Uşaq Kitabı
Festivalının nəşriyyat
və muğam günü
“Beşik” nəşriyyatından ərmağan” kitab sərgisinin
nümayişi də keçirildi
“Bakı - İslam Mədəniyyətinin
Paytaxtı - 2009” və “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı” tədbirlər
planına uyğun olaraq Mədəniyyət və Turizm
Nazirliyinin və Firudin Köçərli adına Respublika
Uşaq Kitabxanasının təşəbbüsü ilə
həyata keçirilən II Ümumrespublika Uşaq Kitabı
Festivalı davam edir. Bugünlərdə isə Bakı şəhəri,
Yasamal rayonu XXI əsr liseyində festivalın nəşriyyat
günü keçirildi. Dəyirmi masa təşkil edən tədbir
iştirakçılarının əsas məqsədi
uşaqları nəşriyyat işçiləri və
yaradıcı insanlarla görüşdürməkdir. Tədbirdə
çıxış edən F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva, direktor
müavini Zahirə Dadaşova, şöbə müdiri Leyla
İbrahimova, “Beşik” nəşriyyatının direktoru Nərgiz
Cabbarlı və başqaları çıxışları
zamanı uşaqları kitab oxumağa, geniş mütaliə
vərdişlərinə çağırdılar.
Daha sonra isə uşaq
jurnallarında nağıl, rəsm və şeirləri nəşr
olunan yazıçı, şair, rəssamlar öz fikirlərini
uşaqlarla bölüşdülər, onları
maraqlandıran sualları cavablandırdılar. Tədbirin
sonunda “Beşik” nəşriyyatının məhsulu olan
uşaq jurnalları tədbir iştirakçılarına
paylandı.
Festival çərçivəsində
muğam günü keçirildi.
Bülbül adına
Musiqi məktəbində II Ümumrespublika Uşaq Kitabı
Festivalına həsr olunmuş muğam gecəsi oldu. Tədbirdə
iştirak edən Zakir Əliyev, Firuz Məmmədov
uşaqların ifasını bəyəndiyini və gələcəkdə
bu iş üzərində daha ciddi
çalışmalarını bildirdilər. Xalq artisti Əlibaba
Məmmədov və Bülbül adına Musiqi məktəbinin
direktoru Nigar Cərullaqızı şagirdlərin ifasında
olan qüsurları və çatışmazlıqları
onların diqqətinə çatdırdılar. Tədbirdə
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru F.Quliyeva, direktor müavini Zahirə
Dadaşova, şöbə müdiri Leyla İbrahimova, uşaq
yazıçıları Nüşabə Məmmədli,
C.İbrahimova və başqaları da iştirak edirdi.
Daha sonra isə
Bülbül adına məktəbin şagirdləri Nurlan
Zeynalov “Rast” muğamını, “Elə bəndəm” xalq
mahnısını, Şəhriyar Ağayev “Rahab”
muğamını, Zabitə Əliyeva “Sarı gəlin” xalq
mahnısını ifa etdilər. Məktəbin şagirdi, həm
də “Xalq ulduzu” yarışmasının
iştirakçısı Səbinə Ərəbli “Kəsmə”
şikəstəsi və “Humayun” muğamını ifa etdi.
Qeyd edək ki, mayın
20-i üçün nəzərdə tutulan Səttar Bəhlulzadənin
100 illiyinə həsr olunmuş “Təbiət ilhama
çağırır bizi” adlı rəsm müsabiqəsi
mayın 26-da keçiriləcək. Buna baxmayaraq festivalın
bağlanış mərasimi mayın 21-də olacaq.
ELMİN
Mədəniyyət.- 2009.- 22 may.- S. 2.