Sərgi keçirilib
Bugünlərdə
Ümumrespublika Dekorativ-Tətbiqi Sənət Festivalı
çərçivəsində N.B.Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrında keçirilən sərginin
açılış mərasimi olub. Mərasimdə Lənkəran
ŞİH başçısı Süleyman Mikayılov, Mədəniyyət və
Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə, Dövlət Rəsm Qalereyasının direktoru
Arif İbrahimov, Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənət Muzeyinin direktoru Röya Tağıyeva, Dövlət İncəsənət
Muzeyinin direktoru İsrafil İsrafilov və başqaları iştirak ediblər. Sərginin açılışında çıxış
edən Lənkəran
ŞİH-in başçısı
Süleyman Mikayılov
respublikamızın sosial-iqtisadi
inkişafı çərçivəsində
mədəniyyətin və
incəsənətin də
inkişaf etdiyini qeyd edib, bu
sahəyə göstərilən
dövlət qayğısından
danışıb. İcra
başçısı
dekorativ-tətbiqi sənətin inkişafının
vacibliyini qeyd edərək sərginin Lənkəran da keçirilməsindən razılığını
ifadə etmiş və bu sərginin
dekorativ-tətbiqi sənətlə məşğul
olanlara çox faydalı olacağını
bildirib. Sərgidə
cənub bölgəsinin
12 rayonu üzrə
500-ə yaxın əl işlərindən
ibarət sənət
nümunələri nümayiş
etdirilib.
Mədəniyyət.- 2009.- 6 may.- S. 4.