Rostropoviçsevərlər üçün...
...Yəni hər kəs üçün!
Bu gün
yaşadığımız bu fani dünyada bəzi
yazılmamış qanunlar mövcuddur. Məsələn,
kiməsə nəsə
hədiyyə etmək,
kiminsə ünvanına
tərif-təbriklər
göndərmək, kiminsə
ünvanına isə
rəhmət oxumaq üçün xüsusi
günləri qeyd etmək! Düşünürəm
ki, əgər bütün bunlar ürəkdən gələcəksə,
o günün gəlib çıxmasını
gözləməyə ehtiyac
yoxdur. Ona görə də
deyərdim ki, bu həftənin ilk iş günü
Mstislav Rostropoviçin
ev-muzeyində keçirilən “Maestroya ithaf olunur” adlı
tədbir, dünyaşöhrətli
violonçel ifaçısı,
məşhur dirijor və sevimli həmvətənimiz Rostropoviçi
təkcə yad etmək üçün yox, onun ruhunu
şad etmək üçün təşkil
olunmuşdu.
Bəstələri daim
sevə-sevə dinlənilən bəstəkar 1927- ci il,
martın 27- si Bakıda doğulub. Artıq 1970- ci illərdən Qərbin aparıcı dirijorlarından biri kimi şöhrət qazanan sənətkar, 17 il ərzində Vaşinqtonda Milli Simfoniya Orkestrinin bədii rəhbəri olmuş, müntəzəm
olaraq Berlin Filarmoniyası, Boston Simfonik Orkestri, London Filarmoniyası və London Simfonik Orkestrində dirijorluq etmiş, SSRİ xalq artisti adına,
“Stalin” (1966) və
“Lenin” (1951, 1964) mükafatlarına
və bir çox beynəlxalq mükafatlara da layiq görülüb.
1992- ci ilin Dövlət mükafatı
laureatçısı olan
Mstislav, “Heydər Əliyev” ordeni ilə də təltif olunub. Bizim üçün isə o, böyük
bir sənət nümunəsi qoyub gedib.
1997- ci ildən, yəni
uzun fasilədən sonra yenidən ustad dərsləri verməyə
başlayan Rostropoviç ömrünün 80-cı
baharında, yəni 2007- ci il aprelin 27- si dünyasını dəyişib.
Elə vəfatının
ildönümü ilə
əlaqədar olaraq keçirilən tədbiri,
əvvəlcə öz
ürək sözləri,
sonra isə Sevinc Heydərovanın mərhum sənətkara həsr etdiyi şeirlərlə İozif
Tkaç açıq
elan etdi. Daha sonra Rostropoviçdən
ustad dərsləri alan, Respublika müsabiqəsinin laureatı,
Kamera Orkestrinin ifaçısı, violonçelçi
Alyoşa Miltıx öz ifası ilə fərqləndi. Həmçinin tədbirdə çıxış
edən Rostropoviç
Xeyriyyə Fondunun nümayəndəsi Şahin
Ağayev, mərhum sənətkarın hələ
sağlığında ikən
yaratdığı, Azərbaycanda
isə 2002-ci ildən
fəaliyyət göstərən
fond haqqında bəzi məlumatlar verdi. Hətta Şahin bəyin
açıqlamasına görə,
uşaqlar üçün
əlindən gələn
yardımı əsirgəməyən
Rostropoviç sağlığında
bir çox uşaqlarla özü şəxsən görüşürmüş.
Heç təsadüfi
deyil ki, onun adı tarixə
məşhur musiqiçidən
əlavə, məşhur
xeyriyyəçi kimi
də düşüb. Sonda Şahin Ağaayev bu sözlərlə öz çıxışını
başa vurdu: “Hər şey dəyişir. Zaman da, hətta fondun proqramları da... Dəyişməyən
bircə şey varsa, o da
bizim hədəfimizdir”.
Əməkdar artistlər,
opera ifaçısı Gülnaz İsmayılova və
pianoçu Murad Hüseynov musiqi proqramı ilə tədbirə
rəngarənglik qatdı.
Sənətkarın
ev-muzeyinin direktoru Şeyla Heydərova isə göz
yaşı ilə Rostropoviçdən sevə-sevə
danışdı.
Rostropoviçin tələbəsi
Eyyub Əliyevin tədbirdəki yerini xüsusilə vurğulamamaq
günah olardı. Məncə, tədbirdə iştirak
edən və Eyyubun o səmimi,
ürək dolusu, eyni zamanda bir
qədər emosional ifasının şahidi olan, bu ifanı
onun necə yaşayaraq səsləndirməsini
görən, çox
yox, azacıq musiqi duyumu olan
hər bir şəxs mənimlə tam razı olar:
Rostropoviç dünyanın ən
zəngin insanı olub. Çünki bu gün özü
həyatda olmasa da, tələbələri
onu və onun sənətini bu cür yaşada
bilirlərsə, deməli,
Rostropoviçdən xoşbəxt
və zəngin insan yoxdur dünyada!
Zənnimcə, məşhur
fransız bəstəkarı
Şarl Quno, “Bizi özümüzdə
saxladığımızdan daha çox, başqasına verdiyimiz zənginləşdirir” - deyərkən
elə bunu nəzərdə tuturmuş.
Belə! Ruhun şad
olsun, əziz maestro!..
Könül NƏCƏFOVA
Mədəniyyət.- 2009.- 1 may.- S. 14.