Birinci Respublika
Muğam Müsabiqəsinin
qalibi və “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı-2009-un Qran-pri mükafatının sahibi
Təyyar Bayramov:
- Heydər Əliyev
Fondu Azərbaycan muğamının qorunması, inkişaf
etdirilməsi, muğam ifaçılarının rifahı
naminə çox iş görüb. Bu yaxınlarda dünyada analoqu olmayan Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi
də dediklərimizin
əyani sübutudur. Gənc ifaçılara təqaüdlərin verilməsi,
onların disklərinin
buraxılması sənətdə
yeni addımlar atan insanlar üçün
böyük köməkdir.
Bizə isə yalnız öz üzərimizdə çalışmaqla
göstərilən etimadı
doğrultmaq qalır.
Məhz Heydər Əliyev
Fondunun köməyi ilə biz gənc xanəndələr
ustadlarımızın tanınmaq və sevilmək
baxımından 35-40 ilə gəldiyi yolu cəmisi bir
neçə ilə gəldik. Müəllimlərimiz həmişə
söz düşəndə
deyirlər ki, bizim üçün heç vaxt belə şərait yaradılmayıb. Əldə
etdiklərimizə zülmlə,
əziyyətlə nail
olmuşuq. Və gərək onlara da minnətdar olaq ki, o
qədər əziyyətin
içində muğamı
qoruyub saxlaya biliblər, çətinliklərdən
bezməyiblər.
Hesab edirəm ki, fondun
köməyi olmasaydı, şəxsən mənim
üçün bu mərtəbəyə yüksəlmək
çox çətin olardı, hətta mən deyərdim ki,
uzun illər lazım olardı. Düzdür, məndə əzmkarlıq,
iradə var. Amma hansı sahədə olursa-olsun, dövlət
qayğısı olmadan irəliləmək çətindir.
Buna görə də əldə
etdiyim uğurlara görə Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü
bildirirəm. Çünki Azərbaycan muğamına bu qədər
diqqət və qayğı məhz onun təşəbbüsü
ilə göstərilir.
FƏXRİYYƏ
Mədəniyyət.- 2009.- 9 may.- S. 13.