Əsl sənət adamı
Qazax Dövlət Dram Teatrı bu şəhərin mədəni
mühitində xüsusi yer tutur. Teatrda
sözün həqiqi
mənasında şöhrətdən
uzaq olan sənət fədailəri
çalışırlar. Onlardan
biri də aktyor, rejissor, teatr təşkilatçısı
Saqif İsgəndərovdur.
Saqiflə ilk
tanışlığımız gənclik illərində
Bakıda, Əbilov adına Mədəniyyət Evində fəaliyyət
göstərən Ələsgər Ələsgərov
adına Xalq Teatrında olmuşdur. O illər
Saqif rejissor Adil Qasımovun quruluş verdiyi tamaşalarda əsas rolları oynayırdı.
Hələ o vaxtlar Saqif öz
istedadı və bacarığı ilə dəqqəti çəkməklə,
rejissorları özünə
cəlb edirdi. Sonralar o, Mədəni
Maarif Teknikumunun rejissorluq şöbəsini
bitirərək, Tovuzda
Xalq Teatrında çalışmağa başladı.
Burada o, bir çox səhnə əsərinə
quruluş verməklə,
yerli teatr həvəskarlarının rəğbətini
qazandı.
Saqif bir həqiqəti
yaxşı bilirdi ki, təkcə istedadla iş bitmir. Səhnədə nə isə əldə etmək üçün gərək daima öz üzərində çalışasan, oxuyasan,
öyrənəsən. İstedadla
zəhmət bir-birini
tamaladıqda sənətdə
ən böyük uğurlar əldə etmək olar.
Məhz özünə
və sənətinə olan tələbkarlığı onu
Azərbaycan Dövlət İncəsənət İnstitutuna
(indiki Mədəniyyət və İncəsənət
Universiteti), bu təhsil ocağını bitirdikdən sonra isə
Gənc Tamaşaçılar Teatrına aparıb
çıxartdı. O, bu
teatrda çalışan
görkəmli sənətkarların
əhatəsində əsl
sənət məktəbi
keçdi, onlarlarla birgə tamaşalarda çıxış etməsi,
onun teatr sənətinin sirlərinə
daha yaxından bələd olmasına şərait yaratdı. Bir müddət sonra Saqif İsgəndərov
Qazaxda açılan Dövlət Dram Teatrına dəvət olundu. O, böyük məmnuniyyət
hissi ilə öz taleyini bu teatra bağladı.
Həmin vaxtdan çox illər keçib...
Saqif İsgəndərov bu teatrda 50-dən çox tamaşada müxtəlif səpkili obrazlar yaradıb. B.Vahabzadənin «Dar ağacı» tarixi faciəsində Baş Vəzir - İbn Tahir, M.Hüseynin «Alov»unda Fərhad Kamalov, N.B.Vəzirovun «Hacı Qənbər»ində - Hacı Qənbər, S.S.Axundovun «Tamahkar»ında - Hacı Murad, Elçinin «Qatil»ində - gənc kişi, B.Vahabzadənin «Kimdir haqlı?» əsərində - Rəşad və başqa biri digərinə bənzəməyən obrazlar... Bu obrazlar Saqifin hiss və düşüncələrindən yoğrularaq tamaşaçılara təbii və səmimi təqdim edildiyi üçün yaddaşlara yazılıb.
S.İsgəndərov 2003-cü ildə ulu öndər
Heydər Əliyevin,
2005-ci ildə isə möhtərəm prezidentimiz
cənab İlham Əliyevin sərəncamları
ilə Prezident mükafatına layiq görülüb. Bu illər ərzində öz işgüzarlığı,
təşkilatçılıq bacarığı ilə seçilən sənəkar
teatrda aktyorluqla yanaşı, truppa müdiri, direktor müavini vəzifələrində
də fəaliyyət
göstərib. Hazırda
o, Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışır.
Teatr ictimaiyyətinin yaxşı tanıdığı
istedadlı aktyor, bacarıqlı təşkilatçı
olan Saqif İsgəndərov əsl
sənət adamıdır.
O, doğma Qazax
teatrının gündəlik
qayğıları ilə
yaşayır, təkcə
tamaşalarda oynamaqla öz işini bitmiş hesab etmir, teatrda çalışan hər
bir aktyorun, rejissorun, rəssamın, texniki işçinin gündəlik qayğıları
və problemləri ilə maraqlanır. Doğma sənət ocağının yaradıcılıq
axtarışları, repertuar
seçimi, oynanılan
tamaşaların səviyyəsi,
tamaşaçı problemi
- bütün bunlar Saqif İsgəndərovun
gündəlik diqqət
məkzindədir. Ona gərə də onun gecəsi də, gündüzü də teatrdır.
Bu yaxınlarda eşidəndə
ki, Saqifin 50 yaşı tamam olur, açığı
inanmadım. Hər dəfə
onunla rastlaşanda Saqifi yenə gənclik illərində olduğu kimi sənətdən, aktyorluqdan,
rejissorluqdan ürək
yanğısı ilə
danışan, əsib-coşan gördüm. Sanki bu illər
onun üstündən
keçməmişdir. Bir
də düşündüm
ki, 50 yaş nədir ki...
Hələ qarşıda onu yeni yaradıcılıq axtarışları, sənət
uğurları gözləyir. Bir
də başı qarlı zirvələrə
doğru gedən yol elə bu
yaşdan sonra başlanır. Necə deyərlər, haydı irəli Saqif! Həyatda və sənətdə yolun açıq olsun, ad günün mübarək!
Yaqub Əlioğlu,
Teatrşünas.
Mədəniyyət.- 2009.- 20 mart.- S. 11.