Bir daha ədəbi nəsil barədə...
Aydin Xan
Bir on il
bundan əvvəl məndən ədəbi nəsil anlamı ilə bağlı münasibət açıqlamağı
istəsəydilər, böyük
həvəslə, bəlkə
də şövqlə
- bir neçə saat - geniş bir mühazirə söyləyərək fikirlərimi
beləcə bölüşərdim:
“...Ədəbiyyatımızın inkişafında “mühafizəkarlar”
(M.Hadi, H.Cavid və b.) “Mollanəsrəddinçilər”
(Mirzə Cəlil, M.Ə.Sabir və b.), “romantiklər” (A.Şaiq, Ə.Cavad, M.Müşfiq),
“yenilikçilər” (S.Rüstəm,
M.İbrahimov, S.Rəhimov...),
“ənənəçilər” (Ə.Vahid kimi Şərq poetik-estetik texnologiyalarına üstünlük
verən qəzəlçilər),
“sosrealistlər” (M.İbrahimov,
B.Bayramov, M.Rahim...), “əllincilər” (İ.Hüseynov-
Muğanna, İ.Əfəndiyev...),
modernistlər (R.Rza, Ə.Kərim...), “altmışıncılar”
(Anar, Elçin, V.Səmədoğlu, Ə.Əylisli...),
yetmişincilər (R.Rövşən,
M.İsmayıl, M.Süleymanlı...)
“səksənincilər” (S.Rüstəmxanlı,
V.B.Odər, R.Behrudi, A.Həsənli, A.Cəmil...),
“doxsanıncılar” (O.Fikrətoğlu,
M.Cəfərli, M.Köhnəqala,
R.Tağı, Kəramət,
E.Hüseynbəyli...), “postmodernistlər”
(R.Qaraca, H.Herisçi,
A.Yaşar...), “ikiminincilər”
(özüm də daxil olmaqla, Şərif Ağ, Z.Əzəmət, S.Babullaoğlu,
Aqşin, Ə.Qoşalı,
Q.Ağsəs, İ.Fəhmi...),
“ən yeni” (Ə.Əlioğlu, Qismət,
Fərid...) kimi ədəbi nəslin nümayəndələri yaradıcılıq
uğurlarıyla fəal
iştirak ediblər...”
Amma bu gün, artıq
özüm də peşəkar ədəbiyyatla
ciddi məşğul
olduğum bir vaxtda bəlağətli, ağızdolusu, pafoslu cümlələrlə, yağlı
fikirlərlə “ədəbi
nəsil” haqqında şişirdilmiş fikirləri
dilimə, qələmimə
gətirə bilmərəm.
Bir məsələ gün kimi aydındır
ki, indi də müzakirələrə
səbəb olan, dillərdən düşməyən
bu “ədəbi nəsil” anlayışı
biz ədəbiyyat mütəxəssisləri
tərəfindən ortaya
gətirilmiş təsnifati
bir ifadədən başqa bir məna yükünə malik deyil. Ədəbiyyat tarixçiləri, nəzəriyyəçilər,
ədəbi tənqidçilər,
fikirlərini ümumiləşdirməkdən
ötrü eyni dövrdə yazıb-yaratmış,
yaxud bədii-poetik söz meydanında fəallıq göstərmiş
yazar qrupunun yaradıcılıq məhsullarına
bu yarlığı yapışdıraraq, işlərinin
asanlaşdırmağa çalışırlar.
Fikrimi sadə dildə ifadə etməyə çalışacağam:
meyvə deyəndə
müxtəlif ağacların
bəhrəsi olan
Ədəbi nəsil ifadəsiylə toparlaşdırılan
yaradıcı insanların
əqli-estetik məhsulları
da cürbəcür olur, onları eyniləşdirmək, banan
ilə gilasın fərqinə varmamaq kimi bir şey
alınar...
O da məlumdur ki, heç kim heç
kimin əvəzinə
nə düşünür
- əlbəttə, təsirlər,
bəhrələnmələr, plagiatlıq hallarını
da unutmaq olmaz - nə də yazıb-yaratmır.
