Səfər təəssüratı
2009-cu il may ayının
5-6-da Mədəniyyət və
Turizm Nazirliyi Aparatının rəhbəri
Firudin Qurbanov başçılığı ilə bir qrup
nazirlik əməkdaşı
Quba və Qusar rayonlarının mədəniyyət saraylarında
bir sıra görüşlər keçirdilər.
Bundan əlavə,
həmin rayonların bəzi kəndlərində
fəaliyyət göstərən
bir sıra mədəniyyət evi, klub və kitabxanalara
baxış keçirərək
mövcud vəziyyətlə
tanış oldular. Bütün bunlar gələcəkdə bölgələrdə
mədəniyyət ocaqlarının
yenidən bərpa olunması yolunda ilkin axtarışlar idi. Quba və
Qusar rayonlarının
turizm baxımından
əlverişli təbii
şərait olduğunu
nəzərə alsaq,
bu rayonlarda yerləşən mədəniyyət
obyektlərinin və tarixi abidələrin bərpasına ehtiyac duyulduğunu görərik.
Elə bu məqsədlə də Mədəniyyət və
Turizm Nazirliyinin məsul işçiləri
hər iki rayonda yerləşən mədəniyyət müəssisələrinin
mövcud durumunu araşdırdılar.
Quba mədəniyyət
sarayında
Quba Rayon Mədəniyyət Evində
keçirilən görüşü
giriş sözü ilə rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Elxan Məhərrəmov
açdı. Tədbirdə
nazirliyin Aparat rəhbəri Firudin Qurbanov məruzə ilə çıxış
edərək rayon mədəniyyət
müəssisələrinin fəaliyyətindəki nöqsan
və çatışmazlıqları
qeyd etdi, geniş turizm potensialına malik bölgədə işləyənlərin
qarşısında duran
məqsəd və vəzifələrdən danışdı,
mədəniyyət və
turizm sahəsində gedən inkişaf, yeni tikilmiş və təmir edilmiş mədəniyyət
ocaqları, turizm obyektləri barədə məlumat və statistik göstəriciləri
görüş iştirakçılarının
nəzərinə çatdırdı.
Məruzə
dinlənildikdən sonra
rayon icra hakimiyyəti
başçısının təhsil, səhiyyə və mədəniyyət
məsələləri üzrə
müavini Xanımsona
Əkbərova çıxış
edərək gələcəkdə
də belə görüşlərin keçirilməsinə
ehtiyac olduğunu, tədbirin mədəniyyət
müəssisələrinin fəaliyyətinin canlandırılmasına
müsbət təsir
edəcəyini bildirdi.
Qusar mədəniyyət
sarayında
Qusar Rayon Mədəniyyət Evində
keçirilən görüşü
rayon icra hakimiyyəti
başçısının təhsil, səhiyyə və mədəniyyət
məsələləri üzrə
müavini Elman Mustafayev
açaraq tədbirin
təşkil edilməsinə,
kənd mədəniyyət
müəssisələrində çalışan insanlara
nazirlik tərəfindən
göstərilən diqqət
və qayğıya görə təşəkkürünü
bildirdi.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri
David İbramxəlilov, Tarix-Diyarşünaslıq
Muzeyinin, uşaq musiqi məktəbinin və MKS-nin direktorları çıxış
etdilər. Çıxışlardan sonra tədbir iştirakçılarının çoxsaylı sualları
nazirliyin əməkdaşları
tərəfindən cavablandırıldı,
mövcud problemlərin
həlli yolları müzakirə edildi.
Mədəniyyət obyektlərindəki problemlər
Qusar rayonunun dörd kəndində yerləşən
mədəniyyət obyektlərindəki
acınacaqlı vəziyyət
diqqətdən yayınmadı.
