Çingiz Abdullayev - çox yazıb, az danışan yazıçı
“İnsan ananı, vətəni, mövqeyini dəyişməməlidir”. Bu, az öncə 50 yaşı tamam olan Azərbaycan
Yazıçılar Birliyinin
katibi Çingiz Abdullayevin sözləridir.
Əsasən detektiv əsərlərin müəllifi
olan, hüquqşünas,
psixoloq və xalq yazıçısının
yarım əsrlik həyat salnaməsini vərəqləmək istəyi
ilə Xaqani 25 ünvanına üz tutdum. Söhbət əsnasında qarşımda
əsl ziyalı, alim, yüksək mədəniyyət sahibi olmaqla yanaşı, çox elit təbəqə nümayəndəsi
gördüm.
50 il əvvəl Bakı tamam başqa idi. Öz ab- havası, mühiti, yaşayış
tərzi, insanları vardı Bakının.
Bu gün simasını
dəyişsə də,adları hələ
də qalan məhəllələrdə təbəqəsindən
asılı olmayaraq yaşayan ailələr mənən çox oxşar idilər. 50 il əvvəl
baharın əvvəlində
Çingiz Abdullayev
Bir cənub
şəhərində
ziyalı ailəsində
anadan olub. Böyüdüyü mühit onun
hüquqşünas olmağında
rol oynayıb. Təhsil illərində qabaqcıl
tələbə, fəal
ictimaiyyətçi, “Komsomol
projektoru”qəzetinin baş
redaktoru, fakültə
idman klubunun prezidenti, Almatı,
- Çox
şey verdi.
Ən əvvəl təcrübə.
İnsanları tanıdım, ünsiyyətim
genişləndi. Deyərdim ki,
müdriklik də qazanaraq insanları daha yaxşı anlamağa başladım.
Gərək həyatda nəsə
görəsən, nədənsə
keçəsən ki,
yazıçı olasan.
Heminquey deyirdi ki, mütləq
və mütləq uşaqlıqda çətinlik
çəkməlisiz ki,
sonra yaxşı yazıçı olasız.
Uşaqlıqda çətinliyim olmasa da, təbii
nədənsə keçmək
lazımdı ki, yazdıqlarını oxucuya
çatdıra biləsən.
- İkinci ixtisas psixoloq olmaq vacib idi?
- Bu ixtisası
bilmək mənim üçün maraqlı
idi. Zənnimcə, əgər yazıramsa, insanları daha yaxşı başa düşmək vacibdi..
Hüquqşünas və psixoloqu ədəbi mühitə Qarabağ adlı
Fəryad
gətirdi. Özü bunu
taleyin qisməti hesab edir. Çünki Sumqayıt və
Bakı hadisələrindən
sonra 30 yaşlı gənc respublika rəhbərliyinin göndərişi
ilə Yazıçılar
Birliyinə təşkilati
məsələlər üzrə
katib təyin olunanda bu yolun
peşəkar yazıçılığa
doğru uzanan cığır olduğundan,
xəbərsiz idi.
Həyatında nə kövrək,
nə də amansız anları olmayıb.
-Alman filosofu Nitsşenin belə bir kəlamı
var: “Rəhmdillik insanı zəiflədir, qəddarlıq gücləndirir”.
Bu paradoksun optinal
variantı var?
- Çox
düzgün deyimdir. Amma indiyə qədər ortaq bir məxrəc
tapılmayıbsa, görünür
ki, yoxdur.
- Qarabağ
problemində Azərbaycanın
münaqişənin sülh
yolu ilə həllini istəməsi və gözləməsi bizi zəif göstərmir ki?
- Yox, göstərmir. Təəssüf ki, qonşularımız
bundan istifadə edib özlərini hələ də vicdansız olaraq aparmaqda davam edir. Qorxuram ki, gec-tez xalqın səbri son həddə çatsın.
Bunu istəməsəm də,
onların axmaq siyasətinin sonu yoxdur.
Özünün dediyinə görə, 35 yaşa qədər üç-dörd kitabın
müəllifi olub. Bu gün
isə
Onun böyük
ürəyi
oxuculara 138 roman və
povest bəxş edib. Xalq yazıçısının
əsərlərinin tirajı
23,5 milyon olmaqla, 38 ölkədə
27 dilə tərcümə
olunub. Daha çox detektiv
əsərlər müəllifi
kimi tanınan yazıçının qələmindən
çıxan Roma imperatoru
Yuli Sezar haqqındakı “Əsrin əvvəlində sui-qəsd”
tarixi romanı yaradıcılığında xüsusi yer tutur.
- Çingiz
Abdullayevin sevimli qəhrəmanı Dronqodur...
- O sizlərin
sevimlisidi. Bu əsəri
sovet dövründə
yazmışdım.Düşündüm
elə bir ad tapım ki, SSRİ məkanında yaşayan bütün millətlər
onu öz nümayəndəsi kimi qəbul etsin və nəticədə belə bir quş
adı seçdim.
- Bəlkə
bir az
da kinodan danışaq?
- Əsərlərim əsasında
7 çoxseriyalı və
1 bədii film çəkilib. Filmlərimi
Krosnopolskiy, Royzman kimi məşhur rus rejissorları çəkib, 20 seriyalı
“Ümidin külü”
Tacikistanın istehsalıdı.
Öz rejissorlarımızdan mərhum
Rasim Ocaqovla işləməyi çox
istəsəm də, bu, mənə nəsib olmadı. Lakin sonuncu “Məhkumların cənnəti”
filminin baş məsləhətçisi olmasından,
az da
olsa, təsəlli tapdım.
- Dünyaya
səyahət, maraqlı
kitablar, ağıllı
həmsöhbət və
bir də gözəl qadınlar hobbinizdi. Sonuncunu necə başa
düşək?
- Gözəlliyi
görməyən, duymayan
yazıçı ola bilməz. Tək yazıçı yox, bəstəkar, şair, rəssam, memar qadın gözəlliyinə
vurulmayıbsa, nə yarada bilər? Mən artıq son 25 ildə onları yalnız platonik məhəbbətlə
sevirəm.
- Xalq yazıçısının fikrincə,
mədəniyyət nədir?
- Deyərdim
ki, insanı insan eləyən gücdü mədəniyyət.
İsrailin xarici işlər
naziri Qolda Meyirin sözləri ilə desək, mədəniyyətsiz dövlət
heç kəsə lazım deyil. Dövlət
də, xalq da mədəniyyətilə
tanınır - yalnız
torpaq ətrafında yığışmaq kifayət
deyil. Mədəniyyətsiz dövlət uçuruma
gedər.
Bu yaxınlarda
Çingiz Abdullayevin
Ad günü
oldu, yarım
əsri yola saldı. Buna nə kədərləndi, nə
də “mənim illərim mənim varımdı” deyərək
özünə təsəlli
verdi. 50 illik zaman kəsiyindən
razılıq etdi.
Niyə də etməsin, axı özünü hələ də gənc hesab edir.
- Bu 50 ildə
heç kəsi incitməmişəm, dostlarıma
xəyanət etməmişəm.
Çətin olsa da, nə mövqeyimi dəyişmişəm, nə
də fikrimdən dönmüşəm. İnsan «xoşbəxtəm»
deməyə qorxur.
Amma bu baxımdan mən xoşbəxtəm
və istədiyim hər şeyi mənə verdiyi üçün Tanrıya
şükürlər edirəm.
Tamilla Teymurqızı
Mədəniyyət.- 2009.- 1 may.- S. 12.