Tehranda XXII Beynəlxalq Kitab Sərgisi

 

Tehranda XXII Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgidəki Azərbaycan guşəsində əsasən ölkə həqiqətləri ilə bağlı kitablar nümayiş olunub. XXII Beynəlxalq sərgidəki Azərbaycan bölməsinə ümummilli lider Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən kitablar, Prezident İlham Əliyevin siyasi fəaliyyətinə dair yeni nəşrlər, Heydər Əliyev Fondunun hazırladığı Azərbaycan həqiqətləri ilə bağlı vəsaitlər digər qiymətli nəşrlər yerləşdirilib. Guşəyə digər aidiyyətli dövlət qurumlarından başqa, Azərbaycanın İrandakı səfirliyin xeyli kitab, jurnal bukletlər daxil edilib. Sərgidə ölkəmizi Mədəniyyət Turizm Nazirliyinin Milli Kitabxananın nümayəndələri təmsil ediblər. On gün davam edən tədbir çərçivəsində Azərbaycan Günləri keçirilib. İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun təşkil etdiyi mərasimdə iştirakçılara Azərbaycan həqiqətlərinə dair çap məhsulları paylanıb. Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov ölkəmizin zəngin qədim mədəni irsə malik olduğunu, xalqımızın dünya mədəniyyətinə qiymətli töhfələr verdiyini söyləyib.

 

 

Mədəniyyət.- 2009.- 20 may.- S. 1.