalatındanYusifin qəmipyesi üçün həyati model kimi istifadə etməklə yanaşı, onu daxili zahiri gözəlliyin təcəssümü kimi əks etdirmişdir. Pyesin maraqlı cəhəti ondadır ki, burada təkallahlılığın prinsipial əhəmiyyəti, insan ağlının qadir gücü, Allaha tapınmağın insan üçün fəziləti, məhəbbətin saflığı göstərilir. Qulluqçulardan İreanın monoloqunda olan: Doğrusu, adam məəttəl qalır, bilmir ki, Yusifin gözəlliyi çoxdur, ağlı üstündür, yoxsa həyası-izzəti artıqdır”-cümləsi bir daha anladır ki, Allah sevdiyi, seçdiyi bəndəsinə hər cür gözəl məziyyəti verməyə qadirdir.

Obrazların psixoloji durumu, təsvir olunan hər xarakterin bütövlüyü elə ilk mini-dialoqda böyük təəssürat oyadır. Elə dramaturji materialın gücü ondadır ki, natamam obraz, kəsirli epizod olmasın.

 ƏsərinYusifin qəmiadlandırılmasının mahiyyəti pyesdə birbaşa açıqlanır; qəhrəmanı baş verən hadisələrin, namərd qardaşların, ümumilikdə insanlığın tale oyunundakı ağır yükünün qəhrəmanı qəmləndirdiyini anlayırıq. İnsanların tək Allaha yox, qeyri varlıqlara etiqadı Yusifi qəmləndirsə , həyatını böyük inamla yaşayır, çünki İmanı böyükdür.

Yusifin qardaşının kisəsindən cam çıxarkən o, oğurluqda haqsız yerə günahlandırılarkən qardaşlarından birininBinyaminin o biri qardaşı da (burada Yusif nəzərdə tutulur - R.R.) oğurluq etmişdideməsi onun qəlbində dərin ağrı oyadır böyük təəssüf dolu monoloq söyləyir. Bu, sadəcə, monoloq deyil, - bu monoloji prosesdə İbrahim peyğəmbərdən Yusif peyğəmbərə qədər olan bütün tarixi gedişat öz əksini tapır.Həm təkallahlılıq dininin tələb etdiyi qayda-qanunlar mətnaltı mənalarda açıqlanır. Obrazın monoloji prosesi o qədər dəqiq mənalı işlənmişdir ki, oxucunu (gələcəkdə isə tamaşaçını) böyük həqiqət qapısına aparır.

Ümumiyyətlə, pyesdə təqdim olunan monoloji, dialoji, polioloji proseslər ağıl məntiqin nəticəsi kimi sadə mətndən vizuallığa doğru yön alır. Dramaturq həyati modelin səhnə təsvirində sözlə tablo yaradır.

Yusif: İnsan hər işdə Allaha ümid bəsləməlidir. Amma günahlarının bağışlanacağına görə Tanrıya arxayın olmamalıdır”. Bəli, Qurani-Kərimdə belə bir açıqlama var ki, insan etdiyi günahının müqabilində üzr istədikdə əks tərəfdən bağışlanırsa, bu o demək deyil ki, Allah da həmin günahkarı bağışlayır.

 Dramaturq bütün fikir çözmələrində İlahi hikmətə sığınır.

Qadın şəhvətini böyük ustalıqla təcəssüm etdirən müəllif bizi bu hisslərin təbiiliyinə inandırmaqla yanaşı, həm hadisələrin reallığına, təbiiliyinə güclü inam aşılayır. Züleyxanın monoloqu bu qadının şəhvani düşkünlüklə sönməz bir alov burulğanında çabaladığını bir daha sübuta yetirir. “Züleyxa: (şərbət süzür) Yusifin təridir... oxayy!.. Müşk-ənbər qoxusu gəlir (içir, sonra ovcuna töküb boyun-boğazına sürtür taxta uzanıb balışı qucaqlayır). Sinəsi tüklü yarım, yaxanı, köynəyini çıxart! Sənin ətrini-qoxunu ciyərlərimə çəkim... , oldu?..” Belə güclü ehtirasın, şəhvətin qarşısında Yusif kişilik nəfsini ram edir Züleyxaya: “... öz ağlınla ehtiraslarına məlhəm ol”- deyir.

 “...Nəfsimə baş əysəm, nemət sahibinə xəyanət etmiş olaram” - deyən Yusif bütün ruhu, ağıl məntiqi ilə ona həyat verənə bağlıdır. müəllif bütün İlahi gerçəklikləri baş qəhrəmanın dili ilə sübuta yetirir.

Yusif: Mən iman məclisində suda üzən balıq kimi sərbəst oluram, ürəyim gülür. Allahsızların əhatəsində isə qəfəsdəki quşa bənzəyirəm”.

Bu fikirlər həm müəllifin özünütəsdiq, ağıl məntiqinə inamı nəhayət, ona can ilham verənə sədaqətidir.

