Vətənpərvərlik ən ülvi hissdir
Oğuz Rayon Mədəniyyət
Evinin zalında RİH-i, Mədəniyyət və Turizm
Şöbəsi, Gənclər və İdman İdarəsi,
Uşaq Yaradıcılıq Birliyinin nümayəndələri,
2 saylı şəhər orta məktəbinin müəllim və
şagirdləri, MKS-nin Uşaq şöbəsinin kollektivi
bayram və əlamətdar günlərlə zəngin olan may
ayının ilk günündə “Vətənpərvərlik
ən ülvi bir hissdir” mövzusunda keçirdikləri tədbirdə
bir araya gəldilər. Maraqlı və rəngarəng tədbirləriylə
oxucuları sevindirən uşaq kitabxanasının
işçiləri - baş kitabxanaçı K.Cəfərova.
kitabxanaçı M.Malıyeva, həmçinin RİH-nin
nümayəndəsi Y.Rzayev və b. 2009-cu ilin “Uşaq ili”
elan olunması ilə əlaqədar qarşıdakı vəzifələrdən,
uşaqların hüquqlarından, Vətəndən və vətənpərvərlikdən
danışdılar. Öz çıxışlarında onlar
“Vətənpərvərlik nədir?, “Hardan başlanır Vətən?”,
“Əsl vətəndaş kimdir?” və s. kimi sualları
cavablandırmağa çalışdılar.
Hardan başlanır
Vətən?
Vətən dünyaya göz açdığımız doğma
od-ocaqdan, məndən,
səndən, bizdən,
elə özümüzdən
başlanır. Hər kəs öz
sevgisi, məhəbbəti. varlığıyla
Vətənini öz şəxsiyyətində, mənində
yaşatmalıdır. Yaşatmalıdır ki.
VƏTƏN yaşasın.
Vətənpərvərlik nədir?
Vətənpərvərlik - özü
üçün deyil,
eli üçün yaşamaqdır, bu gün üçün deyil gələcək üçün yaratmaqdır,
“Mən üçün”
deyil “Bizlər üçün”, “Xalqım üçün”
düşünməkdir.
Əsl vətəndaş
kimdir?
Bənna külüngüylə,
diplomat siyasətiyə, alim
elmiylə, yazıçı,
şair qələmiylə,
tarixçi üzə
çıxartdığı doğrularıyla, analar böyütdüyü nəcabətli
övladlarıyla , qızlarımız nəsilbənəsil bizə
miras qalmış ismətiylə, oğullarımız
mərdliyi, qeyrətiylə,
şagirdlərimiz təhsiliylə
əsl vətəndaşdır.
Azərbaycanın tarixi keçmişinə
bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi
bacaran hər kəs əsl vətəndaşdır.
Tədbirdə həyatı və fəaliyyəti ilə vətənpərvərlik örnəyi
olan ümummilli liderimiz H.Əliyevin Azərbaycanin bu günü və gələcəyi üçün
gördüyü işlərdən
də söhbət açıldı.
Sonra məktəb şagirdləri
ədəbi-bədii kompozisiya
ilə çıxış
etdilər. Tədbiri yekunlaşdıran Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri U.Baxışova
şagirdlərə şöbənin
Fəxri fərmanlarını
və uşaq kitabxanasının hədiyyələrini
təqdim etdi.
Q.Hüseynova,
Oğuz
Mədəniyyət.-
2009.- 6 may.- S. 7.