Trambon marşa əzəmət verir
«Qızıl kitab»ımızdan
Ölkəmizdə istedadlı uşaq və gənclərin
aşkara çıxarılması, onların potensial
imkanlarının artırılması hələ ötən
əsrin 70-ci illərindən diqqət mərkəzində
olmuşdur. Onların müxtəlif sahələrdə
əldə etdiyi uğurların qiymətləndirilməsi,
geniş əhali arasında təbliğ edilməsi, istedadlarını
reallaşdırması üçün
1996-cı ildə ulu öndərimiz Heydər Əliyev «Gənc istedadlara dövlət qayğısı
haqqında» fərman imzaladı. Elə bu məqsədlə də «Qızıl kitab» təsis edildi. O zamandan da istedadlı uşaq və gənclərin adları həmin kitaba yazılır.
Belə istedadlı
uşaqlardan biri də R.Hacıyev adına 15 saylı Uşaq
Musiqi Məktəbinin trambon şöbəsinin IV sinif
şagirdi Tağıyev Tural Telman oğludur.
Onun ifasını
R.Behbudov adına Mahnı Teatrında dinləmişdim. İfasına
söz ola bilməzdi. Bütün tamaşaçılar onun
ifasını alqışladı.
Özü də o, ifa etdiyi
musiqi nömrəsini yad bir alətdə
- trambonda səsləndirdi.
Turalla yaxından
tanış olmaq üçün onun təhsil
aldığı məktəbə getdim.
Tural gələnə qədər
məktəbin direktoru Nadir Vəliyevlə söhbətləşdik,
xüsusən də istedad barədə. Sözsüz ki, Tural
barədə də.
Nadir müəllimin
dedikləri:
- İstedad çox
nadir adamlara nəsib olan Allah vergisidir - insanın görünməyən
tərəfidir. Müəllifin sərvətidir. Həm
də gələcəyin
yüksək səviyyəli
mütəxəssisləridir. İntellekt kapital hər bir ölkənin
inkişafının sivil
səviyyəsinin ölçüsüdür.
İstənilən dövlət
yüksəlmək, inkişaf
etmək istəyirsə,
mütləq istedadlı
uşaqlara qayğı
göstərməlidir.
Bu cəhətdən
ölkəmizdə yaşayan istedadlı uşaqların bəxti
gətirib. Ümummilli liderimiz Heydər Əliyev istedadlı uşaqları çox sevirdi. Odur ki,
onlar üçün
şərait yaradılmasına
xüsusi diqqət yetirirdi. «Qızıl kitab» buna əyani
sübutdur. Bizim üçün də böyük fəxrdir ki, məktəbimizin şagirdi Tural Tağıyevin də adı həmin kitaba yazılıb.
Tural doğrudan da çox istedadlı
oğlandır. Dahilərdən
biri deyib ki, insanı tənqid etmək asan, qiymətləndirmək
isə çətindir.
Mən Turalı qiymətləndirməkdə çətinlik
çəkmirəm. Tural
gələcəyin tanınmış
musiqiçilərindən biri
olacaq. Bunu əminliklə deyirəm.
Söhbətimizin bu
yerində Tural anası Məhsəti xanımla otağa daxil
oldu.
Məhsəti xanımın
dediklərindən:
- Tural 1991-ci il mayın 23-də Rusiya Federasiyasının Kalininqrad
vilayətində anadan
olub. Atası hərbiçi idi. Azərbaycanın başı
üstünü qara buludlar alanda Vətənə döndü.
1992-ci ildə Salyan Kazarmasında fəaliyyətə
başladı. Əsgərlərimizə
təlim keçirdi. Tural hələ 3 yaşından tez-tez atası ilə hərbi hissəyə gedirdi. Təlim vaxtı əsgərlərin
oxuduqları marş və mahnıları Tural da öyrənmişdi.
Sonra atası ona bir sintezator
aldı. Səhərdən
axşama həmin sintezatoru çalırdı.
Təəssüf ki, atası rəhmətə
gedəndə, Turalın
9 yaşı var idi. Hiss edirdim ki, musiqiyə çox həvəsi var.
