Mehmanxana və restoran menecerləri üçün treninqlər
keçirilib
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin Türkiyə Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində mayın 4-dən 10-na qədər
Qəbələ rayonunda
mehmanxana və restoran menecerləri və xidmət bölümləri müdirləri
üçün “İdarəçilərin
təlimçi olaraq hazırlanması”, «Sosial davranışlar», “Yemək-içmək
servisi”, “Qeyd-qəbul bölməsi” və «Yemək hazırlanması»
mövzularında seminar keçirilib.
Kurslar Türkiyə Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin 4 nəfər mütəxəssisi
tərəfindən aparılıb
və müvafiq olaraq Şamaxı - Balakən rayonlarını
əhatə etməklə
keçirilib. Seminarda Azərbaycanda
fəaliyyət göstərən
mehmanxana və restoranların 105 nəfər
əməkdaşı iştirak
edib. Seminarın sonuncu günü
iştirakçılara müvafiq
sertifikatlar təqdim olunub.
FƏXRİYYƏ
Mədəniyyət.- 2009.- 15 may.- S. 11.