Hökmdar taleli, alim ömürlü Uluqbəy.
Onun şəkli
intibah dövrünün qravüralarından birində
alleqorik Elm fiqurunun sağ tərəfində, dünyanın ən
görkəmli alimləri arasında çəkilib. Çünki o dövrdə
dünyada heç bir alim öz müşahidə və
hesablamalarının dəqiqliyində onunla müqayisə
olunmamışdı...
Uluqbəy,
öz adı ilə anılan imperatorluq qurmuş Əmir
Teymurun nəvəsi idi. Hələ erkən yaşında qardaşlarından fərqli
olaraq saraydan,dövlət işindən
uzaq durur. Meydanlarda at çapmaq, qurşaq tutmaq
və qılınc oynatmaq kimi hərb işi ilə
maraqlanmır. Bütün bunlar ona irad tutulsa da, o,
inadından dönmür... Bir gün babası Əmir
Teymurun yanında olur. Bildirir ki, o, elmlə məşğul
olmaq istəyir... Hökmdar bir anlıq fikrə
gedir. Yadına Uluqbəyin hələ uşaqkən onun
sualına verdiyi cavab düşür...
Əmir Teymur
bir gün Gülüstan bağına gəlir. Bir müddət
orada qalmalı olur. Ona görə də əyanlara
tapşırıq verir. Nəvələrini
onun yanına gətirirlər. Gecənin
aydınlığında nəvələrindən biri-Uluqbəydən
soruşur: -Ürəyin nə istəyir, deynən verim! Uşaq da yavaşca əlini yuxarı
qaldırır. Göydə sayrışan ulduzu göstərir
və deyir: - Baba, onu istəyirəm! Əmir
Teymur uşağın cavabından tutulur. Uluqbəyin
qeyri-adi cavabı onu düşündürür...
Uluqbəy
saraydan, taxt-tacdan nə qədər qaçsa da, taleyin
hökmündən qaça bilmir. ...Vaxt gəlir o da hökmdar
taxtında oturur. Lakin onun
hökmdarlığı uzun sürmür. Oğlu Əbdüllətif ona qarşı
çıxır. O da oğlu ilə mübarizə
aparmaqdan imtina edir. 24 oktyabr 1449-cu ildə təslim olur və
aman istəyir... Şeyxlər elə həmin
gün ona məhkəmə qurur.Onu zalımlıqda, ədalətsizlikdə
günahlandırırlar. O, məhkəmədən
yalnız bircə şey Səmərqənddə
qalmağı və elmlə məşğul olmağa icazə
istəyir... Məhkəmə isə qərar
çıxarır ki, xan günahlarını yumaq
üçün mütləq Məkkəyə getsin. Oğlu isə atasını öldürməyəcəyinə
söz verir. Uluqbəy məhkəmədən
çıxıb evinə gəlir. Lakin şeyxlər elə
həmin gecə başqa bir qərar da çıxarır:
Uluqbəy ölüm cəzasına məhkum olunur.
Üç
gündən sonra Uluqbəy Hacı Xorasanla Məkkəyə
yola düşür. Lakin Səmərqəndə yaxın kəndlərin
birində çapar onları saxlayır. Bildirir
ki, saraydan məktub gətirib. Məktubda
xanın adından əmr olunur ki, durduğunuz yerdən tərpənməyin.
Uluqbəyin öldürülməsi isə
Sulduzlar nəslindən olan Abbasa tapşırılır.
Çünki onun atası neçə il əvvəl
Uluqbəyin əmrilə
Abbasın
nökərləri əli-qolu sarınmış Uluqbəyi
arxın kənarına gətirir və diz
çökdürürlər. Abbas isə onun
qabağına keçir. Cəlladın
qılıncı bir an yuxarı qalxıb
zərblə onun boynuna yenir. Cahan
hökmdarının başı bulanlıq arxa tərəf
diyirlənir. Qumlu çəhlimdə qan ləkəsi
salır...
Çox
keçmir sabiq hökmdarın ölüm xəbəri Səmərqəndə
çatır.
Uluqbəyin yaxın köməkçisi,
şagirdi və dostu Əli Quşçu faciədən xəbər
tutur. Bilir ki, Uluqbəyin qətli onun
şagirdlərinin və əsərlərinin məhvi deməkdir.
Ona görə də tez atına minib rəsədxanaya
gəlir. Ağzınacan kağızla dolu kisəni
atın tərkinə qoyub oradan uzaqlaşır...
O, əvvəl Çinə,
ordan da Herata gedir. Ancaq heç bir iş görə bilmir. Nəhayət, gedib İstanbula çıxır.
Orada Uluqbəyin «Ulduz cədvəli»
kitabını çap etdirir. Kitab tezliklə
Dəməşqdə və Qahirədə yenidən nəşr
olunur. XVII əsrdə kitab üç dəfə
Londonda, sonra Parisdə, Florensiyada və Cenevrədə nəşr
edilir. «Ulduz cədvəli» kitabı o qədər
heyranedici olur ki, bir çox alim cədvəlin
orijinallığına şübhə ilə yanaşır.
Alimin apardığı müşahidə və
hesablamaları mümkünsüz hesab edirlər. Bu səbəbdən XX əsin əvvəllərində
Avropanın və Asiyanın bir çox alimi Uluqbəyin vətəni
Səmərqəndə gəlir. Ancaq onlar
Səmərqənddə rəsədxananın yerini belə
müəyyən edə bilmirlər. Kor-peşman
geri dönürlər. Lakin təkcə
rus arxeoloqu Vyatkin inadkarlıq göstərir. 1908-ci ildə Səmərqənd ətrafında
arxeoloji qazıntılar aparır. Arxivlərdə
çalışır, qocalarla söhbətlər edir. Sonda torpaq idarəsinin arxivinə də gedir.Bir
neçə ay orada çalışır. Gərgin axtarışdan sonra XVII əsrə aid bir
sənəd tapır. Sənəddə “təlli-rəsəd”
adı ilə bir sahənin satılmasından bəhs edilir.
