Bir millət - iki
dövlət
Türk əsgərinin könüllərdə
yuvası var...
Tarixdən məlumdur ki, 1918-ci ilin 18 mart-1 aprel tarixlərində
Bakıda Azərbaycan türklərinə qarşı erməni-daşnak
Şaumyanın rəhbərliyi ilə dəhşətli
soyqırım həyata keçirilmişdir.
Bu faciələrdə 12 min
azərbaycanlı şəhid oldu. O, vaxt Azərbaycanın ağır vəziyyəti
barədə İstanbula üzücü
xəbərlər gəlirdi, türk
qardaşlarımız ciddi narahatlıq keçirirdi. Belə bir vaxtda Ənvər Paşa ögey qardaşı Nuru
Paşanı Qafqaz İslam
Ordusunu qurmaq məqsədi
ilə Azərbaycana göndərdi. Azərbaycanlılara
qarşı düşmənlərin vəhşilikləri
getdikcə şiddətlənirdi. Soydaşlarımız belə
bir çətin vaxtda
Anadolu türklərinə böyük
ümid bəsləyirdilər. Onlar da
qardaşlarını darda qoymadılar. Türk ordusu Azərbaycana gəldi. 1918-ci il may ayının 25-də
Gəncəyə gələn Nuru
Paşanın komandanlığındakı birliklər
işğalçılar tərəfindən ələ
keçirilən Salyanı, Ağsunu,
Kürdəmiri, Şamaxını geri
qaytardı. Bakıya doğru irəliləyən
türk ordusunun ilk həmləsi nəticə vermədi... Onda xalqın çarəsizliyini görən şair Abdulla Şaiq “Niyə belə gecikdin”
adlı şerini yazdı:
Sən gəlməsən,
dolumsanmış ürəklər,
Sən gəlməsən, xarabaya dönən qəlb abad
olmaz.
Sən gəlməsən, günəş
doğmaz, ümid gülüm açılmaz,
Dodaqlarım gülməz, sönmüş bəxtimə nur
saçılmaz.
Sonra da şair Bakıdakı dəhşətli vəziyyət
barədə Nuru Paşaya
belə bir məzmunda məktub göndərir:
“Ey türk
əsgəri! Əgər sən Bakını ala
bilməsən, Bakıda sənin üçün
hazırlanmış süfrələr qonaqsız qalacaq, sənin üçün
kəsilən qurbanlar düşmənə
qalacaq. Əgər sən bu
şəhəri ala bilməsən,
müsəlman gəlinlərin duvaqlarını düşmən
açacaq, sənin müzəffər
olmağın üçün qalxan əlləri zalımlar kəsəcək”.
Türk əsgəri Bakını ala bildi. İkinci
hücumda düşmən məhv edildi. Şəhər
işğalçılardan təmizləndi. Xalq
Nuru Paşa ilə Xəlil
Paşanı xilaskar kimi
qarşıladı. Azərbaycan xalqı Qurtuluş
gününün sevincini
yaşadı.
Türk ordusu
Bakı və digər bölgələrdəki
döyüşlərdə yüzlərlə şəhid verdi. Belə ağır döyüş yollarından biri
də Şamaxıdan keçirdi.
Şamaxı yaxınlığında döyüşlərdə
şəhid olan bir türk zabitinin
sorağı dillərə düşdü.
Onun adı bəzi qaynaqlarda
İzzət, bəzilərində isə Qadir
kimi qeyd
olunur.Əlfayim Əziz “Azadlıq naminə” adlı
kitabında türk əsgərinin şəhid
olmasını belə təsvir edir:
“İzzət bəy Aşot adlı
erməninin gülləsinə tuş gəlir.
Ağır yara alan mayorun köməyinə ətrafda yaşayan insanlar gəlirlər...
Orada Gülsabah
adlı bir qadın
yaylığını çıxardıb əsgərin
yarasını bağlamaq istəyir.
İzzət bəy qadına:- Bacım, qolumdan
möhkəm tut, mərmini ordan çıxardım.
O, mərmini çıxardır,
dəsmala bükür və deyir:
- İndi hər şey
qaydasındadır, yaramı bağlamağa
ehtiyac yoxdur, qoy qanım bu torpağa axsın.
İzzəti yaralayan Aşot ordaca gəbərdilir. Ölümcül vəziyyətdə olan İzzət Nuru Paşanı qarçısında görəndə
həyəcanlanır. Nuru Paşa əsgərin başını dizlərinin
üstünə qoyur.
Artıq
İzzət bəy
son anlarını yaşayır.
O, üzünü Nuru
Paşaya tutub deyir:
- Paşam, türk Paşasının
dizləri üstündə
can vermək mənim üçün böyük
şərəfdir.
Beləcə, İzzət bəy
vurulduğu yerdə gözlərini əbədi
olaraq yumur”.
Yerli sakinlər İzzət
bəyi Şamaxıya
aparmaq istəyir.
Ancaq əsgərin öz vəsiyyətinə görə
şəhid olduğu
yerdə- Şamaxının
yaxınlığındakı Acıdərədə dəfn
edilir. O gündən
də qəbirin adı “Türk məzarı” kimi dillərə düşmüşdür.
Həmin məzar dəfələrlə
müxtəlif təhqirlərə
məruz qalsa da, xalq tərəfindən
təmir edilib qorunmuşdur. Qəbir daşı
ilk dəfə Şamaxı
qəsəbə rəhbərliyi
tərəfindən qoyulub.
Əfsus
ki, bu işi
görən xeyirxah insan 1928-ci ildə savab əməlinə görə öldürülür.
Sonralar Şamaxılı sürücü
Məhəmməd və
Babaxan Rzaxanov məzarın ətrafına
dəmir çəpər
çəkmiş, burada
səliqə-sahman yaratmışlar.
Son vaxtlar
məzar Bəxtiyar İsmailinin (Türkcanlı)
oğlu Atilla tərəfindən təmir
edilmiş, buraya türk bayrağı da ucaldılmışdır.
Məzarı ziyarət edəndə
xalq şairi Bəxtiyar Vahabzadənin misraları yada düşür.
Yolçu maşını bu yerdə saxla,
O məzar önündə sən təzim eylə,
Hörmət et, dua ver onun
ruhuna,
Ayaq basdığın yer borcludur ona.
İndi Bakı-Tbilisi magistral
şosesindən keçən
yerli və xarici vətəndaşlar,
səyyahlar, qonaqlar bir anlığa məzarın önündə
ayaq saxlayır, şəhidin ruhu qarşısında təzim
edir, ona dua oxuyurlar.
Bəli, Vətən, müqəddəs
torpaq uğrunda şəhid olanlar əbədilik qazanır, qəlblərdə yuva qururlar. Yüzlərlə şəhid əsgər
kimi, İzzətin də könüllərdə
bax, beləcə yeri var.
Canalı
Mirzəliyev
Mədəniyyət. - 2009.- 13 mart.- S. 3.