Zülfüqar Hacıbəyov
Milli mədəniyyət tariximizdə - opera sənətinin,
eyni zamanda musiqi teatrının təşkili və
inkişafında xidmətləri olan sənət adamları
çox olub. Lakin bu yolda Hacıbəylilər ailəsi
pozulmaz səhifələr
yazıb. Zülfüqar
Hacıbəyovun da musiqi teatrımızın
inkişafı yolunda yazıb-yaratdıqları
əsərlər əsl
fədakarlıqdır…
Zülfüqar Hacıbəyov
1884-cü ildə Şuşa şəhərində anadan
olub. Uşaqlıq illəri bu ecazkar musiqi
beşiyində keçib.
Erkən yaşlarından
şəhərin musiqi
məclislərində iştirak
edib, istedadlı xanəndələrin ifasında
xalq mahnılarını
dinləyib. Demək olar ki, şəhərin
mədəni ab-havasının ona gələcək həyat
yolunu müəyyən
etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov
ilk biliyini xalq musiqisindən alıb.
O dövrdə - yəni
XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan
musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi
əsərlərdən biri
«Aşıq Qərib»
operasıdır. O vaxt
bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera
xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Həmin dövrdə Z.Hacıbəyov
bir sıra librettolara musiqi yazır.
Onun «50 yaşında
cavan» (1910), «Varlı» (1911), «Evliykən subay» (1916) musiqili
komediyaları bu gün də sənət dünyamızın
bəzəyidir.
Z.Hacıbəyov
1935-ci ildə «Almaz» filminə musiqi yazır. Məlumdur ki, bu film kino tariximizdə ilk səsli filmdir. Bu ərəfədə yazdığı «Kölə
qadınların rəqsi»
adlı simfonik əsəri ona böyük şöhrət
gətirir. Onun daha iki - «Nüşabə»
və «Üç aşıq» operası isə tamamlanmamış qalır...
Yaradıcılığa mahnı janrı
ilə başlayan Zülfüqar Hacıbəyov
XX əsrin 20-30-cu illərində
çox məşhurlaşır.
Bəstələdiyi nəğmələri - «Kəndçi qızı»,
«Çoban qız», «Əsgər nəğməsi»
və digər mahnıları dildə-ağızda
dolaşır.
Onun yaradıcılığı rəngarəngdir.
Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur.
İstedadlı bəstəkarın
əsərlərinin hər
birini ayrı-ayrılıqda
sənət məbədimizin
qızıl kərpici
hesab etmək olar...
Təəssüf hissi ilə qeyd edək
ki, o dövrdə -
1937-ci il repressiyasının acı
yelləri Hacıbəylilər
nəslindən də
yan keçmir. Bu görkəmli nəslin
gözəl yadigarları
doğma yurd-yuvalarından
pərən-pərən düşür.
Bəziləri mühacirət
edir, ömürlərini
qürbətdə başa
vururlar...
Çox keçmir ki, İkinci Cahan savaşı başlayır.
Müharibə acı rüzgarın
səmtini dəyişir.
Ölkədə vətənpərvərlərə,
milli təəssübkeşlərə
qarşı bir az yumşalma
hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi... Buna
baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları
qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli
münasibətlərə mətanətlə
sinə gərirlər.
Böyük dözümlülük göstərərək milli
musiqimizin inkişafında
əllərindən gələni
əsirgəmirlər. Həqiqətən də, onların
yazdıqları bir çox əsərlər
dövrün təqiblərinə,
qadağalarına məruz
qalır, illərlə
arxivlərdə saxlanılır.
Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri
qiymətləndirilir. Zülfüqar Hacıbəyov
milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə
görə, 1943-cü ildə
əməkdar incəsənət
xadimi adına
layiq görülür.
Musiqili Komediya
Teatrının əsasını qoyan görkəmli sənət
xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın
ictimai-mədəni həyatında da fəallıq göstərib.
Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb
başa çatdıra
bilmədiyi çoxlu
sayda əsərləri
qalıb. Arxivdə müxtəlif
janrda yazdığı
yarımçıq qalmış
əsərləri var.
Ömrünün son
günlərinə kimi yaradıcılıqla məşğul
olan Z.Hacıbəyova vaxtsız əcəl
başladığı işləri tamamlamağa aman vermir. O,
1950-ci ilin payızında
dünyasını dəyişir.
Ancaq Zülfüqar Hacıbəyovun
adı Azərbaycan musiqi mədəniyyəti
tarixində həmişəlik
qaldı.
Savalan Fərəcov
Mədəniyyət.- 2009.- 27 may.- S. 6.