"Yeniləşən
Azərbaycana yeni məktəb"
Təhsilimizdə
yeni mərhələ
2005-ci ildən başlayaraq "Yeniləşən Azərbaycana
yeni məktəb"
layihəsi çərçivəsində
ölkəmizin müxtəlif
bölgələrində, o
cümlədən ucqar
dağ kəndlərində
məktəblər tikməklə
Heydər Əliyev Fondu müasir gəncliyin savadlı yetişməsinə, ümumən,
respublikamızın inkişafına
öz töhfəsini
verir.
Fondun "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində Kürdəmirdə inşa
olunan 300 yerlik, Göyçay rayonunun Qarabağlar və Mirzəhüseynli kənd
orta məktəbləri
üçün yeni binalar şagirdlərin yüksək təhsillə
əhatə olunmasına
imkan verəcək. Neftçala rayonunda Kürqarabucaq, Masallı rayonunda isə İkinci Yeddioymaq kəndlərindəki yeni
məktəb binaları
tədrisin keyfiyyətini
yüksəltməyə kömək
edir. Son dövrlərdə Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
Lənkəranın Səpnəkəran,
Daştatük, Tatoba,
Tuado kənd orta məktəbləri, Beyləqan və Astara şəhərlərində
yeni təhsil ocaqları inşa olunub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva "Yeniləşən
Azərbaycana yeni məktəb" proqramının
ikinci mərhələsinin
təqdimatına həsr
olunmuş dəyirmi masadakı çıxışında
demişdir: “Müasir
dünyada hər bir ölkənin inkişafı onun dünya birliyinə inteqrasiyası üçün
təhsilin rolu əvəzsizdir. Məhz buna görə
Heydər Əliyev Fondu yarandığı
ilk gündən təhsilə
yardımı öz fəaliyyətinin prioritet
istiqaməti elan etmişdir".
Heydər Əliyev Fondunun təhsillə bağlı
qarşıya qoyduğu
əsas məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri
səviyyəsində qurulmuş,
milli təhsil modelinin gerçəkləşdirilməsinə
zəmin formalaşdırmaqdan
ibarətdir. Layihə çərçivəsində
yalnız 2005-ci ildə
ölkəmizin müxtəlif
bölgələrində rekord
sayda məktəb binasının və əlavə tədris korpuslarının tikilərək
istifadəyə verilməsi,
onların lazımi avadanlıqlarla təchiz olunması bu sahəyə əvəzsiz
töhfədir.
Fondun rəhbəri Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəllərində Bakıda
və əksər rayonlardakı uşaq evləri və internat məktəblərində
olduqdan sonra "Uşaq evləri və internat məktəblərinin inkişafı
proqramı"nın hazırlanıb həyata keçirilməsinə başlanılmışdır.
Respublikamızdakı uşaq evləri və internat məktəblərində
mövcud problemlərin
həllinə yönələn
bu proqram ötən illər Heydər Əliyev Fondunun fəaliyyətinin başlıca istiqamətlərindən
birinə çevrilmişdir.
Bir çox uşaq müəssisələrində
yenidənqurma və tikinti-təmir işləri aparılmışdır.
Onların zəruri avadanlıqlarla
təmin edilməsi, yeni ədəbiyyatlarla zənginləşdirilmiş kitabxanaların
yaradılması, informasiya
texnologiyalarının tətbiqi,
sinif otaqlarının
interaktiv təhsil üçün uyğunlaşdırılması
da diqqət mərkəzində olmuşdur.
Əlavə yardımçı
binalar, sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaqları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılmış,
yay istirahət düşərgələri inşa
edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva üzərinə
götürdüyü şərəfli
missiyanı belə dəyərləndirir: "...İstər
YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm...
Bu, mənim seçimimdir".
Eyni zamanda Fond milli təhsil sisteminin inkişafı naminə bir sıra nüfuzlu
beynəlxalq qurumlarla əməkdaşlığı da vacib sayır,
Azərbaycanla YUNESKO arasında
təhsil sahəsində
bir neçə istiqamətdə əməkdaşlıq
əlaqələri qurmuşdur.
Bu əlaqələr əsasən
"Təhsil hamı
üçün" proqramını,
"Assosiativ məktəblər"
texniki peşə sahəsində əməkdaşlıq,
inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının
yaradılması və
digər sahələri
əhatə edir.
Göründüyü kimi, Fondun beynəlxalq əməkdaşlığı da ilbəil genişlənir. Respublikamızda
kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı təxminən 40 min nəfərdir. Heydər Əliyev Fondu onlara əlavə
imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından
(İKT) istifadəni zəruri
saymışdır. Bu
məqsədlə "Kor
və görmə qabiliyyəti zəif olan insanlar üçün
informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsinə dair" layihə hazırlanmış və
BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmişdir. Proqram çərçivəsində
milli strategiya hazırlanmış, kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəblərdə model
İKT sinfi yaradılmış,
xaricdən xüsusi kompüter avadanlığı
alınıb quraşdırılmış,
audio səsyazma studiyası, kitabxana yaradılmış, proqram
təminatı lokallaşdırılmış,
internetə çıxış və tədris-təlim proqramlarının hazırlanması
təmin edilmişdir.
Heydər Əliyev Fondu ölkəmizdə yasayan milli azlıqların təhsilinin inkisafına da diqqət və qayğı ilə yanaşır.
2006-cı ildə Heydər Əliyev Fondu “Təhsilə dəstək” layihəsi çərçivəsində Qax rayonunun Qax-İngiloy
kənd orta məktəbinin 1-2-ci sinif
şagirdlərinə gürcü
dilində nəşr
edilən yeni dərsliklər və məktəb ləvazimatı
paylamışdı.
Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə
respublikamızla məhdudlaşmır.
Fondun bu istiqamətdəki fəaliyyətinin
cografiyası gündən-günə genişlənir.
Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan
Fond xeyriyyəçilik
missiyasını bir neçə ölkədə
də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların
təhsillə bağlı
problemlərinin aradan qaldırılması üçün
hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilməsini soydaşlarımız dərin
minnətdarlıq hissi
ilə qarşılayır.
Rusiyanın paytaxtında və ayrı-ayrı şəhərlərdə
fəaliyyət göstərən
Azərbaycan məktəblərinə
göstərilən müntəzəm
qayğı xüsusilə
qeyd olunmalıdır.
2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə
başlayan Azərbaycan
məktəbi də Fondun diqqətindən kənarda qalmamış, məktəbə kompyuter dəsti və dərs vəsaiti göndərilmişdir.
2008-ci ilin fevralinda
isə Fondun “Təhsilə dəstək”
layihəsi çərçivəsində
Pakistanın Müzəffərabad
şəhərində dağıdıcı
zəlzələ nəticəsində
yararsız vəziyyətə
düşən məktəb
yenidən tikilərək,
istifadəyə verilmişdir.
Təhsil ocağı yüksək
səviyyəli tədrisə
imkan yaradan avadanlıqla təmin olunmuşdur.
Rusiyanın “Puşkin kitabxanası” Fondu ilə qurulan əməkdaşlıq
da ölkəmizdə
elm, təhsil və mədəniyyətin inkisafına
yönələn dəyərli
hadisədir. Rusiyada
son illər nəşr
edilən müxtəlif
elm sahələrinə aid 4 min kitab, 800 dərslik Fondun və şəxsən Mehriban xanımın təşəbbüsü
ilə respublikamızın
ali məktəblərinə
təqdim edilmişdir.
Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi uğurla yerinə yetirilir.
İntiqam
Mədəniyyət.- 2009.- 9 may.- S. 21.