«Dəniz köçü»
təqdim edildi
Azərbaycan Yazıçılar Birliyinin
«Natəvan» klubunda yazıçı Firuz Mustafanın yenicə çapdan çıxmış
«Dəniz köçü»
kitabının təqdimatı
keçirilib. Tədbirdə ilk çıxış edən
AYB-nin katibi Arif Əmrahoğlu F.Mustafanın yaradıcılığı
barədə geniş
məlumat verərək,
onun nəsr və dramaturgiyasının
fərqli cəhətlərindən
söz açıb.
Ədəbiyyatşünas Bədirxan Əhmədov
isə F.Mustafa dramaturgiyasının bir çox cəhətlərinə
diqqəti cəlb edib. Tədbirdə millət vəkili
Nazim Məmmədov, yazıçının qələm
dostlarından İlyas
Tapdıq, Oqtay Rza, Bəsti Əlibəyli, Musa Ələkbərli
və başqaları
çıxış etmişlər.
Çıxışlarda vurğulanıb ki,
yazıçının 30-dan çox kitabı işıq üzü görüb, müxtəlif
teatrlarda onlarla pyesi tamaşaya qoyulub. Mərasimdə çıxış edən Firuz Mustafa sənət və həyat haqqında düşüncələrini tədbir
iştirakçıları ilə bölüşüb.
Sabutay
Mədəniyyət.- 2009.- 22 may.- S. 12.