28 May kinoxronikada

 

28 May - Respublika Günü ərəfəsində Azərbaycan Demokratik Respublikası dönəmində və cümhuriyyətin tarixi ilə bağlı çəkilmiş filmləri araşdırmaq niyyətində olduq. Tarixi xronologiyaya sadiq qalaraq araşdırmaya ADR dövründəki kinodan başladıq.

 

Cümhuriyyət zamanının kinosu

 

A.Kazımzadənin müəllifliyi ilə keçmiş Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan kataloqlara baxırıq. ADR zamanında cəmi biri bədii, digəri sənədli olmaqla 2 film çəkilib.

Kataloqdan oxuyuruq:

«Bir alçalmanın tarixi». 1918-ci il. Bakı, Film Səhmdar Cəmiyyəti. Rejissor Boris Svetlov, ssenari müəllifi P.Muravyov, operator Qriqori Lemberq. Rollarda A.Polonski, R.Lazareva, Y.Muromski b. Janr - kinodram.

Real həyatdan bəhs edən kəskin dramda belə bir fikir irəli sürülür: insanların başına nə gəlirsə hamısı taleyin hökmüdür».

Göründüyü kimi, filmin yalnız insanların taleyi müstəvisində ADR-ə dəxli var. Filmi Səhmdar Cəmiyyət istehsalata buraxıb. Dövlətlə bu ya digər şəkildə bağlılığı yoxdur.

Kataloqda bu qeydlərə rast gəlirik:

«Azərbaycanın müstəqilliyinin ildönümü münasibəti ilə təntənə». 1919-cu il. Səssiz. Rej. Esvir Şub.

Tammetrajlı sənədli film. Müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin birinci ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir.

Film Bakıda 1919-cu il mayın 28-də lentə alınmış, iyunun 13-də «Ekspress» və «Rekord» kinoteatrlarında proqramdan əlavə nümayiş etdirilmişdir. Saxlanılmayıb».

Haşiyə. Əslində bu saxlanılmayıb ifadəsinin altında çox mətləblər yatır əslində filmi saxlamaq istəyiblər. Ancaq müəyyən yerləri qayçılamaq şərti ilə. Qayçılamaq isə o həddə çatıb ki, əldə heç qalmayıb.

Qeyd edək ki, bu barədə dövrün qəzetlərində afişalar verilib.

Vəssalam! Amma əslində cəmi 23 ay yaşayan bir ölkədən (özü vaxt, hansı şəraitdə!!) minlərlə qarışıq həm kinematoqrafiyanın formalaşdırılmasını ummaq ən azından ağılsızlıq olardı. Biz sadəcə tarixə nəzər saldıq.

 

Kinoda ADR

 

Ancaq 18 il yaşamış və getdikcə inkişaf edən 2-ci respublikanı kinematoqrafiyasından ADR üçün nəsə ummaq məntiqidir.

Təəssüflər olsun ki, bu günə qədər müstəqil Azərbaycanın Milli Kinematoqrafiyası ADR-ə həsr olunmuş bir dənə də bədii film çəkməyib. Amma «Salnamə» «Yaddaş» studiyalarının çəkdiyi «İstiqlal yollarında», «Parlament», «Əzablı yollar» s. kimi sənədli filmlər var. ADR dövründəki hadisələrə əhatəli yanaşmağı ilə «Əzablı yollar» filmi daha çox diqqəti cəlb edir.

Filmin avtobioqrafiyasına aşağıdakı şəxslər imza atmışlar.

«Əzablı yollar». 1995-ci il. «Yaddaş» studiyası.

Rejissor Zaur Məhərrəm, Nəsib Nəsibzadə, Yağmur Tunalı, operator Nizami Abbas, bəstəkar Cavanşir Quliyev, səs operatoru Şamil Kərimov. Sənədli film ADR onun rəhbəri M.Ə.Rəsulzadənin taleyi haqqında tammetrajlı ekran əsəridir. Filmdə ADR liderlərindən Fətəli xan Xoyski, Yusif bəy Nəsibbəyli başqa tarixi şəxsiyyətlərin həyatı ilə bağlı nadir sənədlərdən istifadə edilmişdir. Kinolentin ayrı-ayrı epizodları Türkiyədə, Fransada, Almaniyada, Tiflisdə (Gürcüstan), Gəncədə, Bakıda Abşeronun bir sıra kəndlərində çəkilmişdir».

 

Televiziyalarda ADR

 

Həmişə məhsuldarlığı ilə seçilən AzTV-nin «Aztelefilm» Yaradıcılıq Birliyi ADR-in məşhur generalları (Mehmandarov, Şıxlinski, Ağabəyzadə və b.) barədə silsilə sənədli filmlər hazırlayıb. Nazim Rzayevin rejissorluğu ilə «Mücadilə» adlı sənədli film çəkilib. 40 dəqiqə həcmində olan bu film bütövlükdə ADR mövzusuna həsr olunub. Çəkilişlər Bakı, Gəncə, Tiflis, Batumi İstanbulda aparılıb.

Yeri gəlmişkən, qeyd edək ki, ADR zamanından bizə çox az kadrlar qalıb. Zamanı saniyələrlə ölçülən bu kadrlar Dövlət Kino Arxivində saxlanılır və telekanallar həm filmlərdə, həm də ayrı-ayrı verilişlərdə bu lentlərdən istifadə etmək məcburiyyətində qalır.

Yalnız rejissor Mehriban Ələkbərzadənin silsilələrlə «Space» telekanalında efirə gedən tarixi film və müəllif verilişlərində ADR mövzusuna ara-sıra toxunulub.

«Lider» TV- isə vəziyyət AzTV-yə bənzəyir. Ancaq «Lider» TV ADR barədə bütöv bir film hazırlamayıb. Digər telekanallarda isə bu dövrə aid yalnız proqramlar var.

Müstəqil prodüser mərkəzləri və digər yaradıcı təşkilatların isə bu mövzuya müraciət etmələri inandırıcı görünmür. Sadəcə, bununçün sponsor gərək.

Ancaq unutmayaq ki, bu həm bizə, həm də gələcək nəsillərə lazımdır.

 

 

İntiqam Hacılı

 

Mədəniyyət.- 2009.- 27 may.- S. 10.