Teatrlara niyə getmirik?

 

Bu gün Azərbaycanda teatrların sayı elə də az deyil. Bəlkə teatr-tamaşaçı münasibətlərinin bugünkü vəziyyətinə görə çoxdur! Dövlətimizin sayəsində teatr binalarımız gündən-günə zahirən daxilən daha da gözəlləşdirilir, ən son texnika lazımi avadanlıqlarla təchiz olunur. İstedadlı aktyorlarımız, rejissorlarımız da az deyil. İstisnaların olması şərtilə, teatrlarımızda tez-tez maraqlı tamaşalar göstərilir. Di gəl, yenə hələ teatra gedənlərin sayı artmır ki, artmır! Niyə? Gəlin, səbəbləri birlikdəaxtarışa verək!

 

Amma “Teatrlara niyə getmirik” - sualına cavabdan öncə, bir məsələni qeyd etmək istərdim. Deyəsən, burada bir az ilişməli olacağıq axı... Yəni bu daNiyə kitab oxumuruq”, “Niyə muzeylərə getmirik” - sualları deyil ha, bəhanə edək ki, İnternet, müasir texnologiyalar olduğuna görə. Hələ guya ki, İnternetə elə muzeylərə baxmaq, kitab oxumaq üçün girirmişik...

Apardığım sorğuda iştirak edən insanların əksəriyyəti eyni nöqtəyə vurduğundan, onların arasında ən fərqli fikirlərlə çıxış edənləri seçib sizə təqdim edirəm:

Teatrlara niyə maraq yoxdur? Aktyor oyunumu zəifdir? Rejissor işimi pis vəziyyətdədir? Repertuar seçimimi yanlışdır?... Nədir axı teatrlara getməməyimizin səbəbi?

 

Rahil Kərimov (tələbə, ADMİU):

 

- Əvvəla, teatrlarımızın təbliğatı sıfıra bərabərdir. Sabah göstəriləcək hər hansı bir tamaşa bu gün çox yox, cəmi üçcə dəfə reklam olunsa, tamaşaçıların sayı nisbətən artar. Düzdür, teatra gedib tamaşaya baxmaq istəyənin özü onunla maraqlanır. Reklamın olub-olmamasının onun üçün elə böyük bir fərqi yoxdur. Ümumiyyətlə, teatra marağı olmayana isə reklam, çətin ki, təsir edə bilə! Amma elə bir təbəqə mövcuddur ki, problemlərdən, -gücdən başı ayılmadığından, vaxt azlığından başqa bu kimi səbəblərdən teatra gedə bilmir. Maraqlı reklam isə onu teatra cəlb edə bilər. O, hətta teatra 1- 2 saatlıq mədəni istirahət obyekti kimi baxa bilər.

Teatr həm də ali mədəniyyət ocağıdır. Görünür, bizim mədəni səviyyəmiz hələ o yerə gəlib çatmayıb. Teatra marağı olanın hər həftə gedib tamaşaya baxmağa pulu yoxdur pulu olanın isə marağı! Bizimkilərin əlinə pul keçən kimi başlayırlar ev tikdirməyə, maşın almağa, onun üçündiplomtəşkil etməyə s. Belədə adamın yadına teatr düşər? Lakin bir ingilis, yaxud başqa bir əcnəbi üçün teatr villadan, «Jeep»dən daha maraqlı önəmlidir!

Bu sözləri deyən Rahil sonuncu dəfə Ə.Əmirlinin “Mesenat”ına baxdığını açıqladı.

BSU-nun tələbəsi Günel də öz fikirlərini bizimlə paylaşdı: “Məncə, bu, fərdi məsələdir. Teatr kimin üçünsə bir səbəbdən, kimin üçünsə başqa səbəbdən maraqsız ola bilər. Şəxsən mənim teatra getməməyimin səbəbi əksər aktyorlarımızın oyunlarındakı sünilikdir. Sanki tamaşadan əvvəl özlərinə söz verirlər ki, tamaşaçılara bunun sadəcə birtamaşaolduğunu mütləq göstərməlidirlər. Mən Rusiya aktyorlarının teatr oyununu görmüşəm. Onlar hadisəni oynamırlar, yaşayırlar, özlərini unudaraq 1- 2 saatlıq həmin obraza çevrilirlər. Bizimkilərin isə bircə əllərində ifa etdikləri rolun sözləri yazılmış kağızları çatışmır”.

