Mən dünən ən kövrək nağıl dinlədim

 

   (Şəfəq Oruc qızı Qurbanovaya)

 

                   (İxtisarla)

  

   Hərdən xəyallara dönüb dalıram,

   Atlar dırnağında torpaq qopardı

   Hər gələn özüylə nağıl gətirdi,

   Hər gedən özüylə nağıl apardı.

  

   Fəsillər dolanıb keçdi an kimi

   Mat qaldıq zamanın quş qanadına.

   Elə bil qocaldıq doğulan kimi,

   Nələr yazılmadı ömrün yadına.

  

   Kimsə keçmişiylə öyünməyirsə,

   Onda mənası yox bu həyatın da.

   İsti duyğularda döyünməyirsə,

   Ürək ürək deyil, köksün altında.  

 

 

   Taleh Həmid

  

   Mədəniyyət.- 2009.- 6 may.- S. 8.