Baş qəhrəman qadınla bağlı səhnələrdə çox güclü sınaqlardan keçir, lakin heç bir halda əqidəsindən dönmür. Qız adlı obraz Yusifə var-dövlət, böyük maddi mənəvi imkanlar vəd edir. Yusif ağlının gözəlliyi, müəllif məntiqi bu kiçik misalda özünü bariz sübuta yetirir: “Yusif: Yanılma, Qız! Gözəl mən yox, Yaradandır.Yaradan gözəl yaradıb. Ulu Tanrımız gözəl sifətlərindən yalnız bir kiçicik zərrəni lütf qılıb, bizlərə minnət qoyub, verib”.

 Qız: Aldatma məni, ayüzlü Yusif! Sən gözəlliyin, ağlın rəmzi təəssüf ki, çox qəmlisən. Başa düşürəm, azad, sərbəst deyilsən... Mən sənə sərbəst həyat vəd edirəm.

Yusif: Heç elə deyil. Sən əks ilə əsli səhv salırsan. Get, əsli axtar. Ürəklə, imanla axtarsan, taparsan görərsən ki, “qəmli Yusifhaqlı imiş”.

Obrazların fəlsəfi durumuna köklənən Həzrət Yusif təfəkküründən süzülən bu fikirlər əslində müəllifin söykəndiyi Ali Mənbə - Qurani-Kərimdir. Əks ilə əsli səhv salmaq dedikdə müəllif hər bir şeyin İlahi qismətdən gəldiyini , insan həyatının iman qüdrətində qadağa icazələrə münasibətini açıqlayır.

Yusif ağlı, dərin elmi ilə onun gözəlliyinə valeh olub bütün var-dövlətini qurban verməyə hazır olan Qızı katarsis halına salır. Bu gözəl məhz Yusifin ağlının məntiqinin təsiri nəticəsində təmizlənir, bütpərəstliyə nifrət edir, bəsirət gözü açıldığı üçün düz yola - Allah yoluna qayıdır, qalan həyatını məhz dinə itaətə həsr edəcəyini bildirir.

Yusifə dəlicəsinə vurulan gözəl Züleyxa da səhvini anlayır, kor olmasının səbəbini başa düşür, günahının dərəcəsini dərk etdiyi üçün daxili özünütəmizləmə prosesinə məruz qalır.

Ağlının gözü həyati gerçəkliyin olduğunu onun verdiyi imkanlardan necə istifadə etməyi anladığı üçün Yusif adil hökmdara çevrilir. Onun ağlı geniş dünyagörüşündən nəinki öz bölgəsi, həm yaxın ərazilərdə yaşayanlar belə bəhrələnir, aclıqdan qıtlıqdan qurtulurlar. Faktiki olaraq hökmran olduğu ölkədə bərabərliyi, ədaləti, sərbəst yaşayışı bərqərar etdiyi üçün Yusif obrazı əhəmiyyətli həyat modeli kimi populyarlaşır. Elə buradan da obrazın didaktik cəhəti diqqəti çəkir.

Yusif qardaşlarını islah edir, onları dünyaya kor baxmaqdan qurtararaq, xilaskara çevrilir. Həyatın psixofizioloji gerçəkliyində onlara mövqe anlamının əhəmiyyətini anladır.

Yusif bütpərəstliyə qarşı çıxaraq, ulu babasının yolunu tutaraq təkallahlığın təbliği ilə məşğul olur, insanlara yalnız Allaha tapınmağı tövsiyə edir,Yaradanının ona verdiyi böyük imkanlar, daxili zahiri gözəlliyə görə Ona sədaqət nümunəsi nümayiş etdirir.

Müqəddəslərin obrazlarının səhnəyə gətirilib açıq göstərilməsi həmişə mübahisə doğurub. Yaxşı olardı ki, bu pyesə həyati model kimi müraciət edəcək hər bir teatr ya kino rejissoru, birinci növbədə, hansı obrazın örtülü, hansının açıq olacağını müəyyənləşdirsin. Biz öz növbəmizdə təklif edirik ki, peyğəmbərlərin obrazlarının səhnə təcəssümünü verən aktyorların üzləri parlayan hicabla örtülməsi məqsədəuyğundur.

İndiki dövrdəYusifin qəmitamaşa mətninin məna yükü tərbiyəvi əhəmiyyəti olduqca böyükdür. Əsərin didaktik cəhəti, sekulyarlığı barədə qısa şərhimizdən sonra bunu da xatırlatmaq istərdik ki, Qurani-Kərim hikməti, peyğəmbərlərin həyatı əxlaq mücəssəməsi kimi diqqəti cəlb edir. Bir sözlə, hazırkı yaradıcılıq atmosferində bu həyati model vizuallığa - teatr film çəkilişi üçün olduqca yararlıdır.

 

 

Rafiq Rəhimli,

Teatrşünas

 

Mədəniyyət.- 2009.- 11 mart.- S. 7.