London

 

Britaniya krallığının mərkəzi sayılan London XIX əsrdən başlayaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı insan axınına məruz qalsa da, şəhərdə o dövrdə yalnız iki və üç mərtəbəli binalar tikilirdi. XX əsrin əvvəlindən etibarən paytaxt əhalisinin sayının ildən-ilə artmasına baxmayaraq, şəhər təzə qaydalarla çətinliklə ayaqlaşırdı. Yaxşı məlumdur ki, ingilislər xasiyyətcə həmişə mühafizəkar olublar, indi də adət-ənənələrə hörmətlə yanaşırlar. Lakin London sakinləri bəzən varlı şirkətlər qarşısında təslim olurdular.

Keçən əsrin ortalarına qədər şəhərin hər bir nöqtəsindən öz hündürlüyü ilə nəzərləri cəlb edən, ser Kristover Renin layihəsi üzrə tikilən məşhur Müqəddəs Pavel məbədi indi «Barbiken» göydələnləri arasında görünməz olub. Hər halda, London küçələrini Nyu-Yorkun Manhettendəki nəhəng binaları ilə müqayisə etmək olmaz. «Barbiken» layihəsinin müəllifləri amerikalı həmkarlarından fərqli olaraq, müharibənin törətdiyi dağıntılardan sonra da Londonun kvartallarında çoxsaylı hündür binaların inşa olunmasını istəmirdilər. Lakin o faciəli illərdən sonra ucaldılmış «Şell», «Vikkers» şirkətləri, «Deyli Miror» redaksiyası digər çoxmərtəbəli kontor binaları, ofislər nəhəng Uoll-stritə bənzəmirdi. Hazırda Londonda təzə inzibati binanın tikilməsinə razılıq almaq müşkül məsələdir. Yerli hakimiyyət orqanlarının qoyduğu məhdudiyyətlərə görə, paytaxt şəhərdə tikintinin aparılmasına çox ciddi nəzarət olunur torpaq sahəsinə sərt kəskin limit qoyulub. London sakinlərini kədərləndirən bir şey varsa, o da, boş ərazinin yoxluğudur. Buna görə London öz tarixi simasını dəyişmir.

Britaniya adalarının ən böyük şəhəri olan London iqtisadi nəqliyyat xətləri üzrə bələdiyyə rayonlarını, ətraf 32 şəhər Siti daxil olmaqla, özündə birləşdirir. Ərazisi 1800 kvadratkilometr, əhalisi 7,4 milyon (2005) nəfərdir. Londonun Siti adlanan ərazisi bu günə kimi aparılan beynəlxalq valyuta hesablamalarının ən böyük mərkəzidir. Bu əməliyyatlar əldə edilən gəlirlər sayəsində London inkişaf etmiş dünyanın ən varlı şəhərinə çevrilmişdir. Demək lazımdır ki, londonluların daha çox sevdiyi qədim tikililər meydanlar - Vestminster sarayı, Vestminster abbatlığı, Travalqar meydanı, Mell, Karlton Xauz-terras, bir çox magistralların qovuşduğu Pikadilli, Lester-skver, onları əhatəyə almış məşhur Nayd-park Ridjent-park klassik memarlıq layihələri hesab edilir. Amma yuxarıda adıçəkilən yerlərdə qiymətlər baha olduğu üçün orada yaşayanların sayı çox azdır. Orta səviyyəli londonluların məskunlaşdığı kvartalları ötən əsrin əvvəllərində sıra ilə tikilmiş iki üç mərtəbəli binalar təşkil edir. Kraliçanın yay iqamətgahı - Vindzor qəsri bu ərazidə yerləşir. Yay aylarında bura turistlərin böyük axını başlayır.

  

   London haqqında bilgilər

  

   London qraflığı əhalisinin sıxlığına görə Britaniyada birinci yeri tutur. Etnik cəhətdən Londonun əhalisi çoxmillətlidir. Qədim dövrlərdən burada məskən salmış britt tayfalarından əlavə, bu ərazidə irlandlar, müxtəlif millətli mühacirlər qrupu, habelə uelslilər şotlandlar yaşayır. XIX əsrin sonlarında Londona yəhudilər, ardınca Aralıq dənizi sahili ölkələrindən, həmçinin Avstraliya Çindən köçkünlər gəlməyə başlayıblar. 1950-ci ildə isə Hindistandan gələn çoxsaylı mühacirlər burada məskən salıblar. Göründüyü kimi, London kosmopolit çoxmillətli əhalisi olan şəhərdir. Sakinlərinin 3%-ni müsəlmanlar təşkil edən Londonun qədim maraqlı tarixi var. B.e. əvvəl 43-cü ildə Britaniya adalarını işğal edən Roma imperiyası qədim keltlərin yaşadığı ərazidə hərbi düşərgə salır, sonra bu yerə Londinium adını veriblər. Romalıların ilk vaxtlar Temzanın şimal sahilində, körpünün yanında saldıqları balaca şəhərcik 142 hektar sahəni əhatə edirdi. Yüksək templə inkişaf edən London qısa zaman kəsiyində ölkənin böyük şəhərinə çevrildi. Lakin 410-cu ildə Roma imperiyasının süqutundan sonra London haqqında yalnız VII əsrə aid olan salnamələrdə verilən məlumatlara rast gəlmək olar. Bundan sonra da London şəhəri müxtəlif illərdə xarici qəsbkarlar tərəfindən dağıntılara məruz qalıb. 1616- ildə isə Londonda baş verən böyük yanğınlar nəticəsində 80 kilsə, o cümlədən Müqəddəs Pavel məbədi tamamilə yanıb kül olmuşdu.