2000-ci ildə onu Qara Qarayev adına
8 saylı Uşaq Musiqi Məktəbinin
fortepiano şöbəsinə yazdırdım. Oxuduğu
vaxtlarda xor müəlliməsi Zemfira
Nurullayeva mənə məsləhət gördü
ki, Turalı Daxili Qoşunların Hərbi Orkestrinin bədii rəhbəri Cəfər Abbasovun yanına aparın. Turaldan yaxşı nəfəs alətləri
ifaçısı olar,
deyirdi. Cəfər müəllim Turalla məşğul olmağa
başladı. O, əvvəlcə
Turala truba aləti ilə məşğul olmağı
məsləhət gördü.
2004-cü ildən isə
oğlum trambon aləti ilə məşğul olmağa
başladı. Həmin
vaxtdan o, bu alətə ürəkdən
bağlandı. Hər
hansı bir əsəri arsəyə gətirmək üçün
saatlarla, günlərlə
çalışırdı. O alətdən istədiyini
almayınca əlindən
yerə qoymazdı. İndi artıq o zəhmətinin bəhrəsini
görür. Müsabiqələrdə
I yeri tutur. 2006-cı ildən xalq artisti Teymur Göyçayevin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Gənclər
Simfonik Orkestrində birinci trambonçudur. Bu orkestrin tərkibində Fransada, Almaniyada, Belçikada çıxışları
olub. Həmin səfərlərdən qayıdandan
sonra prezident İlham Əliyevin sərəncamı ilə
adı «Qızıl kitab»a yazılmaqla, Prezident təqaüdünə
layiq görülüb.
Bir ana kimi
mənim sevincimin həddi-hüdudu yoxdur. Bütün bunlara görə oğlumun əziyyətini çəkmiş
insanlara, onun müəllimlərinə, 15 saylı
məktəbin direktru
Nadir müəllimə, Cəfər
müəllimə, prezidentimizə,
millət vəkili Mehriban xanıma öz təşəkkürümü
bildirirəm. Oğlumun
ən böyük uğuru ötən il ulu öndərimiz
Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş nəfəs alətləri müsabiqəsində
olub. Həmin müsabiqədə birinci
yeri tutub.
Turalın müəllimi Cəfər Abbasov:
- Elə ona görə
də bu böyük insana rəhmət diləyirəm. Onun
qağısı olmasaydı Tural belə uğur qazana bilməzdi.
Sözsüz, Tural
çox talantlı gəncdir və deyə bilərəm ki,
o, artıq öz həyat yolunu müəyyən etmişdir. Tural trambon alətini
seçməkdə səhv
etməmişdir; Bu, onun
xarakterinə tam uyğundur.
2004-cü ildə anası
mənim yanıma gətirəndə onun qaynar gözlərinə, duruşuna, hərəkətlərinə
baxanda hiss etdim ki, musiqiyə böyük həvəsi və çox böyük istedadı
var. Odur ki, onunla ciddi məşğul
oldum. Bütün göstəriciləri mənə
bunu deməyə əsas verir ki, o gələcəyin böyük virtuoz ifaçısı olacaq. Ən çox xoşuma gələn odur ki, o, daim
birinci olmağa səy göstərir. Bunun üçün o heç bir çətinlikdən qorxmur.
Sonda qəhrəmanımın
özü ilə söhbət etdim. Soruşdum ki, səndə
bu musiqi alətinə maraq haradan yaranıb, dedi ki, əvvəla,
atam hərbiçi olub və bu alət də hərbi
marşlarda gözəl, çox əzəmətli səslənir!
Tural onu da dedi ki,
insanın həyatında elə anlar olur ki, bu anlar insana daha
yaxşı çalışmağa ilham verir. Mənim də həyatımda belə anlar olub. YUNESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım bizi Fransaya aparması
həyatımın ən
unudulmaz anlarındandır.
Sonra da adımın «Qızıl
kitab»a yazıldığı
gün, 31 iyun 2008-ci il. İndi düşünürəm
ki, deməli, mənim ifamı qiymətləndirirlər. Bu, mənə
ilham verir və içimdə yaranan bu hiss məni daha çox çalışmağa
səsləyir. Həyatımı
qəti olaraq bu sənətə bağlamağa qərar vermişəm. Arzum Musiqi Akademiyasına daxil olmaqdır. Trambon alətinin kamil ifaçısı olacağam. Bu alətlə
bütün dünyada
Azərbaycanı təmsil
edəcəyəm. Çünki
mən qədirbilən
insanların əhatəsindəyəm.
Fərahim Dünyamalıoğlu
Mədəniyyət.- 2009.- 9 may.- S. 18.