“Şəken ulduzları-2009”
kinofestivalına start verildi
Qazaxıstan Mədəniyyət
və İnformasiya Nazirliyinin və Almatı şəhər rəhbərliyinin təşkilatçılığı
ilə gənc kinematoqrafçıların VII “Şəken ulduzları-2009” Beynəlxalq
kino festivalı keçirilir. Almatıda beş gün davam edəcək kino bayramında Azərbaycan, Türkiyə, İran, Hindistan, Kanada, Fransa, Rusiya, İspaniya, İngiltərə,
Almaniya daxil olmaqla dünyanın 30 ölkəsinin gənc kinematoqrafçıları iştirak
edirlər. Azərbaycanlı
kinematoqrafçıları festivalda əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbasın “Qobustan” və kinorejissorlar İqbal Məmmədəliyev
və Rafiq Quliyevin “Azərbaycanın
qədim abidələri”
sənədli filmləri
ilə təmsil olunurlar. “Azərbaycanın
qədim abidələri”
sənədli filmində
Ermənistan tərəfindən
işğal olunmuş
Azərbaycan ərazilərindəki
tarix, memarlıq abidələrindən söhbət
açılır. Kino
bayramında dünyanın
30 ölkəsindən 65 tammetrajlı
və qısametrajlı
film nümayiş etdiriləcək. Festivalın
yekununda isə qaliblərə müxtəlif
nominasiyalarda 20-yə yaxın
mükafat veriləcək.
Mədəniyyət.- 2009.- 20 may.- S. 10.