Bu günün fidanı sabahın şəxsiyyətidir
Gənc nəslin böyük ideyalar ruhunda tərbiyəsi,
yüksək mənəvi-etik davranışlar çərçivəsində
böyüməsi Azərbaycan cəmiyyətinin və
dövlətinin qarşısında duran prioritet vəzifələrdəndir.
Eyni zamanda, hər bir valideynin
ümdə arzusu övladını sağlam,
savadlı və sabahkı günün gərəkli vətəndaşı
görməkdir. Sözsüz
ki, evdə, uşaq bağçasında
və məktəbdə
verilən tərbiyə,
təhsil bir vaxt hansısa kollektivdə, ictimai yerdə özünü büruzə verəcəkdir.
Bunun üçün
sabahı düşünən
hər bir ailə başçısı
vaxtla, zamanla ayaqlaşmalıdır. Aydındır
ki, yaxşı ailə başçısı
bacarıqlı bağban
kimidir. Bağban il boyu çalışıb
saf və gözəl meyvə yetişdirirsə, uzaqgörən
ailə başçısı
da körpə fidanlara vaxtında qayğı göstərməli,
təlim-tərbiyəsi
ilə məşğul
olmalıdır. Cəmiyyətimiz
üçün layiqli
vətəndaş böyütməlidir...
Ötən əsrin sonlarında «sarsılmaz sovetlər ittifaqı» öz-özündən
dağıldı. Xalq
öz milli müstəqilliyini yenidən
bərpa etdi. Azərbaycan dövlətinin
qarşısında gələcəyin
qurucularını və
yaradıcılarını yetişdirmək kimi çox mühüm işlər, vəzifələr
dururdu.
Məlumdur ki, indi məktəblərdə
oxuyan, idman meydançalarında yarışan, kompyuter
kurslarına gedən uşaqlar sabahın mühəndisi, həkimi,
hüquqşünası və ictimai-siyasi xadimləridir. Məhz buna görə də Azərbaycan dövləti də özünün ailə, qadın və uşaq siyasətində gənc nəslin gələcəyin qurucusu
kimi yetişməsini ön plana çəkdi.
Ölkənin maddi, elmi və mənəvi
potensialını bu istiqamətə yönəltdi.
Prezident İlham Əliyevin
sərəncamı ilə 2009-cu il «Uşaq ili» elan edildi. Bu sərəncamla bağlı
tədbirlər planı
hazırlandı. Ölkənin
bir sıra qurumları qarşısında
həlli vacib məsələlər qaldırıldı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları,
Səhiyyə, Gənclər
və İdman, Mədəniyyət və
Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dini İşlər üzrə
Dövlət Komitəsi,
Dövlət Statistika
Komitəsi və yerli icra hakimiyyəti
orqanları il ərzində uşaqların
təhsili, sağlamlığı,
bədii yaradıcılığı
və digər məsələlərlə bağlı
çoxsaylı tədbirlər həyata keçirəcəklər...
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova
2009-cu ilin «Uşaq ili» elan edilməsini
dövlətin yetişməkdə
olan gənc nəslə göstərdiyi
qayğının bariz
nümunəsi kimi dəyərləndirir:
- Ümummilli lider Heydər Əliyev uşaqları çox sevirdi. Qaçqın və məcburi köçkün ailələrindən
olan uşaqlara xüsusi məhəbbəti
vardı. Onların yaşayışı, yaxşı
təhsil alması, sağlam böyüməsi
üçün nə
lazım idisə edirdi. Hər il keçirilən uşaq günündə şəxsən iştirak
edər, onların problemləri və qayğıları ilə
ciddi maraqlanardı. Göründüyü kimi,
Prezident İlham Əliyev bu kursu ardıcıl olaraq davam etdirir...
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki xidmətləri təqdirəlayiqdir.
Belə ki, o, bir ana,
qadın məhəbbəti
göstərərək valideyn
himayəsindən məhrum
olan uşaqların dərd-sərinə qalır, onların heç də yiyəsiz olmadığını
hamıya, göstərir.
Onun internatlara, uşaq evlərinə tez-tez baş çəkməsi və uşaq müəssisələrinin
təmiri üçün
lazımi tədbirlərin
görülməsi üçün
göstərdiyi səy
göz qabağındadır.
«Uşaq ili» ilə bağlı tədbirlər planında
bir çox zəruri məsələlərlə
yanaşı, Azərbaycan
uşaqları haqqında
Məlumat Bankının
yaradılması da nəzərdə tutulur. Bu məsələ
diqqəti daha çox cəlb edir.Çünki bu addımın atılması
sonradan görüləcək
tədbirlərdə xüsusi
rol oynayacaq. Öyrəndik ki, Məlumat Bankının yaradılmasında Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə bərabər Dövlət
Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiya Nazirliyi və digər aidiyyəti qurumlar da iştirak
edəcəklər.
«Uşaq
ili» ilə bağlı interner saytının yaradılması
və «Azərbaycan uşaqları» adlı portalın formalaşdırılması,
«Azərbaycan ailəsi”
xüsusi tədqiqat proqramının həyata
keçəirilməsi və
müasir ailə modelinə dair müvafiq tövsiyyələrin
hazırlanması da nəzərdə tutulur...
Tədbirlər planında
BMT-nin «Uşaq hüquqlarına dair» Konvensiyası ilə bağlı aşağıdakı
məsələləri zəruri
hesab edir: uşaq hüquqları, sağlam həyat tərzi, uşaq yaradıcılığının və idmanın inkişafına, uşaqların
biliklərinin artırılmasına,
onlarda vətənpərvərlik,
milli-mənəvi dəyərlərin
qorunması kimi tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Xaricdə yaşayan azərbaycanlı
uşaqlar da nəzarətdə saxlanılır. Onlara ana
dilinin öyrədilməsində, ölkəmizlə
yaxından tanış olmaqda yardım olunacağı göstərilir.
Tədbirlər
planında il ərzində rayonlarda aztəminatlı və məcburi
köçkün ailələrindən olan uşaqların
pulsuz müayinəsi, sağlam həyat tərzinin təbliğinin
təşkil edilməsi diqqətdə saxlanılır...
Ölkəmizdə
azyaşlı uşaqların təhsili, tərbiyəsi, bədən
tərbiyəsi və idmana cəlb edilməsi ilə
yanaşı, onların sosial təhlükələrlə
üzləşməməsi, cinayətkarlığa
yuvarlanmaması üçün ciddi tədbirlər
görülməlidir. Əlbəttə, bu işdə
hamı məsuliyyət daşıyır - valideyn də,
müəllim də cəmiyyət də...
Hər bir xalqın
xoşbəxt gələcəyi onun sağlam - yəni hərtərəfli
yetişdirdiyi gənc nəsildən çox
asılıdır. Çünki bu günün fidanları sabahın şəxsiyyətidir.
Savalan Fərəcov
Mədəniyyət.- 2009.- 1 may.- S. 9.