Əsl yazar ortaya məhz
ciddi sənət əsəri qoymaqla tanınır, başqalarından
fərqlənir, zamanında
seçilir. Füzulinin dövründə
qəzəlbazların sayı,
şişirtmə olmasın,
bəlkə də o böyük söz sənətkarının qələmə
aldığı misraların
sayını üstələyirdi.
Bir ədəbi nəslin nümayəndələri
sayılan minlərlə
imza sahibindən yalnız on-on beşi ədəbiyyat tariximizdə
yada salınırsa, oxucuların, xüsusən
də mütəxəssislərin
diqqətini cəlb edirsə, onların yazdıqları araşdırmalar
predmetinə çevrilirsə,
deməli, yaradıcılıqda
“çoxluq - cəmlik”
deyil, “təklik - fərdlik” əsas cəhətdir.
Peşəkar ədəbiyyat
kollektiv əməyin məhsulu ola
bilməz: fəqət,
ədəbi mühitin
zənginliyi, estetik prosesin çoxşaxəliyi
lokal toplumun - adını “ədəbi nəsil” qoyaq, fərqi yoxdur - bir qrup intellektual
imza sahibinin kulturoloji fəallığı
nəticəsində mümkündür.
Şeyx Nizami Gəncəvidən sonra dünya və Şərq ədəbiyyatında
“Xəmsə” mövzularında
məsnəvilər, mənzum
romanlar, poemalar yarandı, Nəsiminin fəlsəfi şeiri poetik söz sənətimizdə intellektual
poeziya hərəkatına
güclü təkan verdi, Füzulidən sonra milli qəzəl
çiçəkləndi, M.F.Axundov tərəfindən
təməli qoyulmuş
dramaturgiyamız zaman ötdükcə zənginləşdi
(bu kimi misalları artırmaq da mümkün...): nəhəng sənətkarlar
dövrünün ədəbi
proseslərini, estetik mühitlərini, poetik-texnoloji
proseslərini formalaşdırdılar,
mürəkkəb ictimai-mədəni
siyasətə çevirə
bildilər.
Əgər Nizami yaradıcılığıyla bünövrəsi möhkəmlənməsəydi, onda Azərbaycan tarixində ilk renessans - Şərq intibahı mərhələsi, Nəsimi və Füzuli azadlıqsevər, mübariz ədəbiyyat məhsulları zamanında meydana çıxmasaydı, sivilizasiya gedişatımızda ikinci, özü də əsl milli-etnik intibah hadisəsi -Avropanın bir hissəsi olduğumuzdan, bizim milli-etnik oyanış-dirçəliş mərhələmiz Qərb intibahıyla, demək olar, eyni vaxt təsadüf edirdi: ana dilimizin dövlət səviyyəsinə qaldırılması, imperiyamızın yaranması, ədəbiyyatımızın milliləşməsi, xəlqiləşməsi, demokratikləşməsi (Nizaminin şahzadə, İsgəndər kimi obrazları aşıq poeziyasındakı sadə insanlar, gözəllərlə əvəzlənməsi faktlarını yada salaq), Təbriz Miniatür məktəbi çiçəkləndi və s. - baş verməz, Səfəvilərin yaratdığı, Nadir şahın dənizdən okeana qədər uzatdığı imperiyamız - dövlətçilik zirvəmiz olmazdı...
Beləcə, “ədəbi
nəsil” anlamı ətrafında bir balaca kulturoloji ekskurs edəndə, ona lokal - milli
baxımdan deyil, qlobal - planetar, bir qədər də sivilizasiya proseslərinin işığında
qısaca nəzər
salanda, çox geniş nəticələr
əldə edə bilərik.
Fəqət hər şeydən əvvəl unutmamalıyıq ki, şedevr əsərin yaranmasında bu və ya digər
səbəblərdən ədəbi
mühit, estetik tələblər, mədəni
dəyərlər, kulturoloji
proseslər, zamanın
poetik dəbləri kimi amillərin təsiri böyük olsa da, əsas
yaradıcılıq ağırlığı
məhz müəllifin,
söz adamının
istedadının, təxəyyülünün,
intellektinin üzərinə
düşür...
Mədəniyyət.- 2009.- 27 may.- S. 13.