Minbir roldan biriözü

 

Bu obrazın adı: “İ.N.Kamal - 60”

 

Bu ilin yanvarında Azərbaycanın məşhur komediya ustası, xalq artisti İlham Namiq Kamalın 60 yaşı tamam oldu. Yubileylə əlaqədar olaraq, artıq neçə vaxtdır ki, silsilə tədbirlər həyata keçirilməkdədir. Ötən həftə isə sevimli aktyorumuz öz sənət dostları tələbələri ilə birgə Dövlət Mədəniyyət İncəsənət Universitetinin nəzdində olan Səda Tədris Teatrında da maraqlı bir tədbirlə çoxlarını sevindirdi.

Tədbirdə Aqşin Babayev, Valeh Kərimov, Hacı Cəfər Namiq Kamal, Arif Quliyev, Xanım Qafarova, Ramiz Əzizbəyli başqaları iştirak edirdi. Əvvəlcə gülüş ustasının yaradıcılıq yolundan söz açıldı. Azərbaycanın mədəniyyət incəsənətində böyük rolu olan aktyorun ifa etdiyi rollardan danışdı. Tamaşalarından göstərilən fraqmentlər, ünvanına səslənən təbrik teleqramları isə tədbirdə canlanma yaratdı. Həmçinin sənət dostlarının təbrik nitqləri auditoriyaya səmimiyyət qatdı. Səbəbkar özü Rza Təhmasibi, Adil İsgəndərovu başqa müəllimlərini yada salıb bir aktyor kimi yetişməsində onların böyük rolu olduğunu vurğuladı.

Sənət dostu Ramiz Əzizbəyli öz çıxışında İlhamla onu həm maddi, həm mənəvi tellərin bağladığını dedi: “Biz uzun zaman nəinki eyni dram dərnəklərində, xalq teatrlarında da çalışmış, hətta bir məhlədə yaşamışıq. Bununla da bizdən asılı olmayaraq, mənəvi dünyamız da yaxınlaşmağa başlayıb”.

Universitetin aktyor sənəti fakültəsinin dekanı, əməkdar artist Ötkəm İsgəndərov, sənətşünaslıq fakültəsinin dekanı Vəfa Əliyev öz növbəsində sənətkarı təbrik edib, ona yeni- yeni nailiyyətlər ən əsası ailə xoşbəxtliyi arzuladılar.

H.Seyidzadənin rejissorluğu ilə çəkilmişQayınanafilmindən, Altay MəmmədovunKişilərəsərindən, Ədalət Ziyadxanovun quruluş verdiyiMehmanxana sahibəsiteletamaşasından göstərilən parçalar da zalda gülüş alqış səslərinin yaranmasına səbəb oldu. Həmçinin bu gecənin ssenari müəllifi olan Aqşin Babayevin qələmə aldığıNekroloqəsərindən fraqment tamaşaçıların ixtiyarına verildi. “Xoşbəxt o kəsdir ki, sağlığında tamaşaçı məhəbbəti qazanır”...”Hər bir sənətkara nəsib olmur ki, onu hər yaşın adamları sevsin”...Tədbirdə bu kimi fikirlər çox səsləndi. Yubilyarın həmkarı, xalq artistimiz Telman Adıgözəlov zarafatından da qalmadı: “Müdir haqqında demək olar? O, dahidir!” Telman müəllim zarafatla dostuna göz dəyməsin deyə, özü ilə bir maşın üzərrik gətirdiyini açıqladı. Yaşar Nuri , Telman Adıgözəlov da şirin xatirələrə dalıb İlhamla birgə başlarına gələn maraqlı əhvalatlardan söz açdılar.

Aaiq adına Kukla Teatrının əməkdaşları öz maraqlı çıxışları ilə, universitetin musiqi sənəti kafedrasının müdiri Simarə İmanova isə gözəl ifası ilə yubilyarı təbrik etdi.

Sonda İlham Namiq Kamalın Xanım Qafarova ilə birgə, “Mən dəyərəm min cavanaadlı yeni tamaşasından canlı olaraq, göstərdikləri bir səhnə alqışlarla qarşılandı.

Yəqin ki, komediya ustasının ünvanına hələ çox təbriklər söylənəcək. Biz «Mədəniyyət» qəzetinin bütün işçi heyəti adından sənətkarımızı 60 illik yubileyi münasibətilə təbrik edir ona həm yaradıcılığında, həm pedaqoji fəaliyyətində, həm şəxsi həyatında uğurlar arzulayırıq.

Maraqlı rolları ilə hamını güldürən, eyni zamanda da düşündürən aktyorumuzun qat- qat böyük yaş yubileylərindən sonra görüşmək ümidilə...  

 

 

Könül NƏCƏFOVA.

 

Mədəniyyət.- 2009.- 13 mart.- S. 5.