85 yaşlı muzey
Gəncənin ən böyük və eksponatları ilə zəngin muzeylərindən
olan Nizami Gəncəvi adına
Tarix-Diyarşünaslıq Muzeyi yaranmasının 85 illiyini qeyd edir.
Muzeyin elmi işçiləri ilə
söhbətimizdən məlum
oldu ki, Tarix-Diyarşünaslıq
Muzeyi 1975-ci ildən Gəncənin sonuncu xanı Cavad xanın nəticəsi İsmayıl və Adil xan Ziyadxanovların
şəxsi evlərinə
köçürülüb. O zaman müzey 2 şöbədən ibarət
olub və burada ilk vaxtlar
500-ə yaxın eksponat saxlanılıb. Hazırda isə muzeydə müxtəlif dövrləri əks etdirən 30.000-dən artıq
eksponat qorunur. Bunlardan ən qədimi Daş dövrünə aiddir. Ümumiyyətlə
isə muzeyə Daş dövründən
başlayaraq müasir
dövrümüzə qədər
tarixi, məişət,
əl işləri, qədim musiqi alətləri, 12-ci əsrdə
yaşayan şairlərin
həyat və yaradıcılığına aid
müxtəlif fotolar
və eksponatlar qorunur. Vətəndaşların
diqqətini çəkən
eksponat isə Gəncənin zəlzələdən
qabaqkı dövrü
əks etdirən maketidir. Onu da bildirək ki, muzeyin fondu
elmi işçilər
tərəfindən daim
zənginləşdirilir. Belə
ki, bu ilin
müvafiq zaman kəsiyində muzeyə Kür qırağından
daşlaşmış Cənub
filinin sümükləri,
müasir dövrə
aid kitab və jurnallar, ev şəraitində hazırlanmış əl
işləri və başqa eksponatlar gətirilib. Muzeydə 18 eksponat zalı var ki, bunun
da 10-u müasir, 8-i isə qədim dövrə aiddir. Həmçinin burada saxlanılan eksponatların
50 %-dən çoxu Gəncəbasarın tarixini,
mədəniyyətini, dinini,
məişətini əks
etdirir. Muzəyə baxmağa gələnlərin
diqqətini çəkən
digər eksponat isə 16-17-ci əsrlərə
aid açıq səma muzeyidir. Burada hətta qədim dövrə aid sandıq qəbir də saxlanılır. Müzeyə
gələnlərin əksəriyyətini
xarici turistlər, qonaqlar təşkil edir. Son vaxtlar
isə bu muzeyə məktəblilər
arasında da maraq artıb. Nizami Gəncəvi adına Tarix-Diyarşünaslıq Muzeyindən
daha sevindirici bir xəbər isə binanın 2010-cu ildə əsaslı şəkildə təmir
olunacağı məlumatıdır.
Onu da əlavə
edək ki, muzey təmir olunduqdan sonra ventilyasiya sistemi də qurulacaq ki, bu da
eksponatların saxlanmasında
mühüm rol oynayacaq.
Günay Asifqızı
Mədəniyyət.- 2009.- 27 may.-
S. 14.