Kinomuzun bəyi.

 

Ağasadıq Gəraybəylinin doğum gününə.

 

Ağasadıq Gəraybəyli. Bu ad hamımıza nə isə deyir. Oturub maraqlı söhbətlər edən köhnə Azərbaycan kişisini, əsil-nəcabətli bəyi xatırladır. Bica demədim, bəy olması həqiqidir. Ağasadıq Gəraybəyli 15 mart 1897-ci ildə Şamaxıda bəy ailəsində anadan olub. Onun çox maraqlı bir sənətin dalınca getməsi insanda təəccüb hissi yarada bilər; «bəy olasan, aktyorluq sənətini seçəsən». Görünür, sənət yanğısı güclü olub. Bu səbəbdən də aktyor olmağı qərara alıb.

Gəraybəylinin simasında köhnə insanın cizgilərini duymaq elə də çətin deyil. Ona baxarkən adama elə gəlir ki, oturub onunla uzun müddət maraqlı söhbət etmək, yaxşı məsləhətlər almaq olar. Danışığının tələskənliyi isə onda azərbaycanlı koloritini daha da artırır. Onun danışıq tərzini eynilə belə bir aktyorlar Eldəniz Zeynalovla müqayisə etmək olar. İkisində də Bakı «qədeş»lərinə xas olan iddialar, hərəkətlər və danışıq tərzləri tam uyğun... Aktyorun uşaq yaşlarından Bakıda yaşaması buna dəlalətdir. Hər ikisini eyni nöqtələrdə birləşdirmək mümkündür. Amma Ağasadıq Gəraybəylinin sanballı kişi görünüşü və bir sıra iddialı hərəkətləri onun əyilməz bəy nəslindən olmasına bir eyhamdır. «Yox-yox canım eee... indicə Hüseynova bacıları öz məharətlərini görsədəcəklər!» Daha jestli hərəkətlərlə hər hansı halı, ovqatı göstərmək bacarığı aktyorda ideal idi.

