Xaşxaşın göz yaşı Bakı Uşaq Teatrında qurudu...

  

   Elə indicə çox maraqlı bir filmə baxırdım. Belə ki, başqa planetlərdən NLO-lar gəlmişdi... Onların məqsədi bizi gələcəkdə gözlənilən böyük bir fəlakətdən qurtarmaq idi. Ancaq başına döndüyüm ABŞ təhlükəsizlik orqanları, NASA silahla, sursatla bilim əllərində olan hər şeylə NLO-ların qabağına elə çıxıb, onları elə qorxutdular ki, zavallılar da qorxularındanmı, bizim kəmağıllılığımızdanmı hər şeyə tüpürüb tarelkalarına minib qayıtdılar gəldikləri yerə. Eh, isə. Ondan əvvəl Recep İvedikebaxdım. Deyirəm, bu türklərin çox güclü ssenaristləri var. İnsan müasir dünyanın kalkasını, modelini, əşi lap eskizini beləmi dəqiq çəkə bilərmiş. Halal olsun...

 

Bu Recep İvedik, kəndçinin biri, gəlir elitar mədəniyyətə daxil olur. Həm necə daxil olur. O filmə baxın. Məsələn, mən o filmə baxandan sonra Rüstəm İbrahimbəyovunElitar təbəqəbarəsindəki qalmaqalını yadıma saldım kişiyə haqq qazandırdım. Düz deyirmiş. Bu da belə. İndi başqa mətləbə keçək...

Bakı Uşaq Teatrı barədə söz açmaq istəyirəm. Uşaqlar sənət eşqi ilə çırpınır. Səhnədə milyoneri oynayır, səhnənin arxasına keçəndə isə özünün kasıb sosial həyatına dönür.

Bakı Uşaq Teatrında baxdığım tamaşaya görə Arzu Soltana təşəkkür edirəm. Bu gözəl, incəzövqlü xanımın Bakı Uşaq Teatrında onun sənət dostu İntiqam Soltan tərəfindən səhnələşdirilənXaşxaşın göz yaşıpyesinin elə maraqlı dramaturji bazası var idi pyesdə insanın dekonstruksiya olunmuş dəyərlər sistemindəki tənhalığı, dünyanın az qala sonunun yaxınlaşdığına dair verilən peyğəm xarakterli praqnozlar adamı heyrətə gətirir. Mən tamaşadan çıxan kimi elə bilirdim ki, bütün yolboyu gördüyüm adamlar, bir-birinin təkrarı olmaqdan utanmayan, hamı kimi olmağa can atan Bakı əhlinin sonu yaxınlaşır. Ancaq məni həm heyrətə salan həmvətənlərimin bivec, özündən razı təbəssümləri oldu. Az qaldım ki, elə metronun içində dahilərdən biri kimi qışqıram ki, “insan axtarıram”. Ancaq sosial şərtlər, mənim məcburən itaət etdiyim etik estetik qaydalar ucbatından başımı yuxarı qaldırıb, heç olmamış kimi özümdən razı-razıNeftçilərmetrosuna gedən vaqona minməli oldum. Elə vaqondaca bütün bu qorxulu, ancaq danılmaz həqiqətləri mənim beynimdə yaşatdığına görə Arzu xanıma uğurlar arzuladım...

Postmodern dövrün mətn stilistikasına, konsepsiyasına, bilim, hansı daha qəribə termininə görəsə, kiminsə mətnini öz yazımın içinə yerləşdirə bilərəm. Bunu da özümünkü kimi göstərmək haqqım var. Beləcə, Bakı Uşaq Teatrının mənə bağışladığı kitabçadanXaşxaşın göz yaşıhaqqında verilmiş balaca hissəni diqqətinizə çatdırıram.

HİV/AİDS ilə bağlı ən yaxşı maarifləndirmə kampaniyasını Bakı Uşaq Teatrı keçirir. Teatr Arzu SoltanınXaşxaşın göz yaşıəsərini səhnələşdirib. Tamaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sifarişi ilə hazırlanıb. Maarifləndirmə məqsədi güdən tamaşada onun yaradıcıları gənclərdə narkomaniyanin doğurduğu faciələr, AİDS bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaratmağa çalışırlar. Tamaşada yeniyetmələrin gənclərin narkomaniyaya qurşanmasının səbəblərindən onun doğurduğu fəlakətlərdən, o cümlədən, AİDS-ə aparan yoldan bəhs olunur. Gəncləri əhatə edən insanların yanlış münasibəti, ailə-məişət problemləri, yeniyetmələrin başadüşülmə özünütəsdiq ehtiyacının ödənməməsi onları uçuruma yuvarladan amillər kimi qabardılır.

Tamaşa yeniyetmələr böyüklər üçün nəzərdə tutulub. Respubilka ərazisindəki bütün cəzaçəkmə müəssisələrində nümayiş olunan tamaşa 1 saat 15 dəqiqə çəkir.

Bir tamaşaçı kimi teatrın verdiyi informasiyaların bir çoxu ilə razı deyiləm. Nədənsə, tamaşa mən insanın xaosun içindəki yalnızlığını, dünyanın sonunun yaxınlaşdığını xəbər verən duyğular oyatdı. isə... Ancaq onu bilirəm ki, arxada bir qadın hönkür-hönkür ağlayırdı. Heyrətlə dönüb baxdım. Deməli, “Xaşxaşın göz yaşı”nı qurutmağa çalışan aktyorlar qələbə qazandı. Aristotelinkatarsisadlandırdığı arınma, yenilənmə baş verdi.

Bu dəfə tamaşa haqqında teatrşünasdan daha çox, həvəskar seyrçi kimi danışmaq tendensiyasını tutduğuma görə rəssam, bəstəkar, hansısa aktyor barəsində fəlsəfi fikirlər söyləmədim. Ancaq ədalət naminə deyim ki, hamısı gözəl oynayırdı. Tamaşada hər şey yerində idi.

Sonda isə hamınıza məsləhət, imkanınız olsa, H.Sarabski adına Mədəniyyət evinə baş çəkin.

Aktyorlar orada narkomaniyaya qarşı mübarizə aparır, hər şeyə qarşı mübarizə aparırlar.

Hətta özlərinə qarşı belə mübarizə aparırlar.

 

 

Ziyad Quluzadə

 

Mədəniyyət.- 2009.- 27 may.- S. 7.