Lazımi qeydlər aparıldı və mədəniyyət obyektlərinin
binalarında şəkillər
çəkildi. Qusar rayonunun Piral, Əvəcük, Həsənqala
və Köhnə Xudat kəndlərinin mədəniyyət obyektlərinin
hər birində mədəniyyət işçilərinin
və kənd sakinlərinin fikirləri dinlənildi. Yararsız halda olan bu
obyektlərin yeniləri
ilə əvəz olunması və bəzilərinin tam bərpa olunması qeyd edildi. Köhnə
Xudat kəndinin klub və kitabxanasının
yerləşdiyi binanın
keçən əsrin
50-ci illərində tikildiyi
vurğulandı. Həsənqala
kənd klubu və kitabxanasının yerləşdiyi binaların
vəziyyəti daha acınacaqlı idi. Bu binanın Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsi tərəfindən
qeydiyyata götürülməsi
vacib hesab edildi. Bu kəndlərin
kitabxanalarında kitabların
saxlanılması üçün
heç bir şərait yoxdur. Hətta Piral kəndində bəzi kitablar yerə düzülmüşdü. Adıçəkilən
kəndlərdə klub
və kitabxanaların
bərbad şəraiti
bir daha sübut etdi ki, bu obyektlər
müasir standartlara uyğun olaraq yenidən tikilməlidir. Baxış keçirilən
bütün kənd kitabxanalarına nazirliyin məsul işçiləri
tərəfindən gətirilmiş
kitablar hədiyyə edildi. Mədəniyyət
və Turizm Nazirliyinin məsul işçiləri Quba rayonunda 1918-ci ildə ermənilər tərəfindən
soyqırıma məruz
qalmış insanların
bu yaxınlarda üzə çıxmış
kütləvi məzarlığını
ziyarət etdilər.
Bölgələrdə mədəniyyət obyektləri
yenilənəcək
Qusar rayonunda keçirilən tədbirdə
çıxış edən
F.Qurbanov qeyd etdi ki, mədəniyyət
müəssisələrindəki vəziyyətlə yerindəcə
tanışlığın işin xeyrinədir: “Kəndlərdə mədəniyyət
işçiləri ilə
ünsiyyətdə olduq.
Son vaxtlar dövlət tərəfindən
mədəniyyət obyektlərinə
diqqət artmaqdadır.
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin regionların inkişafı
ilə bağlı 2009-2013-cü
illər üçün
imzaladığı sərəncamda
mədəniyyət obyektlərinin
də inkişafı nəzərdə tutulub. Bu bir daha
onu göstərir ki, dövlətimiz mədəniyyət obyektlərinin
vəziyyəti ilə
daim maraqlanır. Bu işə Mədəniyyət və
Turizm Nazirliyi olaraq Quba və
Qusar rayonlarından başladıq. Bu bölgə Azərbaycanın
maraqlı turizm zonalarındandır. Turistlər
bura gələrkən
mədəniyyət obyektləri
və tarixi abidələr də onların diqqətində
olur. Deməli, mədəniyyət ocaqlarını
elə səviyyəyə
çatdırmaq lazımdır
ki, respublikamıza gələn turistləri də cəlb etsin. Biz tarixi
abidələri və
mədəniyyət obyektlərini
bərpa etməliyik ki, daha çox
turist cəlb edə bilək. Bizim bu səfərimiz
mövcud vəziyyətlə
tanış olmaq və mədəniyyət
obyektlərindəki problemləri
aradan qaldırmağa
xidmət edir. Bölgələrdə mədəniyyət
evləri, klub və kitabxanalar nə qədər keyfiyyətli olsa, gənclərin diqqətini
daha çox bu məkanlara cəlb etmək olar. Bu isə
gənclərimizi küçə
psixologiyasından uzaqlaşdırmağa
xidmət edəcək.
Biz buna doğru addımlayırıq.
Dövlət başçısı
son illərdə mədəniyyətlə bağlı
200-dən çox sərəncam imzalayıb.
Dövlətin əsas
prioritet istiqamətlərindən
biri mədəniyyət
ocaqlarınının yenidən
qurulması, bərpası
və yenilərinin inşa olunmasıdır. Son 5 il ərzində
respublikamızın paytaxtında
onlarla belə yeni mərkəzlər inşa olunub, bəziləri isə əsaslı şəkildə
müasir standartlara uyğun təmir edilib. Bir sıra
rayonların mərkəzlərində
mədəniyyət ocaqları
əsaslı təmir
olunsa da, bölgələrdəki mədəniyyət
obyektlərinin əksəriyyətinin
yenidən inşasına
ehtiyac var».
Beləliklə, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin Quba
və Qusar rayonlarındakı görüşləri
səmərəli keçdi.
Bütün problemlər
araşdırıldı və
diqqətə götürüldü.
Əlavə olaraq bildirildi ki, nazirliyin bu xarakterli reydləri
respublikamızın digər
rayonlarında da keçiriləcək.
Hacılı İntiqam
Mədəniyyət.- 2009.- 13 may.- S. 8-9.