Ağasadıq Gəraybəyli aktyorluq məharətini 80 il səhnədə sübut edib. 1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağayarın köməyi ilə səhnəyə çıxıb. Professional səhnəyə 1921ci ildə Bakı Türk Azad Tənqid Təbliğ Teatrının səhnəsindən başlayıb. Bundan öncə isə 1932-ci ilə kimi bu teatrda çalışır. Kino sənətinə 1920-ci illərdən çəkilməyə başlayıb. İlk dəfə «Qız qalası» səssiz filmində (Əyan) epizodik obrazını oynayıb. Sonra «Hacı Qara»da Əsgər bəy rolunu oynayır. Cəfər Cabbarlı «Sevil» filmində Balaş rolunu məhz ona həvalə edir. Ağasadıq Gəraybəyli 1916- ildə Politexnik Məktəbinə daxil olan vaxtlardan Cəfər Cabbarlı ilə tanış olur. Sonralar aktyor Tənqid Təbliğ Teatrından Akademik Milli Dram Teatrına keçir. İyirminci ildən aktyor kimi Milli Dram Teatrının yenicə təşkil olunmuş truppasında çalışıb. Akademik teatrda daha çox faciəli rollara üstünlük verir. Bilinmir, bəlkə , maraqlı alınıb. Amma inanmaq olmur ki, Ağasadıq Gəraybəylini gülüşsüz görəsən. Daha çox komik temporitmli aktyorun faciədə bütün bunları yığışdırması onun müsbət dəyərlərini göstərən vasitə ola bilər. «İblis», «Xəyyam», «Səyavuş» (H.Cavid), «Qaçaqlar» (F. Şiller), AltunbayOd gəlini», C. Cabbarlı), LorensioRomeo Cülyetta», V.Şekspir), Knyaz AbrezovCanlı meyit», L.Tolstoy) neçə-neçə saymaqla bitməyən faciəli rollar. Maraqlı budur ki, aktyora həmişə baş qəhrəmanları həvalə ediblər. Faciəli obrazları da maraqlı rəngarəng etməyi Ağasadıq Gəraybəyli bacarıb. Amma aktyor istedad sayəsində obrazlar da yarada bilib. Əsgər bəy Naçalnik, XanHacı Qara», «Lənkəran xanının vəziri»), Əliqulu MindilliƏliqulu evlənir», «Nişanlı qız»), Ser TobiOn ikinci gecə», V. Şekspir), Anton AntonoviçMüfəttiş», N. V. Qoqol) başqa komik rolları ilə aktyor öz məharətini bəyan etdirib. Saymaqla bitməyən həm komik, faciəli, həm dramatik rolları Ağasadıq Gəraybəylini tamaşaçılara tanıdıb sevdirib. Ağasadıq Gəraybəylinin teatrdakı bu rollarını- XosrovFərhad Şirin»), İbrahim xanVaqif»), StalinXanlar») qeyd etməmək heç cür olmur. Vaxt ötdükcə, aktyor yaşa dolduqca kinoda da maraqlı obrazlarını yaradır kinolentlərlə tarixdə bir nişan qoyur. İran sərdarıFətəli xan»), SərdarovQızmar günəş altında»), Rüstəm dayıBizim məhəllənin uşaqları»), JandarmUlduzlar sönmür») filmlərində elə maraqlı obrazlar yaratmır. Amma iki filmi əldə dəstəvuz edib demək olar ki, Ağasadıq Gəraybəyli kino sənətində az görmədi. Bu iki film «O olmasın, bu olsun» (Rüstəm bəy) «Bəxtiyar»dır. Bu obrazlar kino sənətində kifayət qədər geniş tamaşaçı kütləsini özünə cəlb etdi sevdirdi. «O olmasın, bu olsun» filmindəki Rüstəm bəy elə bil onun genetik prototipidir. İç dünyasının qaranlıq nöqtəsində gizlənən obrazıdır. Ümumiyyətlə, obrazlarının əksəriyyətində onun genetik səcərəsi açıq-aşkar görsənir. Rüstəm bəyin daxilində bir kişilik yatır. Onun ifadəlirində iradəsiz adam xarakteri duyulur. Amma o, bəydir, əsilzadədir xaraktercə güclü adamdır. Bütün bu keyfiyyətlərinə görə Rüstəm bəy, aktyor Ağasadıq Gəraybəyliyə borcludur. Rüstəm bəy dərin düşüncə savadlı görünməsə , onun irsən gələn bəy ədaları var ki, bu da hərəkətə, jestlərə, meyilli olan aktyorun ifa xüsusiyyətlərini açır.

«Bəxtiyar» filmində bu çeviklik Ağabalanın özünəməxsusluğu və işbazlığı kimi yozulur. Hər kəlməsi dəqiq tapılmış üz ifadəsi jestlə müşayiət olunan Ağasadığın qəhrəmanı komik obraza çevrilir. Sözsüz ki, hərəkətə meyillilik, jest mimikalardan istifadə, səssiz filmlərdən olan obraz üçün (Balaş, «Sevil») xüsusilə vacib idi. Diqqət etmisinizsə, bu filmdə Ağasadıq Gəraybəylinin üzü «oynayır». Tamaşaçılara təkcə süjeti izləmək qalır. Çünki ilk kadrlardan aktyor Balaşı tanıdır. Səssiz film olmasına baxmayaraq, «Sevil» təbiətcə çox enerjili ehtiraslı aktyora görə səs-küylü bir film kimi baxılır. Bunu ona görə əminlikə demək olar ki, artıq «Sevil» mövzusunun yaratdığı hay-küy keçib gedib bu gün filmə aktyor oyununun sərgisi kimi baxılır.

Martın 15-i aktyor Ağasadıq Gəraybəylinin 109 yaşı tamam olur. Amma yüz il sonra da onun qəhrəmanları bizimlə olacaq. 

 

 

Aytək.

 

Mədəniyyət.- 2009.- 13 mart.- S. 10.