Mədəniyyətlərarası dialoq ətrafında müzakirələr

 

Martın 9-dan 11-dək Bolqarıstanın Sofiya şəhərində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsi Bürosunun fövqəladə iclası keçirilir. Avropa Şurasının Mədəniyyət, Mədəni Təbii irs üzrə direktoru Rober Palmer, AŞ Mədəniyyət üzrə Rəhbər Komitəsinin sədri D.Danailova büro üzvlərinin iştirak etdiyi iclasda ölkəmizi mədəniyyət turizm nazirinin müavini, büro üzvü Sevda Məmmədəliyeva nazirliyin Beynəlxalq əlaqələr mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə təmsil edir.

Bu barədə müxbirimizə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin əməkdaşı Günay Qurbanova məlumat verib. Onun sözlərinə görə, iclasda 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Konfransının nəticələri, konfransa dair hesabat və qəbul olunan “Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi”ndən irəli gələn məsələlərin həyata keçirilməsi, “Sənətçilər dialoq naminə” layihəsi, Avropa Şurasının mədəniyyət və mədəni irs sahələrində 2009-cu il üçün fəaliyyət planı, mədəniyyət layihələrinin 2009-cu il büdcəsinin müzakirə olunduğunu bildirdi: «Toplantıda AŞ mədəniyyətlərarası dialoq layihələri çərçivəsində mədəniyyətlərarası dialoq şəhərləri layihəsi, həmçinin cari ilin 5-6 iyun tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək “Kommunizmdən 20 il sonra Mədəniyyət və Avropada inkişaf “ mövzusunda konfransa dair müzakirələr də aparılır.

Mədəni əməkdaşlığın mümkün variantlarının müzakirə olunduğu iclasda Bakı konfransının nəticələrinə dair təkliflər də irəli sürülərək 2009-cu ilin oktyabrında Bakıda keçirilməsi planlaşdırılan İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransına dəvət ediləcək Avropa dövlətlərinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılacaq.

Məlumat üçün bildirim ki, Azərbaycan tərəfi ilk dəfə olaraq Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin Konfransına İSESKO-ya üzv olan 10 dövləti dəvət etmişdi. Elə həmin tədbirdə Azərbaycan tərəfi İslam ölkələrinin mədəniyyət nazirlərinin konfransına 10 Avropa dövlətinin dəvət olunması təklifi ilə də çıxış edərək sivilizasiyalararası dialoqu nəzərdə tutan “Bakı prosesi”nin uğurla həyata keçirilməsi üçün praktik fəaliyyətini davam etdirir.

Fəaliyyətin davamı olaraq nazirlik əməkdaşı Vasif Eyvazzadə 2009-cu ilin 25-28 fevral tarixlərində Avropa Şurasının xüsusi ekspert qrupunun iclasında iştirak etmək məqsədilə Strasburqa səfər edib. Səfər çərçivəsində Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru Robert Palmerlə və AŞ katibliyinin nümayəndələri ilə görüş keçirən əməkdaşımız Bakı konfransının nəticələrinə dair Azərbaycan tərəfinin ilkin təkliflərini qarşı tərəfə təqdim edib. Büronun iclasında bu təkliflər barəsində də müzakirələr aparılır».

 

 

Günay Qurbanova,

Mədəniyyət və Turizm

Nazirliyinin əməkdaşı

 

Mədəniyyət.- 2009.- 11 mart.- S. 2.