Yeşim AğaoğlununEflatun sırı

 

Azərbaycan Yazıçılar Birliyində müasir türk şeirində özünəməxsus yaradıcılığı ilə seçilən mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun nəslindən olan Yeşim Ağaoğlu ilə görüş keçirildi. Yeşim xanımla oxucular tanışdırlar, çünki kitabları Azərbaycan dilində xeyli əvvəl nəşr olunub. Tədbirin təşkilatçısı aparıcısı Səlim Babullaoğlu şairənin dilimizə çevirdiyi şeirlərini oxudu yaradıcılığı haqqında danışdı. Daha sonra Yeşim xanım tanış olmaq üçün tədbirdə iştirak edən şairlərin - Qulu Ağsəs, Fərqanə Mehdiyeva, Rəbiqə Nazimqızı b. şeirlərini dinlədi. Tədbirin sonunda isə Yeşim Ağaoğlu iştirakçılara öz kitablarını hədiyyə etdi. Mən onunEflatun sırkitabından danışmaq istəyirəm.

 

Yeşim xanım “Eflatun sır” adlı kitabını çox qısa avtoqrafla mənə hədiyyə etdi. İlk baxışdan kitabın sadəliyi məndə heyrət doğurdu. Əlli iki səhifəlik kitabda Yeşim xanımın qısa tərcümeyi-halı elektron poçtu verilib. Kitabda müəllifin şəkli yoxdur, istənilən şəxs həmin vasitələrlə müəlliflə əlaqə yarada bilər. Yeşim xanım kitabdan müəllifin reklamı kimi istifadə etmir. Müəllif haqqındakı məlumatsa yalnız yaradıcılığı ədəbiyyata dəxli olan məsələlərdəndir. Bizim şair yazıçılarımızın kitablarında hələ sadəlik görünmür.

Kitabda verilmişYalnızlıq dörtnalaşeir daha çox xoşuma gəldi. Şeir lakonikliyinə poetik səviyyəsinə məzmununa görə çox təsirlidir.

  

   ata binər kimi biniyorum

   yalnızlığıma

   dört nala yalnızlığıma

   anlaşıldı anlaşıldı

   həp sənin şəhrin güzəl

   bən hiç olmadım oralarda

 

Birinci şeirdəki təşbeh uğurlu mütləqləşdirilmiş şəkildə verilir. Son iki misrasa ona görə maraqlıdır ki, görmədiyin yerlər xəyallardır. Sevdiyi insanın olduğu yersə onunçün - obrazçün xəyalən (bəlkə , real) gözəldir.

Dörtnala ağlamaqşeiri nisbətən pessimist ruhda yazılıb. Şeirin metafizikası, fəlsəfəsi həyatla üz-üzə dayanır ən əsası həyatın özünü ifadə edir. Belə ki, ilklər yaranışın özülüdür. Sonlarsa ilklərin davamı, yəni onları bitməyə qoymayan qüvvə, xatirələrin unudulmayacağına zəmanətdir. 

 

   çay içdiğim bardağı

   yıkadım az öncə

   keşke dedim kolay olsa

   anıları da bu denli yıkamaq

 

Qadın bardağı yumağa qorxur, çünki bardaqdakı dodaq izləri - son xatirələr yuyulacaq. Əslində insan oğlunun daim unudulmaq son xatirələri itirmək qorxusu, izaholunmaz eqoizm hissi var. Məsələn, şəkil çəkdirəndə ilk andaca qeyri-ixtiyari olaraq şəkildə özümüzə baxırıq. İnsan oğlunun məlum qorxusu onu nələrisə saxlamağa vadar edir. Yeşim xanım sadə üsulla böyük fəlsəfədən danışır. Amma filosofluq etmir.

Digər bir maraqlı şeir “Tabula rasa” şeiridir. Müasir türk şeiri çox doğal məişət sözlərinə - həyata keçir. son on ilin şeirləri ilə əvvəlki illərdən fərqlənir, artıq fərqli bir mövqeyə müəyyənləşmiş istiqamətə malik olduğunu isbat eləyir.

  

   kəndimi kusmak istiyorum

   bir başka beyin, bir başka kafa

   ya da öylesinə tabula rasa

 

Şeirdəkikəndimi kusmak istiyorumifadəsi mətnin poetikası baxımından çox maraqlıdır. Birinci, şeir ümumi məğzini faş etmir. Yəni oxucunu düşündürməyə vadar edir. İkinci, bezən insanın özündən qaçmaq hissinin ən orijinal bədii həllidir. Üçüncüsü, “özümdən qaçmaqistəyirəm kimi yaza biləcəyi misranı Yeşim Ağaoğlu tam ayrı aspektdən izhar eləyir. Çoxluğa yox, təkə tərəf gedir. Bu məzmun poeziya prozamızda da var. Ramiz RövşəninGedək biz olmayan yerəşeirinə nəzər salaq:

 

   Bu Ramizi kim aparar?

   Bu Ramiz olmayan yerə.

 

Özündən qaçmaq istəyən insanın özündən qaçmaq niyyətiəks olunur. Yaxud AnarınBeşmərtəbəli evin altıncı mərtəbəsiəsərinin əvvəlində Atlantik okeanın sahilində dayanan Zaur gəldiyi bu yerin mənasızlığını anlayır. Başa düşür ki, özündən qaça bilməz. Bakıda da olsaydı beynindəki fikirlər onu rahat buraxmayacaqdı, o, özü-özündən qaça bilməz. Yeşim xanımsa başqa aspektdən eyni problemə - insan özünə təslim olur - çox uğurla yanaşmışdır.

Buralardan gidiyorumşeiri xanım yazarın özünü tanıma dərk məsələsinə toxunur.

 

   buralardan gidiyorum

   kimsə bilməz ama

   bu ən böyük kahramanlıq

 

Biz, adətən özümüzü qoruyacağımız nəsnələr haqqında belə deyilik : yaxşı ki, etmədik”. Amma yaxşı elədikifadəsini çox az halda deyirik. Çünki çarəsizlik insanda həm qorxu yaradır, qorxu insanın özünün istəmədiyi şeyləri ortalığa çıxarır. Falesin çox müdrikanə bir fikri var: “Dünyada ən asan başqalarına məsləhət vermək, ən çətin isə özünü tanımaqdır”. Yuxarıdakı misrada getməyinin səbəbini xeyrini anlayan obraz özünü dərk edir, qəhrəmanlığını anlayır. Təbii ki, çarəsizliyinköməyiilə.

Eflatun sırkonseptual poeziyanın, oxucuya hərtərəfli düşünmək imkanı verən, həyat fəlsəfəsiylə poeziyanın görüşdüyü məkandır. Yeşim Ağaoğluna gözəl ömür yaradıcılıq uğurları arzulayıram.

 

 

Fərid Hüseyn

 

Mədəniyyət.- 2009.- 27 may.- S. 13.