Evdə muzey

 

Adi insanın Ali insana sevgisi

 

Heydər Əliyevi müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi, dahi insan böyük bir şəxsiyyət kimi hamı sevir. Lakin elə insanlar da var ki, bu sevgini təkcə dilində ürəyində yaşatmaqla kifayətlənməyərək, ömrü boyu - vurğunu olduğu bu şəxsiyyət barəsində hər şeyi bilməyə, onun şəkillərini, büstlərini, kitablarını, onunla əlaqədar olan hər bir detalı əldə etməyə çalışırlar.

Belə insanlardan biri öz evindəDədə Heydərmuzeyi yaratmış Ramiz Şəmyət oğlu Xəlilovdur. Böyük şəxsiyyətə böyük vurğunluq bu evə atılan ilk addımdan duyulur. Öyrəndik ki, bu evin muzeyə çevrilməsinə illər şərt olunub: “Mənim ürəyimdə ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevə qarşı ölçüyəgəlməz bir məhəbbət hörmət hissi olub, var olacaq! Əsl qardaş kimi sevdiyim o insanla bir gün görüşmək mənim bütün ömrümün ən böyük arzusu olub. Hardasa, 1987- 88-ci illər olardı.

Qərbi Azərbaycanın Kalinin rayonunda yaşaya-yaşaya o vaxtlar dərc olunanAzərbaycan gəncləri”, “Kommunist başqa qəzetləri oxuyur, Heydər Əliyevin nitqləri, məruzələri, çıxışları, bəyanatları çap olunan qəzetləri seçib yığırdım. Sonralar, hamının bildiyi kimi, biz Qərbi Azərbaycandan deportasiya olunduq. Çox böyük bir qorxu içində yaşayırdıq. 1993-cü ildə isə Heydər Əliyev yenidən hakimiyyətə gəldi bununla da bizim bütün qorxularımız, içimizdəki səksəkələr yox oldu. Beləliklə, mən həmin insanın həqiqətən böyük bir sevgiyə layiq olduğunu gördüm. Elə o vaxtdan da ulu öndərimizə aid əlimə keçən hər bir şeyi göz bəbəyim kimi qoruyub saxlamağa başladım. Burada 350-yə yaxın kitab, 100-dən çox jurnal, 200-dən çox şəkil mövcuddur, hansı ki, bunların hər birində Heydər Əliyevə aid nəsə var. Mən bu kitablara vəsait ödəməmişəm, çünki buna imkanım yol vermir. Bütün bunlar qəlbimdəki vurğunluğu bilən başa düşən insanların mənə hədiyyəsidir”.

Heydər Əliyevin portretinin divarın ən yuxarısından həm Atatürkün portreti ilə yanaşı asılmasından bəhs edərkən Ramiz Xəlilov bizə Heydər Əliyevi Atatürkü özünün həyat idealı seçdiyini dedi. Otaqda diqqətimizi yanaşı qoyulmuş 3 bayraq da cəlb etdi. Bunlar Azərbaycanın, Türkiyənin YAP-ın bayraqları idi. Divarın qarşı tərəfində özünə yer almış Heydər Əliyevin portreti olan xalçanın isə müsahibimizə Müzəffər Süleymanov tərəfindən hədiyyə olunduğunu öyrəndik.

Söhbət əsnasında Ramiz müəllimin Heydər Əliyevlə görüşdüyünü öyrəndik: “2001- ci il martın 21- i, Novruz bayramı günü Milli parkda bu xoşbəxtlik mənə oğluma nəsib oldu. Lakin qədər əlçatmaz görünsə , mənim 20 illik arzum reallaşdı. Mən Heydər Əliyevlə görüşdüm, oğlum da ona Salman QazininSən xalqımın günəşisənadlı şeirini dedi. O xoşbəxt günü heç zaman unutmaram”.

Ramiz Xəlilov İlham Əliyevlə 3 dəfə görüşdüyünü baş nazir olarkən Xəlilovlar adından, prezident seçiləndə isə şəxsən öz adından bir qardaş kimi ona təbrik teleqramı göndərdiyini bildirdi.

Müsahibimiz Heydər Əliyev Fondundan, Prezident Administrasiyasından gəlib onun bu muzey işini qiymətləndirənlərə dərin təşəkkürünü bildirdi.

Sonda Ramiz bəy, onun bu işini oğlunun davam etdirəcəyini, “Dədə Heydərev-muzeyinin get-gedə daha da böyüyəcəyini söylədi. 

 

 

Könül

 

Mədəniyyət.- 2009.- 13 may.- S. 3.