Tolerantlıq ənənəsi yaşayır

 

Heydər Əliyev beynəlmiləlçilik ruhunu və milli azlıqlara diqqəti müdafiə edirdi. Azərbaycan əhalisinin tərkibində 20-dən artıq xalq, milli azlıq, etnik qruplar yaşayır ki, onlar da müxtəlif dil qruplarına aiddirlər. Bu ölkədə elə milli azlıqlar var ki, onlar sayca cəmi bir neçə nəfəri özündə birləşdirir kompakt olaraq yalnız bu ölkədə yaşayırlar.

 

1994-cü ildən sonra bu siyasət prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayəhaqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitablarının, qəzetlərinin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda qəzetlərdə doğma dillərində veriliş materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi.

Heydər Əliyev başa düşürdü ki, etnik qruplardan hər hansı birinin itirilməsi bütün bəşəriyyət üçün əvəzsiz itki olardı. Şübhəsiz ki, belə bir təhlükə onlar üçün Azərbaycanda yox idi. Hətta bu faktı bir sıra beynəlxalq təşkilatlar da öz sənədlərində təsdiq edirlər. Qeyd edirlər ki, azərbaycanlıların onlarla bərabər bir torpaqda yaşayan xalqlara qarşı tolerantlığı etalon hesab edilə bilər. Həqiqətən bu xalqa məxsus olan mehriban qonşuluq, dini etnik dözümlülüyü davam etdirməklə mövcud hakimiyyət dillərin, dinlərin, etnik psixologiyaların, ənənələrin inkişafına həmişə böyük önəm vermişdir. Bu gün Azərbaycan radio verilişlərinin ləzgi, talış, kürd, gürcü digər dillərdə səslənməsi, tat, ləzgi, udin, xınalıq digər dillərdə dərsliklərin çap edilməsi dövlətin Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının qorunması sahəsində ardıcıl məqsədyönlü siyasətin davam etdirdiyini təsdiq edir.

Heydər Əliyev milli azlıqların nümayəndələri ilə keçirdiyi görüşlərinin birində demişdi: “Biz Azərbaycan deyəndə onun sərvətini, onun gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti əsrlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olar...”

yaxud da ümummilli lider milli azlıqlarla keçirdiyi görüşləri belə xarakterizə edirdi: “...Mən görüşlərimi milli azlıqların nümayəndələri ilə görüş adlandırmaq istəməzdim. Bu, Azərbaycanın, Azərbaycan xalqının nümayəndələri ilə görüşdür...”

Öz geopolitik, strateji mövqeyi, təbii sərvətləri baxımından zəngin olan Azərbaycan indi çoxsaylı milli və etnik azlıqların da doğma vətəninə çevrilib, milli azlıqlar yerli xalqla qaynayıb-qarışıb, inteqrasiya etmişlər. Azərbaycanda milli azlıqlar və azsaylı xalqlar ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayırlar.

Göründüyü kimi, Heydər Əliyevin qoyduğu ənənə - milli azlıqlara tolerant münasibət Azərbaycanda bu gün də davam etdirilir. Bu faktı vaxtaşırı ölkəmizə səfər edən beynəlxalq təşkilatların təmsilçiləri də birmənalı olaraq təsdiq edirlər.

 

 

Səbuhi

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 3.