Sadəcə, “Always”...
Bəstəkar və müğənnilərimiz qələbəni
alqışlayırlar
Budur,
"Eurovision-2009" mahnı müsabiqəsi də beləcə başa çatdı. Həyəcan dolu günlər
sevinclə əvəz
olundu. Dostlar sevindi, düşmənlər
də qaliblərə
daş atıb onları ləkələməyə
çalışdılar...
Müsabiqədən əvvəl
seçilən mahnı ilə bağlı bəstəkarların,
müğənnilərin fikirləri müxtəlif idi. İndi artıq qələbəni
qazanmışıq. Görəsən, musiqiçilərimiz indi nə deyəcəklər?
Bu məqsədlə onların arasında kiçik bir sorğu keçirdik.
“Biz sonda III yeri
qazandıq. İkincidə sona qədər dayansaydıq daha yaxşı olardı.
Bu da pis
nəticə deyil”.
Bu fikirləri onlarla apardığımız
söhbətin nəticəsinə
uyğun qeyd edirik.
İlk müsahibimiz isə bəstəkar Gövhər
Həsənzadə oldu.
Müsabiqədən əvvəl qəzetimizə
müsahibəsində Gövhər
xanım son sözü
nəticədən sonra
qeyd edəcəyini söyləmişdi. Sözünü
tutan müsahibimiz ürəyindəkiləri bizimlə
bölüşdü: “Pis
nəticə deyil. Təbriklərimi dilə gətirmək
istərdim. Yaxşı sıradır.
Bu, həm də
Azərbaycanın qələbəsidir.
Ölkəmizi həmişə birinci görmək arzusunda olan həmvətənlərimiz yalnız
həmrəy olub, müstəqil ölkəmizin
varlığı haqqında
düşünməlidirlər”.
Bəstəkar Vaqif Gərayzadənin
sevinci də yerə-göyə sığmır.
İştirakçılar haqqında yüksək fikirdə olan bəstəkar ürək
sözlərini dilə
gətirdi: “Yarışmaya
42 ölkə qatılmışdı.
Onlardan
25-i final mərhələsində çıxış etdi.
Aysel-Araş dueti də finala çıxdı.
Beynəlxalq səviyyədə tanınmış ekspertlər
və müxtəlif sorğu mərkəzlərinin
açıqlamasında bu
cütlük haqqındakı
göstəricilər ürəkaçan
oldu. Onlar olduqca uğurlu
çıxış etdilər.
Hər bir şey qaydasında
idi. Biz bu
uğura yalnız sevinirik. Xalqımıza təbriklərimi çatdırıram”.
Xalq artisti Mübariz Tağıyevin sözləri
təkcə təbriklərdən
ibarət olmadı.
Bir vaxtlar Ayselin iştirak etdiyi müsabiqədə jürilər
sırasında oturan müğənni indi gənc bir qızın
mötəbər müsabiqədə
iştirakını uğur
adlandırdı. O hesab
edir ki, “Eurovision-2009” mahnı müsabiqəsində
üçüncü yeri
qazanmaq bu gənc qız üçün ən böyük uğurdur. Ancaq bu heç
də onu arxayın salmamalıdır:
“Ümumiyyətlə, gənclərə
həmişə öz
üzərlərində işləməyi
tövsiyə edirəm.
Bir vaxtlar haqqında adi sözlər deyilən Ayselin adı indi milyonların
dilindən düşmür.
Hesab edirəm ki, müsabiqələrin də,
iştirakçıların da sayı çox
olmalıdır. Onsuz da istedadlar özlərini yol açmağı bacaracaqlar” - deyən Mübariz müəllim həmvətənlərimizi təbrik
etdi.
Müğənni Tünzalənin sevinci
yerə-göyə sığmır.
O, Azərbaycanın qələbəsinə
ürəkdən sevinir:
«Biz 42 ölkə arasında
207 xal toplayaraq Azərbaycanın adını
3-cü sıraya qaldıran
Aysel və Araşı böyük qələbə münasibətilə
təbrik edirik. Bu, Ayselin yox,
Azərbaycanın adıdır.
Əlbəttə ki, gənc qızın əməyini
kölgədə qoymaq
fikrim yoxdur. Ümumiyyətlə, yarışların qalibləri öz vətəninin adını
göylərə ucaldırlar.
Bu münasibətlə hamını təbrik edirik”.
Bəstəkar Səyavuş
Kərimi, Oqtay Zülfüqarov, Nailə Mirməmmədli, Faiq
Sücəddinov Azərbaycanın qələbəsinə
böyük dəyər verdilər. Onlar belə bir
yarışmanın ölkəmizdə keçiriləcəyi
günün çox da uzaqda olmadığını
vurğuladılar.
ŞƏMSİYYƏ
Mədəniyyət.- 2009.- 20 may.- S. 8.