Müqəddəs olan ruh naminə
Rus Dram Teatrında
«Torağay» ötür
Orta çağlar Avropasını xatırlayın,
kilsə hakimiyyətinin
dəhşətləri, riya
üzərində Allaha
sədaqət göstəriləri,
indulgensiya alveri, elmə sərhədlər
hörən dindarlar, tonqalda tüstülənən
azadlıq xəstələri...
Faktiki olaraq dinin vurduğu ziyan, etdiyi zülm
hesaba gəlməz. Dini rəvayətlərə
görə, Allah oddan
yaratdığı şeytana
palçıqdan yaratdığı
insana tabe olmağı buyurdu. Şeytan boyun qaçırdı. O gündən
İblisin insanla qərəzli münasibətlərinin
əsası qoyuldu. Tabe olmaq istəməyən
bir insanda şeytanilik var ya? Kilsə bunu anlayırdı. Şeytanın azadlıq simvolu olmasına nə dersiz? Bütün qiyamların başında şeytan durmazmı? Zatən, ilk qiyamı o etmədimi? Qiyam və cəza
motivləri hamımız
üçün var. Şairlərin
ilhamlarının, ilahi
nurdan aldıqlarını,
yoxsa şeytani enerjidən qaynaqlandığını
kim bilir axı? Hər halda, azadlıq bütün seçilmiş
adamların arzusu və idealıdır. Azadlığın simvolu şeytan - od olmasın bəs? Janna D
ark da tonqalda yandırıldı. İnkvizisiya
məhkəməsi bunu
qan tökmədən
Bunları Jannanın tarixdə 9 ay davam edən məhkəməsindən
bilmək olar. Rus Dram Teatrında Janna D arkdan bəhs edən «Torağay» tamaşası da bu məhkəmə səhnəsi ilə başlayıb bitir. Kamran Şahmərdanın
quruluş verdiyi «Torağay»ın rəssamı Rusiyadan dəvət edilmiş teatr rəssamı Tatyana Melnikovadır. Janna
D ark rolunda aktrisa Mələk Abbaszadənin
oyunu mərkəzdədir.
Qalan personajlar sanki mərkəzdən qaçma təcili ilə onun ətrafında
fırlanırlar. Tamaşa
Jannanın sorğu-suala
çəkilməsi ilə
başlanır, Jannanın
xatirələri ilə
davam edir və Jannanın qərarı və edamı ilə bitir. Teatr Jannanın
tarixçəsini, əhvalatını,
pardon, tarixini yenə də «danışır».
Səhnələrsə bu
nəqletməyə illüstrasiyalardır.
Tamaşanın bütün
estetikasını isə
rəssam işi bütövləşdirir. Məhkəmə
iştirakçılarının oturduğu hündür söykənəcəkli kürsülər
çevrilərkən qraflıqların,
hersoqların, ingilislərin
gerbi olur. Bu gerblərin müxtəlif
konfiqurasiyaları əsərin
ideya xəttinin çatdırılmasında bir
leytmotiv olur (həm də gözəl görünür).
Gerblər gah fransız kralın sarayını təşkil
edir, gah səpələnir, gah Jannanı sıxır, gah da çevrilib
məhkəmə kürsüsü
olurlar. Xəyanət sadəlövhlüklə, inamla
düz mütənasibdir.
Janna xəyanətlə üzləşir.
Amma bu onu
sarsıda bilmir. O, seçim anında olduğunu başa düşür. Bu arada ona müqəddəs səs yox, öz
səsi lazımdır.
Janna qərarını verir.
Kürsülər onu
dövrəyə alıb
sıxır. Janna tonqaldadır.
Mələk Abbaszadənin
Jannası döyüşə
atılan qətiyyətli
və eyni zamanda şaşqın Jannadır. Mələyin jestləri, ifadələri
Cülyetta Mazinanın
«Yol»dakı qəhrəmanını xatırladır.
Nəsə etmək istəyən... Vacibliyini anlayan, anlatmağa çalışan...
Canını hər şeydən artıq sevən dindarların «özünü xilas et!» çağırışları arasında Jannanın qərarı möhtəşəmdir,
müqəddəslərə tay bir həqiqətlərə
bürünüb. Onlar
İsanı anlamayıblar,
Jannanı da anlamayacaqlar. Hərçənd
Janna adi bir kəndli qızıdır,
peyğəmbər-filan deyil...
Jannaların torağay
kimi, çalıquşu
inadıyla dil-dil ötməsindən qorxurdular,
qorxurlar, qorxacaqlar… yetər ki, hər şeyin üstündən yox, hər şeyin üstündə bir torağay ötsün...
Əli
Mədəniyyət.- 2009.- 6 may.- S. 4.