   Bir neçə il ərzində yenidən tikilən London başqa görkəm aldı. 50 kilsə klassik üslubda tikildi, «Müqəddəs Pavel» məbədinin üstündə təzə günbəz ucaldıldı. 1707-ci ildə İngiltərə ilə Şotlandiya birləşəndən sonra London Böyük Britaniya Krallığının paytaxtı oldu. XIX əsrin birinci yarısında London daha da genişləndi. Bunun nəticəsində avtonəqliyyat, elektrik qatarları təzə metro xətləri yarandı. 1919-cu ildən 1939-cu ilə kimi London ətraf şəhərlər hesabına beş dəfə artdı. 1939-1945-ci illərin İkinci Dünya müharibəsi 300 min londonlunun ölümünə böyük miqdarda binaların dağılmasına səbəb oldu.

  

   Muzeylər beşulduzlu hotellər

  

   Müharibədən sonra aparılan quruculuq işləri İngiltərə paytaxtının klassik görkəminin müəyyən dərəcədə itirilməsinə səbəb oldu. Buna baxmayaraq, elm maarifin mərkəzi sayılan London ölkənin mədəni həyatında böyük rol oynayırdı. Burada London Kral Cəmiyyəti (1660), Universitet (1836), Britaniya akademiyası (1901), Kral İncəsənət Akademiyası (1920) fəaliyyət göstərir. Salamat qalmış muzeylər təzə tikilən, hazırda varlı ərəb şeyxlərinə məxsus olan beşulduzlu hotellər xarici qonaqların bu şəhərə axınını gücləndirir. Bundan əlavə, onlarca iri teatr, konsert salonu, kinoteatr daim sənətsevərlərin üzünə açıqdır. Məşhur «Old-Bik» teatrının yaxınlığında şəhərin ən böyük konsert zalı - «Röyal - Festival - Holl» yerləşir. London 1908-ci ildə IV 1948-ci ildə XIV Olimpiya oyunlarına ev sahibliyi edib. İndi isə 2012-ci ildə keçiriləcək möhtəşəm Olimpiya oyunlarının hazırlığı ilə məşğuldur. Paytaxtın mərkəzində çoxsaylı qədim memarlıq nümunələri tarixi abidələr toplanıb; Müqədds Pavel məbədi, Manşen-Xaus (şəhər bələdiyyəsinin iqamətgahı), Giild-holl (Ratuşa), Tauer Böyük yanğının (1661) qurbanlarının xatirəsinə ucaldılmış 61 metr hündürlüyü olan monumental abidə. Burada XVII XVIII əsrlərdə tikilmiş kilsələrə rast gəlmək olar. Keçmiş London həbsxanasında hazırda işgəncələr muzeyi yerləşir. Tauerdə Britaniya tacına məxsus xəzinə saxlanılır. Trafalqar meydanında admiral Nelsonun şərəfinə heykəl qoyulub. Onun yaxınlığında Milli şəkil qalereyası Britaniya Admirallığının binası yerləşir. Qeyd etmək lazımdır ki, Londona gələn xarici turistləri daha çox maraqlandıran İngiltərə Krallığının iqamətgahı olan Bukingem sarayı Parlament meydanındakı paytaxtın simvolu sayılan Biq-Ben qülləsidir. Ondan bir qədər aralıda Britaniya Krallığının tacqoyma mərasiminin keçirildiyi yer - Vestminster abbatlığı seyrçilərdə gözəl təəssürat yaradır. Burada görkəmli dövlət xadimləri, yazıçı alimlər dəfn olunublar. Abbatlığın yaxınlığında Parlamentin rəsmi kilsəsi hesab edilən Sent-Marqaret dövlət xadimlərinə xidmət göstərir. Göründüyü kimi, London mədəniyyət ocaqlarının tarixi abidələrin sayına görə, bəlkə dünyada ən zəngin şəhərdir. Viktoriya Albert muzeyi, elm təbiətşünaslıq muzeyləri Kral coğrafiya cəmiyyətinə gələnlər çox böyük təəssüratla buradan gedirlər. «Olimpiya» sərgi zalı Qrinviç sarayı həm yerli tamaşaçıları, həm xarici qonaqları öz möhtəşəmliyi ilə valeh edir. Qeyd edək ki, bu, mədəniyyət ocaqlarının tam siyahısı deyil.

  

   London həm sənaye mərkəzidir

  

   London şəhəri, eyni zamanda, ölkənin iri sənaye mərkəzidir. Burada elektrotexnika, radioelektronika, maşınqayırma, avia, avto, cihazqayırma, gəmi təmiri zavodları, telefon radioaparatlar digər sənaye məhsulları istehsal edən müasir texnologiyaya malik çoxsaylı müəssisələr var. Bunlardan əlavə, kağız, poliqrafiya, tütün, ərzaq, toxuculuq, kimya mebel sənayesi çox inkişaf edib. Avropada ən qədim metro Londonda 1863-cü ildən işləməyə başlayıb. Paytaxt əhalisinin məişət ticarətinin daha səliqəli abadlaşmış ərazisi Uest-End hesab olunur.

   Azərbaycanın turizm həvəskarları yəqin ki, dünyanın möhtəşəm şəhərlərindən biri olan Londona qiyabi olaraq «Oralar» teleserialı vasitəsi ilə səyahət ediblər. Şübhəsiz ki, yaxın gələcəkdə ölkəmizin turistləri İngiltərənin paytaxtı Londona səyahət edib, əyani surətdə onunla tanış olmaq imkanı əldə edəcəklər.

 

  

   Həsən Tağıyev.

 

   Mədəniyyət.- 2009.- 13 mart.- S. 14.