Havalansın gitaranın səsi.
R.Behbudov adına
Mahnı Teatrında 4-cü Gitara Musiqisi gecəsi
keçirildi. Budəfəki gecə 19 yaşlı gənc
gitaraçı Leyla Quliyevanın solo-konsertinə həsr
olunmuşdu. Onu həmçinin təhsil aldığı
musiqi məktəbinin müəllimi A.Semyonov müşahidə
edirdi. Gecədə ispan, Kuba, qaraçı xalq rəqsləri
ilə yanaşı, İ.Bax, İ.Vaqner, A.Kramskoy, F.Qoyan kimi
görkəmli bəstəkarların gitara üçün bəstələdiyi
əsərlər də səsləndirildi. Konsertdən sonra gənc
gitaraçı ilə etdiyimiz söhbətin mövzusu da elə
klassik gitara ifası ilə bağlıydı.
- Leyla, bizdə
qadınlar əsasən pianino ixtisasına yiyələnməyə
çalışır. Bəs sənin gitaraya həvəsin
haradan yarandı?
- Kiçik yaşlarımda 16 saylı Musiqi Məktəbinin skripka sinfinə gedirdim. Məni məktəbə aparıb-gətirmək müəyyən çətinlik yaradanda məktəbi tərk etməli oldum. Ümumiyyətlə, gitara musiqisi uşaqlıqdan diqqətimi çəkirdi. Əlbəttə, mən o zaman ciddi gitara musiqisinin nə demək olduğunu bilmirdim. Həm də gitaranı istənilən yerə daşımaq mümkündür. Beləcə orta ixtisas musiqi məktəbinin gitara sinfinə daxil oldum.
- Fikir verdim, dinləyicilər gitarada milli musiqilərimizi, ifa edəndə daha çox sənə diqqət kəsilmişdilər.
- Xüsusilə “Ad günü” mahnısında...
- Bəs bugünkü çıxışını özün necə qiymətləndirirsən?
- Alqışlara görə hər kəsə təşəkkür edirəm.Amma müəyyən səhvlərim oldu və çatışmazlıqları özüm üçün təhlil edəcəyəm.
- Musiqi sənin üçün hobbidir? Axı ingilis dili ixtisası üzrə ali təhsil də alırsan.
- Gitara sinfi beşillikdir. Oranı artıq bitirmişəm.
Sadəcə olaraq, qaydalara
görə imtahan verib 6-cı ilə keçirsən. Bu il isə, əsasən çıxışlara,
konsertlərə, səhnə
təcrübəsinə yiyələnməyə
sərf olunur. Ümumiyyətlə, musiqi mənim
əsas seçimimdir.
Gitara ilə konsertlər vermək, disklər hazırlamaq istəyirəm.
Planlarım genişdir. Həm də gələcək çıxışlarımda repertuarımı
Azərbaycan musiqiləri
ilə zənginləşdirmək
istəyirəm. İndi repertuarımızda
Avropa musiqisi üstünlük təşkil
edir.
- Azərbaycan musiqisi
gitarada necə səslənir?
- Gitara musiqisi bizdə zəif inkişaf edib. Buna görə bəstəkarlarımız
da sırf gitara əsəri yazmayıblar. Avropada çıxış
etsək, bizdən mütləq öz gitara əsərlərimizin
ifasını istəyəcəklər.
- Kumirin olan gitaraçı...
- İspan gitaraçısı
Papa de Lersya, ölkəsində
ona heykəl də qoyublar. Repertuarımda isə əsasən Baxın, Culyaninin, Aquadonun klassik əsərlərinə üstünlük
verirəm.
- Bəs
bizim gitaraçılardan?
- Milli musiqiyə üstünlük
verən Rəmişi
dinləmişəm.
- Telekanallarımız
və gitara musiqisi...
- Bilirsiniz,
hələ nə bizim konservatoriyada, nə də İncəsənət Univerestetində
gitara sinfi yoxdur.Telekanallarda isə klassik gitara musiqisinə rast gəlinmir. Amma bu gün siz
də gördünüz
ki, bizim çıxışımıza qulaq asmağa nə qədər gənc gəlmışdi...
Mən bir dəfə İTV-nin mədəniyyət proqramında çıxış
etmişəm. Gələn
reaksiyalar gitara musiqisi dinləmək istəyənlərin heç
də az
olmadığını göstərir.Televiziyada
isə əsasən müğənni ifalarına
üstünlük verirlər.
Bizdə
gitara musiqisi kifayət qədər təbliğ edilmədiyindən,
bu sahədə boşluqlar yaranır.
- Bir sıra gitaraçılar
həm də oxuyurlar...
- Dünyada
həm gitarada ifa edən, həm də oxuyan kifayət qədər tanınmış
musiqiçilər var. Lakin
onları əsasən
müğənni adlandırırlar.
Sırf gitaraçılar isə oxumurlar. Bu, belə
qəbul edilib.
- Elektron
gitaranın sənin gitarandan fərqi?
- Gitaranın
əsasən beş istiqaməti
var. Elektron gitara rok və estrada
musiqisi üçündür.
Altısimli və ispan gitarası klassik alət sayılır.
- Gitaranı
digər musiqi alətlərindən fərqləndirən
sirr nədədir?
- Ümumiyyətlə, gitaranı seçmisənsə,
onun sirrini asanlıqla mənimsəyəcəyini,
zəhmətsiz ifa etməni öyrənəcəyini
düşünməməlisən. Hər bir alətin öz yeri var. Gitaranın sirri isə ən azı onun ifaçısındadır.
- Sizin
musiqi məktəbində
gitara ixtisasına yiyələnmək istəyənlər
nə qədərdir?
- Dəqiq sayını
bilmirəm, amma əvvəlki illərə
nisbətən say etibarilə
gitaranı seçənlər
çoxluq təşkil
edir.
- Bir gün gitaraya laqeydliyi görüb ondan imtina edəcəksənmi?
- Mən həyatımı
gitarasız təsəvvür
belə etmək istəmirəm.
Sabutay.
Mədəniyyət.-
2009.- 13 mart.- S. 6.