Gəncədə Məmməd
Bürcəliyevin yubileyi
qeyd edilib
Gəncədə Azərbaycan
teatr və kino sənətinin inkişafında böyük
xidmətləri olan xalq artisti Məmməd Bürcəliyevin
95 illik yubileyi qeyd olundu. Tədbirdə
aktyorun həyat və yaradıcılığına
ətraflı nəzər
salındı. Bildirildi
ki, Məmməd Bürcəliyevin sənətkar
kimi yetişməsində
Mikayıl Müşfiq,
Süleyman Rüstəm
və Sabit Rəhmanın təsirləri
olub. Xalq artistinin nəvəsi
Anar Bürcəliyev yubilyar haqda xatirələrini söylədi.
1914-cü ildə Şəki
şəhərində anadan
olmuş Məmməd
Bürcəliyev Sabit Rəhmanın dəvəti
ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrına aktyor kimi dəvət
alıb. Lakin aktyorun teatr həyatı qədim Gəncə ilə bağlı olub. O, həyatının sonuna kimi Gəncə Dövlət Dram Teatrında çalışıb,
bu səhnədə
300-dən artıq maraqlı, yaddaqalan obrazlar canlandırıb. «Od gəlini»ndə Altunbay, «Aydın»da Səlim,
«Nəsrəddin şah»da Cavad xan,
«Almaz»da Şərif və başqa bir-birindən dəyərli obrazlarla saysız-hesabsız tamaşaçı
rəğbəti qazanıb.
Tədbirdə çıxış
edən Gəncə Şəhər Mədəniyyət
və Turizm İdarəsinin rəisi Mina Məlikova bildirib ki, M.Bürcəliyev mahir aktyor, gözəl insan olmaqla yanaşı
, həm də istedadlı rejissor idi. O, 11 pyesə quruluş verib.
Yubiley tədbiri
«Göygöl» Mahnı və Rəqs Ansamblının
bir-birindən maraqlı ifaları ilə sona yetib.
Günay Asifqızı
Mədəniyyət.- 2009.- 1 may.- S. 5.