Heydər Əliyev Azərbaycan turizmi

 

Dünyanın bir çox ölkələrində ümumi daxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının aktivləşdirilməsində əhəmiyyətli rol oynayan turizmin ölkəmizdə inkişafı da məhz Heydər Əliyev dühasının bariz nümunəsidir.

 

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçildikdən sonra digər sahələr kimi insanların istirahətinin təmin edilməsinə də xüsusi diqqət yetirirdi. Onun tapşırığı ilə 1970-ci ildə Zaqatala 1972-ci ildə Şuşa şəhərlərinin turizm bazalarında yenidənqurma işləri başa çatdırılır. 1971-ci ildə Xankəndində, 1972-ci ildə Mingəçevirdə ekskursiya büroları açılır. 1975-ci ildə QəbələdəQafqaz NabrandaDostluqturizm bazaları, elə həmin il BakıdaQarabağturist mehmanxanası istifadəyə verilir. Sonrakı illərdə bu davam etdirilərək 1978-ci ildə Naxçıvanda, 1980-ci ildə Lənkəranda, 1982-ci ildə Əli Bayramlıda (indiki Şirvan), Qazaxda Şamaxıda səyahətlər ekskursiya büroları fəaliyyətə başlayır.

1970-ci illlərdən başlayaraq daxili turizmlə yanaşı, xarici turizmin inkişafına da diqqət artırılır. 1973-cü ildə Bakı şəhərində ən böyük mehmanxana kompleksi olan 1042 yerlik “Azərbaycan” mehmanxanası, 1978-ci ildə isə 200 yerlik “Moskva” mehmanxanası tikilib istifadəyə verildi.

Bakının Zağulba qəsəbəsində “Sputnik” gənclər düşərgəsi yaradılır və sonradan modernləşdirilərək Beynəlxalq Gənclər Turizm Mərkəzinə çevrilir.

1978-ci ildə Respublika Nazirlər Sovetinin nəzdində Xarici Turizm İdarəsi yaradılır. 1978-ci ildə «İnturist» Bakı bölməsinin tabeliyində yerlərin ümumi sayı 1500 olan mehmanxana mövcud idi. Bu mehmanxanalarda SSRİ-nin digər respublikalarından ölkəmizə gələn nümayəndə heyətləri, mədəniyyət idman tədbirlərinin iştirakçıları ilə yanaşı, turist qrupları da yerləşdirilirdi. Bu isə öz növbəsində Azərbaycanda beynəlxalq turizmin inkişafına təkan verirdi.

1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edildi və Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına əsasən Azərbaycan Respublikasında 2000-ci ilə qədərki dövrü əhatə edən turizmin inkişafı sxemi qəbul olundu.

Müstəqilliyin ilk illərində Azərbaycandan getmə turizmi vüsət almışdı. Sərhədlərin açılması, gediş-gəlişin liberallaşdırılması, ölkədəki dükan-bazarların boşluğu əhalinin xaricə, xüsusən qonşu ölkələrə üz tutmasını stimullaşdırmışdı. O dövrdə xaricə gedənlərin sayı ölkəyə gələn turistlərin sayından dəfələrlə çox idi. Əhalinin kütləvi surətdə xarici ölkələrdəki dükan-bazarlara üz tutduğunu görən turizmdən uzaq olan bəziişbazlarvətəndaşların əmlakını talamaqla, xarici tərəfdaşlarını aldatmaqla məşğul olmağa başlamışdı. Bunun qarşısının alınması üçün turizm sahəsinin dövlət tənziminə ehtiyac duyulurdu.

Turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi turizm fəaliyyətinin məqsəd, prinsip və vəzifələrinə tam cavab verən yeni yanaşma tələb edirdi. Heydər Əliyevin tapşırığı ilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanunu hazırlandı və 1999-cı ildə Milli Məclis tərəfindən qəbul edildi.

