İstedad sorağında

 

Uşaqlar həyatın çiçəkləridirsöyləyən babalarımız necə haqlıdırlar! Bir körpənin ilıq nəfəsini, şaqraq gülüşünü, məsum baxışını dünyanın hansı neməti ilə əvəz etmək olar? Unutmayaq ki, gələcəyimiz olan uşaqların diqqət, qayğı, nəvazişlə əhatə olunması biz böyüklərin bilmərrə borcudur. elə ölkə prezidentinin 2009-cu ili respublikamızda Uşaq ili elan etməsi bu borcun ən gözəl bir ümumxalq ödənişidir. Bu il həm İslam Konfransının qərarı ilə Bakı İslam mədəniyyəti paytaxtı elan edilib bu münasibətlə respublikamızda mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr keçirilir. Silsilə tədbirlərdən biri H.Sarabski adına Mədəniyyət evində keçirilib. Bu, “İstedad - 2009” müsabiqəsinin yekun tur konserti idi. Prezidentin 2005-ci il sərəncamından sonra bu qədim mədəniyyət ocağı hər il Nəsimi rayonundakı orta məktəblər arasında müsabiqə keçirir istedadları üzə çıxarır. Bu müsabiqənin keçirilməsində Mədəniyyət evinin direktoru Natiq Abbasovun, bədii rəhbər Dilşad Məmmədovanın, “Gülşənxalq çalğı alətləri ansamblının rəhbəri Rövşən Mərdanovun - bir sözlə, bütün kollektivin zəhməti böyükdür. Mədəniyyət evi ilə məktəblər arasında görülən işin nəticəsidir ki, bu müsabiqə müntəzəm olaraq hər il keçirirlir. İstedad - 2009” ənənəvi olaraqMahnı”, “Bədii qiraət”, “Aktyorluqüzrə keçirilir. Nəsimi rayonunda yerləşən 28 məktəbdən I turda 300 şagird iştirak edib. Seçim mərhələsində II tura 98, III tura 14 şagird keçib. İstedadlardan 8 nəfər I, II, III yerlərə layiq görülüb, 5 şagird fəxri fərmanla təltif edilib.

Yekun tur konsertində şagirdlər çıxışlarında istedadlarını parlaq şəkildə göstərə bildilər. Müəyyən istedada malik, lakin turdan keçməyən şagirdlər mədəniyyət evinə cəlb olunacaq. Keçirilən digər tədbirlərdə iştirak edirlər.Daha hansı işlər görürsüzsualı ilə müraciət etdyimiz H.Sarabski adına Mədəniyyət evinin direktoru Natiq Abbasov dedi: “Mədəniyyət evində müxtəlif rubrikalar altında hər ay tədbirlər keçirilir. GötürəkBizim evin qonaqları”. İncəsənət adamları ilə gənclərin polemika, diskussiya şəklində olan belə görüşləri çox maraqlı, canlı qızğın keçir. Sağlam gənclikrubrikasının əhatə dairəsi nisbətən genişdir. Burada gəncləri həkimlərlə, psixoloqlarla, ictimai-siyasi xadimlər, hüquq-mühafizə işçiləri, yol polislərilə görüşdürürük ki, onları maraqlandıran, narahat edən suallara cavab tapa bilsinlər. Əlamətdar hadisələr, sənətkarlarımızın, qələm sahibi olan görkəmli xadimlərimizin yubileyləri ilə əlaqədar da tədbirlərimiz olur. Bu yaxınlarda mədəniyyət evinin rəsm studiyasında Xəyalə Qurbanovanın rəngli boya qrafikadan ibarət fərdi sərgisi açılıb. Kişik yaşlarından rəsm dərnəyinin üzvü olan bu bacarıqlı qız kimi bütün istedadlar üçün qapımız həmişə açıqdır.

Bir yunan atalar sözü var: “Çox adam çox şey bilir, amma heç kim hər şeyi bilmir”. İstedadlar da bu qəbildəndir. İstedadlı doğulmaq olar, lakin əhsən o kəsə ki, həmin istedadı aşkar edib üzə çıxarır.

 

 

Tamilla Teymurqızı

 

Mədəniyyət.- 2009.- 20 may.- S. 2.