Mərhəmət işığında Haqqın yolu

 

Heydər Əliyev Fondunun qayğısı Haqq kimi uşaqların parlaq gələcəyinə təminat verdi

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fondun təşəbbüsü ilə Nərimanov rayonundakı kor zəif görən uşaqlar üçün Respublika internat məktəbi əsaslı təmir olunaraq istifadəyə verilib.

 

Uşaq evləri internat məktəblərinin inkişafı proqramıçərçivəsində 2005-ci ilin sonunda məktəbin əsaslı təmiri yenidən qurulmasına başlandı. Təmir işi qısa vaxtda keyfiyyətlə başa çatdırıldı, daimi istilik sistemi quraşdırıldı, yeməkxana, idman kompleksi tikildi. İndi burada uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə vaxtlarının təşkili üçün nümunəvi şərait var.

 

Onların sayı 40 mindir

 

Ölkəmizdə 40 min kor ya görmə qabiliyyəti zəif olan insan var. Fond onların informasiya toplamaq məşğulluğunu artırmaq üçün əlavə imkanlar yaratmaq mexanizmi kimi, İKT-dən istifadənin təşkilini zəruri sayaraq, BMT-nin İnkişaf Proqramı ilə birgə Milli Strategiya hazırlayıb. Belə bir layihəyə BMT-nin İnkişaf Proqramının da dəstək verməsi həm ölkəmizdə gedən uğurlu islahatlara inamın, həm Fondun indiyədək qarşıya qoyduğu məqsədlərə çatmaq üçün iradə nümayiş etdirməsinin nəticəsidir. Mehriban xanım bu istiqamətdə kor ya görmə qabiliyyəti zəif olan uşaqlara böyük imkanlar yaradıb. Həmin məktəb müasir kompyuter texnologiyası ilə təmin olunub. Ən sevindirici hal isə belə uşaqların kompyuter proqramından sərbəst istifadə etməsidir. Məktəbin geniş zalı elektron kitabxana üçün uyğunlaşdırılmış, Almaniya istehsalı olan 2 kompyuter dəsti alınıb quraşdırılmışdır. Bu kompyuterlər xüsusi olaraq kor görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır.

Uşaqlar üçün Model İKT sinifləri yaradılıb, proqram təminatı lokallaşdırılıb, İnternetə çıxışın təmin olunması tədris-təlim proqramlarının hazırlanması, audiostudiya kitabxananın fəaliyyəti təmin edilib. Brayl əlifbası ilə Azərbaycan, rus ingilis dillərində olan istənilən kitabı kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür. Belə bir qayğı dəstək kor zəif görən uşaqlar üçün ən böyük müjdədir. Onlar da öz növbəsində yaradılan şəraitdən ruhlanaraq ölkəmizdə onun hüdudlarından kənarda müstəqil Azərbaycanın bayrağını zirvələrə qaldırırlar.

 

Niyyətin hara, mənzilin ora...

 

Belə uşaqlardan biri sözügedən məktəbin 6-cı sinif şagirdi Haqq Rüstəmovdur. Əlil uşaqların beynəlxalq şahmat yarışmasından Azərbaycana ilk qızıl medal gətirən bu oğlanla söhbətimizdə bir daha aydın oldu ki, Haqq Heydər Əliyev Fondunun xüsusi diqqət qayğısı ilə yaşayan uşaqlar kimi, artıq parlaq gələcəyə gedən yolunu müəyyənləşdirib.

Kor zəif görən uşaqlar üçün Respublika internat məktəbinin nəzdində musiqi məktəbi fəaliyyət göstərir. Bu məktəbdə musiqiyə marağı olan uşaqlar öz seçimlərini edirlər. Haqq da burada 3 il tar üzrə musiqi təhsili alıb. Bu, onun valideynlərinin seçimi idi. Bu illər ərzində tarda çalmağı öyrənsə , şahmatla məşğul olmaq arzusunu valideynlərinə bildirəndə, onlar Haqqın bu fikrini müsbət qarşılayıblar. O, artıq 3 ildir şahmatla peşəkar səviyyədə çalışır. 2007-ci ildə Makabi Azərbaycan Mədəni İdman Birliyində keçirilən I Beynəlxalq Şahmat Turnirində iştirak edən Haqq diploma layiq görülüb. 2008-ci ilin noyabr ayında eyni adlı beynəlxalq turnirdə iştirak edərək II yeri tutub.

Qalibiyyət zirvəsinə doğru addım atan bu balaca oğlan növbəti yarışların birində qızıl medala iddialı olub. Niyyətin hara, mənzilin ora”-deyib atalar. O, bu qərarı hələ iki il bundan əvvəl verib. Anası Cəmilə xanım bizimlə söhbətində qeyd etdi ki, Haqq, alacağı mükafatlar arasında qızıl medalların sayca çox olacağına söz verib. Çünki qalib şahmatçının mənsub olduğu dövlətin bayrağı yarışmada yüksəlməklə bərabər, həm himni səslənir. Haqq yarışmalarda bu məqamı səbirsizliklə gözləyir. O, bizimlə müsahibəsində daha böyük nailiyyətlər qazanmaq arzusunda olduğunu qeyd etdi: “2007-ci ildə Rusiya Federasiyası Krasnodar vilayətinin Adler şəhərində uşaqlar arasında keçirilən beynəlxalq şahmat yarışmasında ölkəmizi təmsil edərkən II yerə layiq görüldüm. Bu yarışda erməni rəqibimə qalib gələrək, Azərbaycan bayrağını yüksəklərə qaldırdım. Bu mənim həyatımda ən unudulmaz gün idi. Torpaqlarımızı işğal edənlərə hələlik ağılla güc gəlmək gərəkdir. Bundan sonra, bu il (2009) uşaqlar arasında keçirilən “XXI əsrin Bütün Rusiyanın Qartal Gülüadlı yarışda I yer tutaraq qızıl medal qazandım. Respublikamızda əlil uşaqların da qazandığı bütün uğurlar dövlətimizin, xüsusən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısının nəticəsidir”.

Həmsöhbətimiz iyun ayında Gürcüstanda şahmat turnirinə, iyul ayının 19-da isə İsveçdə şahmatçılar arasında dünya birinciliyinə hazırlaşır. Şahmat onun ən sevimli məşğuliyyətidir. Bununla paralel, Haqq şeir oxumaq, maraqlı əl işləri hazırlamaq bacarığı ilə başqalarından fərqlənir. Haqqın bir arzusu da var. O, hüquqşünas olmaq istəyir. Haqq yolunda inamla addımlayan Haqq, dövlətimizin qanunlarının keşiyində durub, millətinin hüquqlarını qorumaq arzusundadır.

 

 

ŞƏMSİYYƏ

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 20-21.