“Həmişə” yüksəklərdə!..
Dünən “Eurovision - 2009” mahnı
müsabiqəsinə start verildi.
Sabah isə Azərbaycan
təmsilçiləri olaraq,
“Eurovision” səhnəsinə Aysel və
Günel Əzimova (mühasibatçı): Mahnı da, klip də
çox xoşuma gəlir. Zənnimcə,
hər şey yüksək səviyyədədir.
İnşallah, ən
azından, qızıl
üçlüyə düşərik.
Günay Aydınqızı (tələbə,
ADMİU):
Digər ölkələrin mahnılarına baxanda bizimki elə
də pis deyil. Yüksək pillələrdən birində
özünə yer tuta bilər. Əslində, Araşın
Aysellə duetinin bizə xeyri olmalıdır. Çünki
Avropa artıq onu yetərincə tanıyır. Buna Araşın
şöhrətindən istifadə
kimi baxmaq lazım deyil. Bir ölkənin məşhur müğənnisinin
başqa bir ölkəni təmsil etməsi hadisəsinə bu müsabiqədə ilk dəfə rast gəlinmir. Aysel özü də pis seçim deyil,- Araşdan heç də geri qalmır. Tardan istifadə də yerindədir. Ona görə deyərdim ki, olsa, bu, təmiz
qələbə olacaq.
Aynur Yaşarqızı (tələbə, ATU): Düzü, Azərbaycan
vətəndaşı kimi çox istərdim ki, orada oxunacaq
mahnı öz istedadlı şair və bəstəkarlarımızın
ərsəyə gətirdiyi bir mahnı olsun. Lakin bu, o demək
deyil ki, bu il bizi
təmsil edəcək
mahnı pisdir. Əksinə, lazımi səviyyədə dinləyici
toplaya biləcək qədər gözəl mahnıdır.
Bir şeyi də
vurğulamaq istərdim.
Azərbaycanı təmsil
edəcək mahnıda
millilik hiss olunmalı
idi. Klipdə Araşın, türklər
demiş, tarı alay edərcəsinə gitara kimi oynatması,
heç də millilik göstəricisi deyil. Yenə də hamını onlara dəstək olmağa çağırıram,
çünki onların
qalibiyyəti bizim adımızdır.
Toğrul Əliyev
(operator): Builki mahnı
keçənilkinə çatmasa
da, yaxşıdır.
Keçən ilki başqa aləm idi, muğam, ariya... Nə bilim, bu mənim
subyektiv fikrimdir. O qədər də ürəyimcə deyil builki seçim.
Tural Məmmədov (saç ustası): Düzdür, əslində
bizim daha da gözəl mahnı ilə təmsil olunmaq
imkanımız var idi. Amma “Always” də pis mahnı
deyil. Təmsilçilərimizə
uğurlar!
Sədaqət Axundova (evdar qadın): Əvvəl hamı Azərbaycanı
Ayselin təmsil edəcəyindən danışırdı. Amma sonra ortaya
Aysel və
Sadiq Nəcəfov (hərbçi): Mahnıda qeyri-adi bir
şey olmasa da, maraqlı ideyası olan performansla, bir qədər
mürəkkəb quruluşlu plastika ilə Avropanın diqqətini
cəlb etmək olar.
Asiman İbrahimova (tələbə, ATU): Keçən ilki
mahnı qeyri-adi bir musiqi idi. Bununla belə layiqli yerini tutmadı. Builki mahnı isə mənə daha primitiv gəlir,
ona görə də çox yüksəklərə qalxacağı
nəsə inandırıcı
görünmür. Təəssüf
ki, adı mahnı müsabiqəsi olsa da, həmişə
siyasət öz sözünü deyir.
Nazim Əliyev (tələbə, ADMİU): Mahnı əladır,
amma keçənilkinə nisbətdə zəifdir. Bundan başqa, pramoşn azdır. Düşünürəm ki,
Aysel tək getsəydi, daha yaxşı olardı. Mahnıda milli ornamentlər azdır, təkcə tarla olmaz. Onlara uğurlar
arzulayıram, Azərbaycanın
adını yüksəklərə
qaldıracaqlarına inanıram.
Ötən il Azərbaycanı
“Day after day” (“Gündən- günə”) mahnısı ilə
Elnur və Samir təmsil etdilər. Əksər
mütəxəssis və
tamaşaçıların fikrincə, əslində daha yüksək yerə layiq olan çıxışımız
8-ci yeri tutdu. Müsabiqədən əvvəl,
Azərbaycanın bu çıxışla ən
azı üçlüyə
düşəcəyindən ağızdolusu danışanlar,
müsabiqədən sonra
təsəlliverici bir
ahənglə ilk dəfədən
onluğa düşməyin
böyük nailiyyət
olduğundan bəhs etdilər. Özündə
maraqlı ideya daşıyan performans, çox çətin və maraqlı bir tərzdə sintez olunmuş mahnı və milli musiqimizi əks etdirən muğam, heç bir ölkədə yox idi. Lakin
siyasət öz sözünü dedi. 8- ci yer, “Filan
ölkədən gözlədiyimiz
halda niyə bizə səs gəlmədi” - sualına,
“Bu veriliş mahnı
müsabiqəsidir, siyasi
proqram yox! ”- deyə, cavab verənləri bir qədər susdurdu.
2008- ci ildə Azərbaycana
Türkiyə və Macarıstandan 12, Ukrayna, Rusiya,
Çexiyadan 10, Makedoniya, Belorus, Moldovadan 8 bal gəldi. Aparıcının
üzərində Azərbaycanın performansına uyğun
olaraq, ağ mələk qanadları görünən
Almaniyadan isə, qanadları görər- görməz,
hamı “12” düşünməyə başlasa da, yalnız
bircə bal gəldi.
Bu il hansı ölkədən
hansı balı alacağımızı, neçənci yeri
tutacağımızı bu həftə biləcəyik. Amma əyri oturub, düz danışsaq, Azərbaycan
öz Aysel və Araşının “Həmişə”si ilə
ən azından beşliyə düşməyi
haqq edir. Bu, faktdır. Hər şey göz qabağındadır axı...
Könül NƏCƏFOVA
Mədəniyyət.- 2009.- 13 may.- S. 12.