Azərbaycanda turizmin potensial imkanlarını yüksək qiymətləndirən və bu sahənin inkişafı üçün yollar arayan Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılandan sonra geniş işlər görülməyə başlandı. Yeni nazirlik turizm sahəsində yaranmış vəziyyətdən çıxış yolu axtarmağa, ölkə turizminin beynəlxalq standartlar səviyyəsinə qaldırmağa, Azərbaycanın dünya turizm bazarına inteqrasiyası üçün səylə çalışmağa başladı. Həmin ilin sentyabrında ümummilli liderin xeyir-duası ilə ölkəmiz Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul olundu.

Heydər Əliyevin sərəncamı ilə “2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı” təsdiq edilmiş, turizmin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, turizm sahəsində çalışan sahibkarlığın, ilk növbədə kiçik və orta sahibkarlığın inkişafı, mövcud turizm obyektlərinin yenidən qurulması ilə yanaşı, yenilərinin yaradılması, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər müəyyənləşdirilmişdi

Heydər Əliyev yaxşı bilirdi ki, turizmin inkişafı üçün ölkəmizdə hər cür şərait var. Azərbaycan Respublikasının nadir təbii-iqlim xüsusiyyətləri, landşaftı, Xəzər dənizinin günəşli çimərliklərə və ən uzun çimərlik mövsümünə malik olması Azərbaycanda turizm sənayesinin mühüm ehtiyat mənbələridir.

Turizmin inkişafına imkan verən təbii ehtiyatlara həmçinin Azərbaycan ərazisindəki çoxsaylı mineral bulaqlar da daxildir. Bu cür sularla Naxçıvan, ümumiyyətlə, Kiçik Qafqaz Talış bölgələri daha zəngindir. Dünyada yeganə müalicə yatağının yerləşdiyi Naftalan təbiətin bəxş etdiyi nadir nemətdir.

Dövlət proqramına uyğun olaraq respublikamızda beynəlxalq standartlara cavab verən 4 əsas (Bakı-Xaçmaz, Bakı-Astara, Bakı-Balakən, Bakı-Qazax) və 3 əlavə (Bakı-Abşeron yarımadası-Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) marşrutları müəyyən edilib.

Bundan əlavə, ölkəmizdə beynəlxalq standartlara cavab verən onlarla yerləşmə obyektləri (hotellər, motellər), əyləncə yerləri, restoran və kafelər, barlar tikilib istifadəyə verilib. Bunlardan «Avropa Qrand Hotel», «Bakı Hyatt Recency», «Park Hyatt Hotel», «Radisson Sas Plaza», «Holidey İnn», «Kresent Biç», «İrşad», «Meridian», «Delfin», «Ambassador», «Diplomat» və digər bu qəbildən olan hotellər, Daştvənd, İstisu, Suvar, “Malibu”, “Palma”, Nabran, “Grin Villa”, “Lonq Forest”, “Cənnət bağı”, Şəki saray, “Qafqaz resort” və başqa regionlardakı istirahət yerlərinin, “Amburan”, “Şuşa”, “Gülüstan”, “İzmir”, “Niaqara”, “Kleopatra” və digər bu qəbildən olan beynəlxalq səviyyəli restoranların adlarını çəkmək kifayət edər.

Beləliklə, tam məsuliyyətlə demək olar ki, Azərbaycan turizmi bu gün əldə etdiyi nailiyyətlərə görə dahi şəxsiyyətə - Heydər Əliyevə borcludur. Turizmimiz ümummilli liderin uzaqgörənliklə müəyyən etdiyi yolla inkişaf zirvəsinə doğru inamlı addımlarla irəliləyir.

  

 

 Bahadur Bilalov,

 Azərbaycan Turizm İnstitutu

 Turizm biznesinin təşkili

 texnologiyası kafedrasının müdiri,

 tarix elmləri namizədi, dosent

 

Mədəniyyət.- 2009.- 13 may.- S. 4.