Böyük sənət yolunda
Samir Cəfərov:
“Bu mərtəbəyə
ümummilli lider Heydər Əliyevin xeyir-duasıyla çatmışam!
Mədəniyyət və incəsənət xadimlərinə
hörmətlə yanaşılan
ölkəmizdə istedadlı
gənclər həmişə
diqqət mərkəzində
olub. Respublikamızın
hüdudlarından kənarda,
daha geniş əlaqəli, zəngin təcrübəli, elmi-mədəni
ənənələri olan
elm ocaqlarında təhsil
almağa imkan və şərait yaradılıb... Əsası
ümummilli liderimiz tərəfindən ötən
əsrin 70-80-ci illərində
qoyulan bu ənənə Azərbaycan
elminin, Azərbaycan gəncliyinin inkişafına
yönələn addım,
milli-mənəvi dəyər
kimi bu gün
də aktuallığını
itirməmişdir. 2002-ci ildə
Prezident Heydər Əliyevin xeyir-duası ilə Moskva şəhərində Qalina
Vişnevskaya adına
Opera Mərkəzində təhsil
alan, hazırda Dövlət Akademik Opera və Balet Teatrının
solisti, əməkdar
artist Samir Cəfərov
ötən illəri fəxrlə xatırlayır.
Nəslimizdə, kökümüzdə
gözəl səsli-avazlı
qohumlar olub. Elə atam Qədirin
də yaxşı səsi var. Deyim ki, bu sənətə
gəlməyim, musiqiçi
olmağım bir növ atamın arzusudur. Belə ki, o, özü vaxtilə çox istəyib oxusun, ali musiqi təhsili
alsın. Ancaq arzusu baş tutmayıb. Çünki gənclik dövrü
1950-ci illərə təsadüf
edib. Özünün
dediyi kimi, o illər çox ağır və çətin keçib...
1993-1997-ci illərdə indiki Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin teatr və kino sənəti
fakültəsində oxudum.
Təhsilimi başa vurduqdan sonra bir ilə yaxın
Rafiq Babayev adına studiyada çalışdım.
1998-1999-cu illərdə Naxçıvan
şəhərində hərbi
xidmətdə oldum. Həmin vaxt Naxçıvan Muxtar Respublikasının yaranmasının
75 illiyi qeyd olunacaqdı. Bayrama ciddi hazırlıq görülürdü. Mən
də hərbi hissənin ansamblında çalışırdım. Bir
gün Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisinin sədri
Vasif Talıbov hərbi hissəyə gəldi. Bizimlə görüşdü, söhbət
etdi. Onun diqqətindən qaçmadım...
Bayram konsertində mən də çıxış etdim.
Bir italyan və Azərbaycan romansı oxudum. Həmin vaxt ulu öndər Heydər Əliyev də konsertdə iştirak edirdi. Konsertdən sonra o, məni yanına çağırdı. Hiss etdim
ki, çıxışım
-oxumağım xoşuna
gəlib... Göstəriş
verdi... Sonra Musiqi Akademiyasına göndərildim. Musiqi Akademiyasının musiqişünaslıq
fakültəsində, xalq
artisti Fidan Qasımovanın sinfində
(klassik vokal musiqisi - solo) oxudum...
2001-ci il tarixdə Qazaxıstan Respublikasında
vokal ifaçılarının
Beynəlxalq müsabiqəsi
keçirildi. Həmin
müsabiqədə mən
də iştirak etdim. Bu mənim xarici ölkədə keçirilən tədbirdə
ilk iştirakım -çıxışım
idi. Ikinci yer tutdum. Laureat
oldum.
2002-ci il idi. Yeni
Azərbaycan Partiyasının
10 illik yubileyi qeyd olunurdu. Bu münasibətlə Heydər
Əliyev Sarayında bayram konserti verilirdi. Konsertdə mən də çıxış etdim.
Prezident Heydər Əliyev məni yanına çağırdı.
Səmimi söhbət
etdik. Sonra arzularımla maraqlandı.
Bildirdim ki, “Koroğlu»nu oxumaq istəyirəm. Prezident Aparatının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri
Fatma xanım Abdullazadəyə dedi: - Harda oxumasını məsləhət görərdin?
O da bildirdi ki, Moskvada Qalina
Vişnevskaya adına
Opera Mərkəzində... Beləliklə, 2002-2005 ci
illərdə orada oxudum. Opera Mərkəzinin
rəhbəri, dünya
şöhrətli müğənni
Qalina Vişnevskayadan və hörmətli müəllimim Badri Maysuradzedən vokal sənətinin sirrini, incəliklərini öyrəndim.
Qalina Vişnevskaya bir neçə dəfə, “Arqumentı i Faktı” və
“Kultura” qəzetlərinə
verdiyi müsahibələrində
istedadlı yetirmələri
arasında mənim adımı çəkmişdir.
Fəal tələbələri
haqqında danışanda
o, həmişə mənim
adımı birinci çəkər və başqalarına nümunə
göstərərdi.
2009-cu ildən Dövlət Akademik Opera və Balet Teatrında çalışıram. Ancaq
bu tarixə qədər də Dövlət Akademik Opera və Balet Teatrında
C.Verdinin “Traviata” operasında Alfred rolunu, yenə Verdinin “Riqoletto” operasında Duka rolunu, Ü.Hacıbəyovun
“Koroğlu” operasında
Koroğlu rolunu müvəffəqiyyətlə oynamışam. Milli Konservatoriyada mahnı və romansdan , Tofiq Quliyev adına
Uşaq Musiqi Məktəbində vokaldan
dərs deyirəm.
Əməkdar artistəm. Üç ildir Prezident mükafatı alıram. Evlə təmin olunmuşam. Moskvada, Seulda, Parisdə və digər şəhərlərdə
çıxışlarım olub. YUNESKO-nun xətti ilə keçirilən tədbirlərdə iştirak
etmişəm və gələcəkdə də
çıxış edəcəyəm.
Və hər zaman bu mərtəbəyə
yüksəlməyimdə xidməti
olmuş insanı - Ulu Öndərimiz minnətdarlıqla xatırlayacağam.
Söhbəti qələmə
aldı:
Savalan Fərəcov
Mədəniyyət.- 2009.- 9 may.- S. 16.