Mənim sevimli
Heydər babam
Mayın 7-də Azərbaycan
İstiqlal Muzeyinin Ekspozisiyasında Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 86-cı ildönümünə həsr
olunmuş “Xalqımızın qayğıkeş atası”
adlı tədbir-sərgi təşkil olundu. Burada ilk dəfə
olaraq muzeyin fondunda saxlanılan və Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin
kinoşəkil sənədlər arxivindən əldə
edilmiş H. Əliyevin müxtəlif dövrlərdə
uşaqlarla birlikdə çəkdirdiyi fotoşəkillər
sərgiləndi.
Azərbaycan
Respublikası Uşaq Təşkilatı ilə birgə
keçirilən tədbiri İstiqlal Muzeyinin direktoru Fəridə
Şəmsi açaraq qonaqları salamladı.
Tədbirdə
iştirak edən Azərbaycan Uşaq Fondunun sədri, Sosialist
Əməyi Qəhrəmanı İ.İbrahimov 2009-cu ilin
uşaq ili elan olunması münasibətilə uşaqları
təbrik edərək, ulu öndərin Azərbaycan
xalqının tarixindəki əvəzolunmaz xidmətlərindən
söz açdı. O,
ümummilli liderin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətini
vurğulayaraq, belə
şəxsiyyətlərin bəşəriyyətə gec-gec
gəldiyini qeyd etdi. Daha sonra Respublika
Uşaq Fondunun sədr müavini Roza xanım ulu öndərin 86 illiyi münasibətilə
tədbir iştirakçılarını
təbrik etdi, H.Əliyevin uşaqlara saysız qayğlarından
söhbət açdı.
Tədbirdə şagirdlərin
“Mənim sevimli Heydər babam” mövzulu inşa yazıları müsabiqəsinin nəticələri
elan olundu. Müsabiqənin qalibləri
Fəridə Həsənova,
Vasif Axundov, Fidan Abdullayeva və xüsusilə fərqlənən Tural İbrahimov mükafatlandırıldı.
Sonda Bülbül adına Musiqi Məktəbi şagirdlərinin
musiqili kompozisiyası
tədbirə rəngarənglik
qatdı.
Tədbirdə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
nümayəndələri, Milli Məclisin deputatı G. Əhmədova,
Səbayel rayon Qadınlar Cəmiyyətinin sədri A. Hümbətova,
Prezident Qvardiyasının əsgərləri və digər
qonaqlar iştirak edirdilər.
Yeganə CANSAİL
Mədəniyyət.- 2009.- 9 may.- S. 16.