Eyyub müəllim isə klassik əsərlərin oynanılmamasından şikayətləndi: “Şəxsən mən bilsəm ki, bu gün hansısa teatrda “Otello”, yaxud “Aydın” oynanılır, bu dəqiqə üz tutaram həmin teatra. Amma bir şərtlə ki, gedib xəyal qırıqlığına uğramayım, gözlədiyim nəticə və maraqlı təəssüratla qayıda bilim”.

Cavid Hüseynov (tələbə, ADMİU): Ümumiyyətlə, bu gün insanlar öz tələbatlarını hər cür ödəmək imkanına malikdirlər və buna mane ola biləcək psixoloji konyuktura məsələsini onlar teatrdan daha çox, başqa bir yerdə, lakin teatrın portativ formatında tapırlar.

Mina Həsənova da təbliğatın zəifliyindən şikayətləndi: “Mən tez- tez olmasa da, hərdən teatra gedirəm. Getdiyim tamaşalarda aktyor oyununu da, rejissor işini bəyənmişəm. Zənnimcə, insanları, sadəcə olaraq, teatrlara cəlb etmək lazımdır. Şəhərin divarlarının hər bir küncündə, televiziya kanallarında yerli- yersiz təbliğ olunan obyektə rast gəlinir. Amma onların arasında hələ ki, bir teatr olduğunu görməmişəm. Müəyyən mədəni müəssisələrin işçilərinə, orta məktəb şagirdlərinə paylanan (həm pullu, həm pulsuz) yolka şənliklərinin, bayağı tamaşaların biletlərini, teatr, eləcə kino, sərgi biletləriylə əvəz etsələr, pis olmaz. Bu da təbliğatın bir növüdür.

Bəzi gənclərimiz isə insanların teatra getməməsinin səbəbini maddi vəziyyəti ilə əlaqələndirdilər. Amma əziz dostlar, axı onda belə bir ziddiyyət qarşısında qalırıq: Bəzi teatrlarımız bizə tələbə bileti ilə tamaşaya baxmaq hüququ verir. Onda teatr üçün əldən gedən, lakin bilet almağa imkanı olmayan həmin şəxslər üçün bu fürsət göydəndüşmə olmalıdır. Lakin gənclərimiz tələbə bileti ilə belə teatra getməyə tənbəllik edirlər axı...

Gələn aydan etibarən Azərbaycan teatrları növbəti mövsüm tətilinə bağlanacaq. Təəssüf ki, bizdə tətil oldu-olmadı, ciddi fərq hiss olunmur. Vəziyyət eynidir: tamaşaçı yoxdur ki, yoxdur. Amma yenə ümid edirik ki, yeni mövsümə qədər tamaşaçı qıtlığı problemi nisbətən azalmış olar.

Bu yaxınlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Səda Tədris Teatrında elə universitetin öz tələbələri “Yapraq dökümü” adlı komediya ilə çıxış etdilər. Tamaşa zamanı zal nəinki dolu idi, hətta gənclər, tələbələr qapının ağzına qədər düzülüb tamaşanı ayaq üstə izləyirdilər. Bu o demək deyil ki, səhnədəsuper tamaşagedirdi. Yox, sadəcə, ssenarist, rejissor tələbə- aktyorlar dövrün, gəncliyin nəbzini tuta bilmişdilər.

Beləliklə, apardığım sorğulardan göründüyü kimi, bu gün Azərbaycan tamaşaçısının teatrlardan istədiyi budur:

1. Maraqlı, müasir, aktual mövzuya malik repertuar.

2. Sünilikdən, rəsmiyyətdən uzaq, normal aktyor oyunu.

3. Peşəkar, ciddi rejissor işi.

4. Təbliğat!

Siyahını uzatmaq olar. Lakin hələlik bu istəklər sintez olunsa, teatr binalarımızın sayı nəinki artıqlıq edər, əksinə, yeni binaların tikilməsinə ehtiyac yaranar.

 

 

Könül NƏCƏFOVA

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 7.