Müəyyən olunur ki, həmin sahə
Qırxqız qəbiristanlığı
yaxınlığındakı Kuhək təpəsində
yerləşir. Beləliklə, Vyatkin rəsədxananın
harada olduğunu təxminən müəyyən edir. Günün səhəri həmin sahəyə gəlir.
Tələsmədən təpəyə
qalxır. Ətrafı seyr edir. Aşağıda
dayanmış dehqanlar ona yaxınlaşır və deyir:
- Bura müqəddəs
yerdir, buranı qazmaq olmaz. Burada məzar var!
- Axı məzar
bütün təpəni tuta bilməz!
- Çox-çox əvvəl
burada Uluqbəyin rəsədxanası olub.
- Bax, mən o rəsədxananı
axtarıram...
Qoca dehqanlar
şübhə ilə başlarını bulayır. Bir-birilərinə
deyirlər. Biz də elə bilirik ki, bu rus balası dəfinə
axtarır...
Rəsədxanada
qazıntı işinə bir də 1941-ci ildə II Cahan
müharibəsinə az qalmış
başlanır. Lakin iyunun 22-də qazıntı
işi dayandırılır. 1948-ci ildə iş yenidən
bərpa olunur. Sonuncu qazıntı işləri
Uluqbəy rəsədxanasını yenidən qurmağa əsas
və imkan verir.
Səmərqəndin
dörd tərəfindən də aydın görünən təpənin
üstündə girdə, tənha və sirli bir bina
ucaldılır. Damında çoxda böyük olmayan
cihazlar yerləşdirilir. Mərkəzində
Vyatkinin tapdığı kvadrat möhkəmləndirilir.
Kvadratın bir ucu yerin altında, o biri ucu
binanın çölünə çıxarılır.
Onun hər iki tərəfində ulduzları və
günəşi müşahidə etmək, nəzəri
işlər görmək üçün müxtəlif
binalar tikilir.
Rəsədxananın
içəri divarları şəkillərlə, sxemlərlə
bəzədilir. Şəkil və sxemlərdə yeddi
qübbə, doqquz səma, yeddi planet, ulduzlar və iqlim
qurşaqlarına ayrılmış Yer kürəsi göstərilir.
Orada həm də zəngin kitabxana
yaradılır. Çünki rəsədxana
təkcə müşahidə yeri olmamışdı. Orada dövrün ən bilikli adamları -
riyaziyyatçılar, filosoflar
çalışmışdır. Təbii
ki, rəsədxanada rəmmallar da çalışıb.
Çünki o dövrdə rəmmallıq
astronomiya və riyaziyyata nisbətən daha nüfuzlu elm olub.
Belə ki, riyaziyyat və astronomiya rəmmallığa
xidmət edən tətbiqi elmlərdi. Onu da qeyd edək
ki, Ulduz cədvəli kitabı beş hissədən
ibarətdir. O beş hissənin ikisi rəmmallığa
- ulduzlara görə insan taleyindən xəbər verilməsinə
həsr olunub...
... Sonda belə
qənaətə gəlmək olar ki. Uluqbəylə
aparılan mübarizədə İslam təəssübkeşləri
məğlub olub. Düzdü, aparılan
mübarizədə rəsədxana dağıdılır,
bir hökmdar kimi Uluqbəy qətlə yetirilir. Lakin Uluqbəy ömrü yazdığı əsərlərində
yaşayır. Adı, şöhrəti
uzaq-yaxın ölkələrə yayılır, tarixin yaddaşında
əbədiləşir. Onu da qeyd edək
ki, Uluqbəyin üstündə Teymuri adı vardı. Ancaq arxeoloq Vyatkini Səmərqəndə - Kuhək
təpəsinə gətirən bu səcərə deyildi.
Bir alimin şöhrət tacı- əsərləri
idi.
Arxeoloq Vyatkin
ömrünün bir neçə ilini rəsədxananın
tapılmasına və bərpasına sərf edir. Sübut etmək
istəyir ki, XV əsrdə Səmərqənd dünyanın
əsas elmi mərkəzlərindən biri olub. Bu həqiqət , 1941-ci ilin iyun ayında II Cahan
müharibəsinin başlanmasına beş gün
qalmış bir sıra alim , həkim, kriminalist və
tarixçini Guri-Əmir məqbərəsinə gətirir.
Orada, bir məzarın sinə daşında oxunur: “ Bu nurlu qəbir ... hökmdarın sonuncu rahat
yeridir. Cismi bura yendirməklə cənnət bağlarına
səfa gətirmiş , behişt sakinlərinin
gülşəninə səadət bəxş etmişdir. O
həm də dünyaya və dinə kömək edən istəkli
sultan, savadlı xəlifə sultan Uluqbəydir - Allah onun qəbrini
nurla doldursun... Onun oğlu ona qarşı
haqsızlıq etmiş və atasının boynunu xəncərlə
vurdurmuşdur. O, hicri 853-cü ildə Ramazan
ayının 10-da əzab-əziyyətlə
ölmüşdür”.
Tarixin təzadlı səhifələrində
göstərilir ki, münəccim Uluqbəyin qətlindən
bir il keçməmiş Əbdüllətif
taxtdan salınır.Sonra da ata qatili kimi
Savalan Fərəcov.
Mədəniyyət.-
2009.- 13 mart.- S. 6.