Böyük şəxsiyyətin böyük
gəlişi
Böyük öndər Heydər Əliyevin ümumən respublikamızın
inkişaf edib qalxınmasında, Azərbaycan
iqtisadiyyatı və mədəniyyətinin yüksəlişində
göstərdiyi misilsiz
xidmətləri öz
yerində. Mən ümummilli liderimizin ucqarlara, ayrı-ayrı əyalətlərə göstərdiyi
rəhbər qayğısı,
başçı diqqətini
öz rayonumuzun timsalında təsvir etmək istərdim.
Ulu öndərin rayonumuza ayırdığı xüsusi
diqqət, xüsusi qayğı bütün sabirabadlıların yaddaşına
əbədilik həkk
olunub. Sabirabad rayon mərkəzinin infrastrukturunun yenidən qurulması və kənd təsərrüfatının
hərtərəfli inkişafı
bu böyük şəxsiyyətin adı
ilə bağlıdır.
Böyük öndər hələ
ilk hakimiyyəti dövründə
14 dəfə Sabirabadda
olmuş, hər gəlişi ilə bir çox problemlərin həllinə
misilsiz təkan vermişdir. Onun təşəbbüsü ilə
rayona təbii qaz xətti çəkilmiş, əhalini
içməli su ilə təmin edən Qrup Su Kəməri Kompleksi tikilmiş, Kür çayı üzərindən
nəhəng körpü
salınmış, Rabitə
evi, Mədəniyyət
evi, bir-birindən yaraşıqlı inzibati
binalar, çoxmərtəbəli
yaşayış evləri,
məktəblər tikilib
istifadəyə verilmişdir.
Sabirabadlılar həmişə Heydər Əliyevə hörmət və məhəbbətlə yanaşmışlar.
Rayonumuzda Heydər Əliyevin
adı hələ sağlığında abidələşib-əbədiləşdirilmişdir.
Şirvanla Muğanı birləşdirən
körpü, Mədəniyyət
evi, Sabirabad şəhərinin mərkəzi
prospekti, park və xiyabanlar, muzey, yeni məscid ulu öndərin adını daşıyır.
Bu məqamda Sabirabad
Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Əhməd
Ramazanovun fikirlərini
xatırlatmaq yerinə
düşərdi: “Heydər
Əliyev mənim xatirimdə əsl insan, böyük şəxsiyyət, dünyaşöhrətli
siyasətçi kimi qalıb. O, bizim Mədəniyyət evinin tikilməsinə sərəncam
verib, hətta açılış mərasimində
də iştirak edib. Xoş, səmimi ürək
sözlərini, xeyir-duasını
bildirib.
Ulu öndərimiz 1980-1982-ci illərdə
Sabirabad rayonunun təsərrüfatlarında, pambıq
tarlalarında olmuş,
kənd təsərrüfatının
inkişafına dair qiymətli tövsiyə və göstərişlər
vermişdir. O, Zəminə
Aslanova, Fatma Hüseynova və başqa briqadirlərlə
şəxsən görüşmüş,
saatlarla pambıq tarlalarını gəzmiş,
sadə əmək adamları ilə səmimi söhbətlər
etmiş, bir kərə isə SSRİ
Ali Sovetinin deputatı
Zəminə Aslanovanın
təklifi ilə süfrə başında
əyləşib, kolxozçularla
nahar etmişdir. Ulu öndərimiz tərəfindən bir çox mükafatlara, fəxri adlara layiq görülən bu sadə zəhmət
adamlarının ürəklərində
«rəhbər və
el», «şəxsiyyət və
camaat» deyimləri yaranırdı ki, sonralar bu ifadələr
cəmlənərək «Heydər
- xalq, xalq - Heydər» kimi ümumxalq deyiminə çevrildi! Yeri gəlmişkən, bu gün hər
iki briqadir - Zəminə Aslanova və Fatma Hüseynova
Prezident təqaüdçüsüdür.
Öz tapşırığı
ilə qısa müddətdə tikilən
(smeta dəyəri 22 milyon manat) Qrup
Su Kəmərləri Sisteminin
açılışına gələn (4 may 1981-ci il) Heydər Əliyev bu nəhəng qurğu ilə
Ulu öndərimiz Nizami Gəncəvi adına məktəb
binasının tikilməsinə
sərəncam vermiş
və özü şəxsən məktəbin
açılış mərasimində
iştirak etmişdir.
Bir-bir otaqları gəzən, çox xoş və məmnunluq hissi keçirən ulu öndər ədəbiyyat
kabinetində əməkdar
müəllim Zibeydə
Mirzəyeva ilə bir partada əyləşib
demişdir: - “Zibeydə
müəllimə, heç
siz bu cür
geniş, işıqlı
sinif otağında dərs keçmisinizmi?” Zibeydə müəllimənin:
- “Xeyr, yoldaş Əliyev” -cavabından sonra, Heydər Əliyev özünəməxsus
təbəssümlə dillənmişdi:
- “Heç mən də belə otaqda dərs keçməmişəm. Gör, indiki
uşaqlar necə də xoşbəxtdirlər!”
Bəli, ümummilli liderimiz - müstəqil Azərbaycan
dövlətinin qurucusu
Heydər Əlirza oğlu Əliyev Azərbaycan tarixinin bizə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən
biridir. Məhz onun sayəsində
Sabirabad yeni dövrünü yaşayır.
İndi onun siyasətinin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin səyi, diqqət və qayğısı sayəsində
Sabirabad rayonu daha da böyüyür,
gözəlləşir, abadlıq
işləri aparılır,
inkişaf edir, yeni istehsalat müəssisələri tikilib
istifadəyə verilir.
Əminik ki, Azərbaycan xalqının inkişafı
durmadan yüksələcək.
İlahə Ramazanova,
Sabirabad Rayon Mədəniyyət
və Turizm Şöbəsinin əməkdaşı
Mədəniyyət.- 2009.- 9 may.- S. 5.