Mehdi Hüseynin 100 illik yubileyi qeyd olundu

 

Bügünlərdə Bakı Dövlət Universitetində Azərbaycanın xalq yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim Mehdi Əli oğlu Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq görkəmli yazıçı ədəbiyyatşünas-alimin həyat yaradıcılıq yolundan danışdı. Natiq Mehdi Hüseyni böyük nasir dramaturq, görkəmli ədəbiyyatşünas tənqidçi kimi xarakterizə edərək onun böyük ictimai xadim olduğunu da nəzərə çatdırdı. Daha sonra universitetin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Cəlal Abdullayev «Mehdi Hüseyn görkəmli nasir dramaturq kimi», filologiya fakültəsinin dekanı, professor Elbrus Əzizov «Mehdi Hüseynin ədəbi-bədii görüşləri» mövzularında məruzə etdilər.

1909-ci il martın 22-də Qazax rayonunun Şıxlı kəndində anadan olan Mehdi Hüseyn 1929-ci ildə Azərbaycan Dövlət Universiteti pedaqoji fakültəsinin tarix şöbəsini, 1938-ci ildə isə Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunu bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi Azərbaycan Yazıçıları İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçıları İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.

Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsiBizdə futurizm cərəyanı») 1926-ci ildə, ilk hikayəsiQoyun qırxımı») isə 1927-ci ildə dərc edilmişdir. «Bahar suları» (1930), «Xavər» (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. «Tunel» (1927), «Qan intiqamı» (1928), «Kin» (1935), «Daşqın» (1933-1936) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır.

Ən mühüm tarixi əsəri olan «Səhər» (1953), «Tərlan» (1940), «Vətən çiçəkləri» (1942), «Moskva» (1942), «Ürək» (1945), «Fəryad» (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən «Abşeron» (1949), müəyyən mənada onun davamı olan «Qara daşlar» (1957-1959) «Yeraltı çaylar dənizə axır» (1965) romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.

Mehdi Hüseyn dramaturq kimi tanınmışdır. Dram yaradıcılığına «Şöhrət» (1939) pyesi ilə başlamışdır. «Nizami» (1942) «Cavanşir» (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvərliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. «Alov» (1961), «İntizar» (1944, İlyas Əfəndiyevlə birgə), «Şamil» (1940-1941) «Qara daşlar» (1948) pyesləri, habelə xatirələri, yol qeydləriBir ay bir gün», 1963), gündəlikləri var.

Mehdi Hüseyn tənqid publisistika sahələrində fəaliyyət göstərmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

 

 

Mədəniyyət.- 2009.- 1 may.- S. 2.